is. [
ər. ]
1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm.
– Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani.
□ Bir növ – birtəhər, nə yaxşı, nə pis, orta, babat.
[Məcid:] …Bir növ dolanırıq. N.Vəzirov.
[Molla Cümə:] Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Ə.Haqverdiyev.
Bu növ – bu qaydada, bu cür, bu üsulda.
İslam uşağı yatsın ayağında falaqqa; Bu növ idi təlim; Vursun buların başına həm mirzə taraqqa. M.Ə.Sabir.
O növ (ilə) – o cür, o təhər, o qaydada, elə.
Nə gərəkdir bizə o növ söhbətlər; Eşidiz pəndlər, nəsihətlər. S.Ə.Şirvani.
Nifrət edib cümlə qaçırdı ondan; O növ ilə ki, qaçarlar taundan. A.Səhhət.
2. biol. Sistematikada: cinsin tərkibinə daxil olan və öz əsasından kəskin əlamətlərlə fərqlənməyən ayrıca qrup. Balığın növləri. Quş növləri.
– Kəndin aşağısında tez-yetişən qırmızı alma növləri var. S.Rəhman.
Yaylaqlardan ən yaxşı, ən çox çiçək, böcək növlərini [Bahar] toplayardı. B.Bayramov.
3. Bir şeyin başqa bir şəkli, variantı, tipi. Yeni təlim növü.
4. qram. Feildə: hərəkətin icrasının səciyyəsini göstərən qrammatik kateqoriya. Məlum növ. Məchul növ.
◊ Növi-bəşər köhn. – insan nəsli, inan cinsi, insanlar.
Bəni-növi-bəşər – bax
bəniadəm (“bəni”də).
[Taybuynuz öküz] həm öz cinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. F.Köçərli.