NÜSRƏT

сущ. устар.
1. помощь, поддержка
2. победа, триумф
NÜSXƏBƏNDLİK
NÜTFƏ
OBASTAN VİKİ
Nüsrət Bhutto
Nüsrət Bhutto (urdu نصرت بھٹو, kürd. نوسره‌ت بوتو, sindhi نصرت ڀٽو; 23 mart 1929, İsfahan – 23 oktyabr 2011, Dubay) — Pakistan Xalq Partiyasının 2-ci sədri.Zülfiqar Əli Bhuttonun həyat yoldaşı.
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir. Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Nüsrət Fətullayev
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Nüsrət Gökçə
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Nüsrət Hüseynov
Nüsrət Hüseynov (?-1921)—İran Məşrutə hərəkatının fəal üzvü. Nüsrət Hüseynov Təbriz şəhərində anadan olmuşdu. Böyüyüb yaşa dolandan sonra Bakı şəhərinə köçmüş, neft mədənlərində çalışmışdı. Hümmət təşkilatına üzv yazılmışdı. 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatına qoşulmuşdu. "Əbülhəsən bəy" kod adı ilə gizli çalışmışdı. 1906-1911-ci illərdə Təbrizdə məşrutə hərəkatı ilə bağlı hadisələri əks etdirən "Dumanlı Təbriz" romanında Məmməd Səid Ordubadi həmin dövrün tarixi hadisələrini, ictimai-siyasi münasibətlərini göstərməklə yanaşı, dövrün psixologiyasını, insan xarakterlərini də açmışdır. Romanda hadisəçiliyə və macəraçılığa geniş yer verilməsi tənqid edilirdi. Çağdaş ədəbiyyatşünaslıqda isə bu amillərə qüsur kimi baxılmır və düzgün olaraq qeyd edilir ki, "M.S.Ordubadinin üslubunda bir qədər də meydan verilən macəra ünsürləri yalnız köməkçi vasitə rolunu oynayır və zəruri hallarda, şəraitin tələb etdiyi məqamda süjetə daxil edilir". Əsər Təbrizdə tacir kimi fəaliyyət göstərən Əbülhəsən bəyin (o.
Nüsrət Kəsəmənli
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982). Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Nüsrət Mehdiyev
Nüsrət Muxtarov
Nüsrət Muxtarov (1925-?)—rejissor. On üç yaşlı Nüsrətin həyat və sənət kitabına bu unudulmaz hadisə 1938-ci ildə yazıldı. Çox keçmədən Nüsrətin xeyirxahı və sənət müəllimi Ağası Zeynalov Zaqatala teatrına dəyişildi. Onu Şuşa teatrında Əzizağa Məmmədov əvəz elədi. Nüsrətin ifasını ilk günlərdən bəyənən təzə rejissor da bu gənc aktyora öz dəyərli məsləhətlərini verdi, onu səhnəyə daha da ruhlandırdı. Nüsrət Əzizağa müəllimin rejissorluğu ilə yeni-yeni obrazlar qalereyası yaratdı. "Aşıq Qərib"də Aşıq Vəli və Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və Sofi, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Vaqif"də Əli bəy və sair rolları oynadı, qəhrəmanlarını tamaşaçılarına sevdirə bildi. Nüsrət Muxtarov 1939-cu ildə Üzeyir bəy Hacıbəyovun nəzər-diqqətini cəlb etmişdi. Böyük Bəstəkar yazırdı: "Olimpiadada əsas yeri Sovet hakimiyyəti dövründə yetişmiş, qədim melodiyaların ifasına yenilik gətirən gənclər tuturdu. Şuşalı məktəbli Nüsrət Muxtarov və 10 yaşlı pioner Ənvər Nəzərov xoşbəxt sovet uşaqlarının həyatına həsr etdikləri və böyük ruh yüksəkliyi ilə oxuduqları şerlərində sovet xalqının ən yaxşı oğullarının yaradıcılığı üçün ilham verən arzunu—Kremldə partiya və hökumət rəhbərləri ilə görüşmək arzusunu ifadə edirdilə".
