Nabatdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3393,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosen yaşlı sönmüş vulkanın aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir. [1]
Nabatdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3393,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |