NABAT

[ər.] 1. сущ. манпаси, набат (емишрин межени шекер акадарна авунвай цӀалцӀам экв акъатай шуьше хьтин ширинлух); 2. пер. гзаф верцӀи (ширин) затӀ, шекер манада (тешпигьра гуьзелдин пӀузарриз, сивиз ва мс. ишара).
NABALİĞ
NABƏLƏD
OBASTAN VİKİ
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. 71st Venice International Film Festival, Italy. August 27-September 06, 2014.
Nabat xanım Aşurbəyova-Rzayeva
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Anthemis nabataea
Anthemis nabataea (lat. Anthemis nabataea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Nabatdağ
Nabatdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3393,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosen yaşlı sönmüş vulkanın aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir.
Nabatkənd
Nabatkənd (əvvəlki adı: Xanlarkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılmış, Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisinin sayı 1656 nəfərdir. Kənd Muğan düzündədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə salınmışdır. Əvvəllər inqilabçı Xanlar Səfərəliyevin (1885-1907) adı ilə adlandırılmışdır. Memorial toponimdir. Kənddə "Zeynəbiyyə" məscidi dini icması fəaliyyət göstərir.

Digər lüğətlərdə