Nüsrət Məmmədov
Nüsrət Xudu oğlu Məmmədov (19 dekabr 1927, Privolnoye, Lənkəran qəzası – 25 oktyabr 2016, Privolnoye, Cəlilabad rayonu) — Azərbaycan-sovet taxılçısı, Sosialist Əməyi Qəhrəmanı (1966). Nüsrət Xudu oğlu Məmmədov 1927-ci il dekabrın 19-da Lənkəran qəzasının (hazırda Cəlilabad rayonunun) Privolnoye kəndində anadan olmuşdur. 1940–1954-cü illərdə çoban, traktorçu, 1954-cü ildən Astraxanbazar rayonunun "Qırmızı partizan" kolxozunun traktor briqadasının briqadiri olmuşdur. 1970-ci ildən kəmin kolxozun şöbə müdiri, aqronomu, 1978-ci ildən isə yenidən traktor briqadasının briqadiri olmuşdur. Yüksək taxıl məhsulu əldə edilməsində yeddiillik planın tapşırıqlarını yerinə yetirməkdə fərqlənmişdir. 1973–1980-ci illərdə Ümumittifaq Sosialist Yarışının qalibi olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 iyun 1966-cı il tarixli Fərmanı ilə taxıl məhsuldarlığının artırılması və istehsalının artırılması sahəsində qazandığı uğurlara görə Məmmədov Nüsrət Xudi oğlu "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. 3 may 1980-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir. Nüsrət Məmmədov Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. O, 1957-ci ildən Sov.İKP üzvü olmuş, 6-cı çağırış SSRİ Ali Sovetinin (1962–1966) deputatı, Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsi bürosunun üzvü olmuş, rayon sovetinin deputatı seçilmişdir.
Nüsrət Rzayev
Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran -? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanında sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan Azərbaycanlı tələbələrin maddi vəziyyətini, təhsilin gedişini və məişət məsələlərini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Rzayevin təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.
Nüsrət Süleymanov
Nüsrət Xəlilov
Xəlilov Nüsrət Yusif oğlu — alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü. O, Xəzər dənizinin akvatoriyasında neft və qazkondensat yataqlarının kəşfində bilavasitə iştirak etmişdir. Nüsrət Xəlilov 1925-ci il mayın 9-da Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. 1943-cü ilin iyun ayında o, könüllü şəkildə müharibəyə getmişdir. Nüsrət Xəlilov 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin 23 dekabrında güllə yarası almışdır və 1944-cü il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Nüsrət Xəlilov hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, 1-ci Belarus frontunun tərkibində döyüşlərə qayıtmışdır, qələbənin sevincini və döyüşçü dostlarının itkisini hiss edərək Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir. Müharibə qurtardıqdan sonra Nüsrət Xəlilov doğma şəhəri olan Bakıya qələbə ilə qayıtdı. Əbəs yerə deyil ki "Nüsrət" rus dilinə tərcümə olaraq "Qələbə" mənası daşıyır. Lakin sol çiynindəki ağrı - bu müharibənin nişanıdır, ömür boyu olan yaradır, həlak olan dostlarının xatirəsidir.
Nüsrət Yaqubov
Nüsrət Şirəliyev
Nüsrət Əliyev
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938, Noraşen rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H. Z. Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-cı ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun "Yanacaqlara aşqarlar""" laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N. A. 1978-ci ildə "Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. Əliyev N. A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Nüsrət İbrahimov (şəhid)
Nüsrət Əliyev (kimyaçı)
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938, Noraşen rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H. Z. Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-cı ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun "Yanacaqlara aşqarlar""" laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N. A. 1978-ci ildə "Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır. Əliyev N. A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir.
Nüsrət Əfəndi. “Risaleyi-tibb”
“Risaleyi-tibb” — əsərində sürtkü yağları, onların hazırlanma üsullarından və həmin sürtkü yağlarının müxtəlif xəstəliklərə necə təsir etməsindən bəhs olunur. Əlyazma Azərbaycan dilindədir. Xətti nəstəliqdir. Ağ vərəqlərdə yazılmışdır. Əvvəli və sonu naqisdir. Əsərin üzü Şamaxı şəhərində Nəcəfqulu Məşədi Həmid oğlu tərəfindən köçürülmüşdür. Həcmi 29 vərəq, ölçüsü 20x15 sm-dir. Əsər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-309/2225 şifri altında saxlanılır.
