Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Qitələrarası kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960–2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Şahmat üzrə klub komandalarının Avropa Kuboku
Şahmat üzrə klub komandalarının Avropa Kuboku Avropadan olan klub komandaları üçün illik hər il keçirilən şahmat turniridir, Avropa Şahmat Birliyi tərəfindən təşkil edilir. Turnir İsveçrə sistemi ilə 7 oyundan ibarət olur. Hər komandada 6 oyuncu olur. 1996-cı ildən qadın şahmatçılar da iştirak ediblər. == Qaliblər == === Kişilər === 1956 Yuqoslaviya ŠK Partizan 1976 SSRİ Burevestnik Moscow and Almaniya Solingen SG 1979 SSRİ Burevestnik Moscow 1982 Macarıstan Spartacus Budapest 1984 SSRİ Trud Moscow 1986 SSRİ CSKA Moscow 1988 SSRİ CSKA Moscow 1990 SSRİ CSKA Moscow and Almaniya Solingen SG 1992 Almaniya Bayern Munich 1993 Fransa Lyon Oyonnax 1994 Bosniya və Herseqovina ŠK Bosna & Fransa Lyon Oyonnax 1995 Ermənistan Yerevan city 1996 Rusiya Sberbank Tatarstan Kazan 1997 Rusiya Ladia Azov 1998 Niderland Panfox Breda 1999 Bosniya və Herseqovina ŠK Bosna 2000 Bosniya və Herseqovina ŠK Bosna 2001 Rusiya Nikel Norilsk 2002 Bosniya və Herseqovina ŠK Bosna 2003 Fransa NAO Paris 2004 Fransa NAO Paris 2005 Rusiya Tomsk-400 2006 Rusiya Tomsk-400 2007 İspaniya Linex Magic-Mérida 2008 Rusiya Ural Sverdlovskaya oblast 2009 Rusiya Economist-SGSEU-1 Saratov 2010 Rusiya Economist-SGSEU-1 Saratov 2011 Rusiya Saint-Petersburg Chess Federation 2012 Azərbaycan SOCAR Azerbaijan 2013 Çexiya G-Team Nový Bor 2014 Azərbaycan SOCAR Azerbaijan 2015 Rusiya Siberia Novosibirsk 2016 Şimali Makedoniya Alkaloid Skopje 2017 Rusiya Qlobus 2018 Rusiya Mednı Vsadnik === Qadınlar === 1996 Serbiya və Monteneqro Agrouniverzal Belgrade and Gürcüstan Merani Tbilisi 1997 Serbiya və Monteneqro Goša Smederevska Pal.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Konfederasiyalar kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
Konstruktorlar Kuboku
Konstruktorlar Kuboku Formula-1 (ing. World Constructors' Championship (WCC)) — konstruktorlar üçün əsas mükafatdır. Qalib, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən mövsüm boyunca Formula 1 Qran-pridə bal hesablama sistemi əsasında müəyyən edilir. İlk dəfə Konstruktor Çempionatı 1958-ci ildə konstruktor Vanwall layiq görülmüşdür. 2018 mövsümünün sonunda Konstruktor Çempionatı 15 fərqli konstruktor tərəfindən qazanıldı. Ferrari ən çox zəfərlər - 16 titul, 6 ardıcıllıq daxildir (1999—2004). == Mövsümlə == == İstinadlar == == Konstruktorlar ilə == == Milliyətcə == == Mühərrik == 2019 mövsümünün Formula 1 çempionatında istifadə olunan motorlar qalın şriftlə vurğulanıb. 2019 mövsümünün Formula 1 çempionatına qatılan komandalar kursivlə vurğulanıb.
Koraç kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Kuboklar Kuboku
UEFA Kuboklar Kuboku və ya UEFA Kubok qalibləri kuboku (ing. UEFA Cup Winners Cup)— UEFA üzvü olan ölkələrin milli kubok turnirlərin qaliblərinin iştirak etdiyi Avropa futbol kubok turniri. İlk dəfə 1960/61 mövsümündə, sonuncu dəfə isə 1998/99 mövsümündə keçirilmişdi. Yarış ləğv olundu, ölkə kuboklarında qalib gələn klublar isə əhəmiyyətinə görə ikinci avropa klub futbol turniri UEFA Kubokunda (2009/10 mövsümündə turnirin adı UEFA Avropa Liqasına dəyişdi) iştirak etmək hüququnu qazandılar. 1972-ci ildən turnirin qalibi UEFA Superkuboku uğrunda Avropa çempionlar kubokunun (indiki UEFA çempionlar Liqası) qalibi ilə oynamaq hüququnu qazandı. Yarışın 1999-cu ildə ləğvindən sonra Superkubokun talehi Çempionlar Liqası və UEFA Kubokunun (indiki UEFA Avropa Liqası) qalibi arasında həll olunur. 1994-cu ilə qədər yarış "Avropa kuboklarının sahibləri Kuboku" (ing. European Cup Winners Cup) adlanırdı, 1994/95 mövsümündən UEFA turnirin adını "UEFA kuboklar sahibləri Kuboku" qoydu. Kubokun ilk qalibi 1961-ci ildə İtaliyanın "Fiorentina" klubu oldu, sonuncusu isə 1999-cu ildə Romanın "Latsio" klubu oldu. == Tarixi == Bu turnir öz ölkəsinin kubokunu almış UEFA üzvü olan ölkələrin komandaları arasında ilk dəfə 1960/1961 mövsümündə, sonuncu dəfə isə 1998/1999 keçirilmişdir.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Libertadores Kuboku
Avropanın ən yaxşı futbol klubu Çempionlar Liqasında müəyyən edildiyi kimi Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. Bu rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır. == Tarixi == Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilmişdir. Maraqlıdır ki, onun təşkilatçıları birinci turniri 1956-cı ildə başa çatmış Avropa Çempionları Kubokunun ən yaxşı cəhətlərini götürməyə çalışıblar. 1988-ci ilə qədər Libertadores Kubokunda bir qayda vardı: əgər finallarda rəqiblərin hər ikisi hərəyə bir qələbə qazanırdılarsa, onda hesabdan asılı olmayaraq onlar əlavə — üçüncü oyunu keçirmirdilər. Lakin sonra təşkilatçılar çempionu normal üsulla müəyyən etməyi qərara aldılar: finalda qələbələr bərabər olanda vurulan toplar nəzərə alınırdı, onlar da bərabər olanda matçdan sonra penaltilər vurulurdu.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Mitropa kuboku
Mitropa Kuboku (ing. Mitropa Cup, fr. Coupe de l'Europe Centrale ) Avropanın ilk böyük futbol turnirlərindən biridir. Kubokun keçirilməsi fikri ilk dəfə 1927 -ci ildə Venesiyadakı bir görüşdə təklif edilir. Kubokun ilk matçları 14 Avqust 1927-də baş tutur. Turnirdə Mərkəzi Avropanın ən yaxşı klubları iştirak edir. == Tarixi == Əvvəlcə kuboka Macarıstan, Avstriya, Çexoslovakiya və Yuqoslaviyadan iki komanda qatılır, ilk qalib Sparta Praqa olur. 1929 -cu ildə Yuqoslaviya komandaları əvəzinə kubokda İtaliyanın nümayəndələri iştirak etməyə başlayır. 1934 -cü ildə iştirakçıların sayı hər ölkədən dörd komandaya qədər artırılır. Daha sonra digər ölkələrdən klublar dəvət edilməyə başlayır.
Mussolini Kuboku
Mussolini Kuboku (it. Coppa Mussolini) - İtaliya krallığında (1861-1946) 1934-1942-ci illərdə "Ən yaxşı İtalyan filmi və "Ən yaxşı Xarici film" kateqoriyası üzrə təqdim edilən mükafatdır. Mükafatın təqdim edilməsi ilk dəfə Venesiyada baş tutmuşdur.
Portuqaliya Kuboku
Portuqaliya Kuboku (port. Taça de Portugal) — 1938-ci ildən təşkil olunan yarışdır.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
UEFA Kuboku
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri. UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir. 2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra dəyişikliklər edilmiş, bununla da 2009–10 mövsümündən etibarən indiki adı ilə təşkil edilməyə başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir. 1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-cu ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004–05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-cu ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA İntertoto Kuboku ilə də birləşdirilmişdir.
Volpi Kuboku
Volpi kuboku (it. Coppa Volpi) - Venesiya Kino Festivalında 1934-cü ildən etibarən "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisalar" kateqoriyaları üzrə təqdim edilən film mükafatıdır. Mükafatın adı italyan biznesmeni və Misuratanın ilk qubernatoru Cüzeppe Volpidən (1877-1947) götürülmüşdür.
Yarmarkalar Kuboku
1971-ci ildən UEFA Kuboku ilə əvəzlənmiş bu turnir ilk final oyunu 1958-ci ildə keçirilsə də turnirə 1955-ci ildə start verilmişdir. Bütün finallar aşağıdakı kimidir: 1955/58 "Barselona" (İspaniya) — "London-XI" (İngiltərə). 6:0. "London-XI" (İngiltərə) — "Barselona" (İspaniya). 2:2. 1958/60 "Barselona" (İspaniya) — "Birmingem" (İngiltərə). 4:1. "Birmingem" (İngiltərə) — "Barselona" (İspaniya). 0:0. 1960/61 "Roma" (İtaliya) — "Birmingem" (İngiltərə).