Nüsrət İbrahimov
Nüsrət Qurbanov
Nüsrət Heydər oğlu Qurbanov — Azərbaycan Dövlət İqtisad Universiteti UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, Texnika elmləri namizədi, dosent Nüsrət Heydər oğlu Qurbanov 3 aprel 1950-ci ildə Qərbi Azərbaycanda (Ermənistan SSR ) Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi Nüvədidə qızıl medalla bitirmişdir. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun Əmtəəşünaslıq fakültəsini fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Moskvada əyani aspiranturada oxumuşdur(1974-1978). 1979-cu ildə G.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı institunun Qida texnologiyası fakültəsində “İaşə məhsullarının texnologiyası” ixtisası üzrə bitki xammalında pektin maddələrinin tədqiqinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə etmişdir.Bu sahədə Azərbaycanın keçmiş SSRİ məkanında ilk alimidir .O “Iaşə məhsullarının texnologiyası” ixtisası üzrə ali məktəblər üçün ilk dəfə azərbaycan dilində qriflə nəşr olunmuş “Qida fiziologiası”, “İaşə məhsulları texnologiyasının nəzəri əsasları”, ”İaşə müəssisələrində xidmətin təşkili“ və ”Mikrobologiya, sanitariya və gigiyena” adlı dərsliklərin müəllifidir. Nüsrət Qurbanov ölkənin bir sıra institut və universitetlərində (Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Texnologiya İnstitutu, Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutu və Azərbaycan Dövlət İqtisad Universiteti) müxtəlif illər ərzində assistent vəzifəsindən dosent vəzifələrinə kimi çalışmışdır.1996-2000-ci illərdə Əmtəəşünaslıq Kommersiya İnstitutunda, 2000-2009-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları texnologiyası” kafedrasının müdiri işləmişdir .Bütün bunlarla yanaşı O 2 ilə yaxın müddət ərzində künüllü olaraq keçmiş SSRİ YOLLAR NAZİRLİYİNİN əmri ilə iaşə məhsulları istehsalına nəzarət funksiyasını həyata keçirən respublika əhəmiyyətli istehsalat birliyində( indiki şirkət) Baş mühəndis vəzifəsində çalışmışdır. O 2003-cü ildə Berlin Texniki Universitetinin “Qida məhsullarının texnologiyası və qida kimyası” institutunda beynəlxalq DAAD təşkilatının qrantı ilə yazdıgı layihə əsasında tədqiqatlar aparmış, nar meyvələrinin sənaye emalı məhsullarında pektin maddələrinin tədqiqi, pektin alınması, nar toxumlarından nar yagının alınması və tədqiqi, yabanı halda Azərbaycanda yetişən səhləbdən (Orxideya fəsiləsi) salepin alınması və onun tədqiqi və ondan müalicə və qida əhəmiyyətli qida məhsulları texnologiyasının işlənib hazırlanması və digər mövzular ətrafında geniş surətdə elmi tədqiqatlar aparmışdır.Onun iri həcmli 2 elmi məqaləsi 2005-ci ildə Almaniyada alman alimləri ilə birlikdə dərc olunmuşdur. 2006-cı ildə beynəlxalq İSESKO təşkilatının texnologiyalar üzrə elmi müsabiqəsinin iştirakçısı olmuşdur.2002-ci ildən etibarən Kiyev Milli Ticarət İqtisad Universitetinin doktorantı kimi ikinci doktorluq dissertasiyası üzərində çalışmış, mədəni və yabanı halda yetişən, daha çox xalq təbabətində tətbiq olunan yerli bitki xammalından funksional komponentlər və qida məhsulları alınması texnologiyalarını işləyib hazırlamışdır.Bu istiqamətdə onun 140-dan çox elmi materialları məqalə, tezislər və monoqrafiya bölmələri şəklində Moskvada, Kiyevdə, Mogilyovda və Krasnodar şəhərlərində, Braziliyada, Amerikada və Hindistanda elmi jurnallarda dərc olunmuşdur. 2023-cü ilədək onun 250-dən çox elmi-metodiki əsərləri dərc edilmişdir, o cümlədən onun müəllifliyi ilə12 dərslik və dərs vəsaiti,100-dən çox elmi məqaləsi, 2 monoqrafiyası çapdan çıxmışdır. Nüsrət Qurbanov həmçinin yeni qida məhsulları yaradılması texnologiyaları üzrə 8 ixtiranın(patent) müəllifidir.O,40-dan çox beynəlxalq elmi konfranslarda iştirak etmşiş, xarici ölkələrdə müdafiə olunan onlarla namizədlik və doktorluq dissertasiyalarına elmi rəylər yazmışdır.Bütövlükdə götürdükdə onun” Qida məhsullarının texnologiyası” istiqamətində yazdıgı elmi əsərləri Rusiya, Ukrayna, Belarusiya, Almaniya (2005), ABŞ (2018-2020),Braziliya (2020), Çexiya (2022-2023) və Hindistanda nəşr olunmuşdur.
Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə Qovanlı-Qacar (1889–1937) — İranın xarici işlər naziri. == Həyatı == II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı. Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu.
Müəllif:Oqtay Nüsrətov
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Nüsrətabad
Nüsrətabad — İranın Sistan və Bəlucistan ostanının Zahedan şəhristanının Nüsrətabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,182 nəfər və 919 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Nüsrətabad-i Ləklər (Məlikan)
Nüsrətabad-i Ləklər (fars. نصرآباد لكلر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 676 nəfər yaşayır (155 ailə).
Nüsrətabad (Məlikan)
Nüsrətabad (fars. نصرت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (35 ailə).
Nüsrətabad (Poldəşt)
Nüsrətabad (fars. نصرت اباد‎) və ya Təpəsidəlik — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (82 ailə).
Nüsrətabad (Təbriz)
Nüsrətabad (fars. نصرت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (50 ailə).

Digər lüğətlərdə