NAFİ İBN HÜRMÜZ

(117/736-cı ildə vəfat etmişdir) – tabiundan olan ən tanınmış hədis ravilərindən biri olmuşdur. Onun soyu Nişapurdan, Deyləm və ya Kabildən olmuşdur. Döyüşlərin birində əsir düşmüş, 30 il Abdullah ibn Ömərin köləsi olmuş, sonra isə sərbəst buraxılmışdır. O illər boyu hədislərə maraq göstərmişdir. Xəlifə II Ömər ibn Əbdül-Əziz hədis toplamaq üçün onu Misirin müxtəlif bölgələrinə göndərmişdir. Nafi ibn Hürmüz bir çox səhabələrlə görüşmüşdür. Buna görə də, onun adından rəvayət edilən hədislər bir çox nüfuzlu hədis toplularında yer almışdır.
MÜTƏVATİR HƏDİSLƏR
NAFİLƏ NAMAZLARI
OBASTAN VİKİ
Hürmüz
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
I Hürmüz
I Hürmüz — 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı. I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir. Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı. Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il və on gün sürmüşdü.
Nafi Cusoyti
Nafi Cusoyti — Sovet və Osetiya şairi, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi, Osetiyanın xalq yazıçısı. Filologiya elmləri doktoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, Yabloko Narts mükafatı laureatı. Şair Taymuraz Hacetinin qardaşı. Cənubi Osetiyanın Kudar dərəsində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə Kirov orta məktəbini qızıl medalla bitirib və Böyük Vətən müharibəsinin başlaması ilə iyulun 24-də könüllü olaraq cəbhəyə yollanır. 1945-ci ilin noyabrında tərxis edilir. 1945-ci ildə müharibə bitdikdən sonra Cənubi Osetiya vilayət partiya komitəsinin təlimatçısı kimi işə başlayır. 1947-ci ildən 1949-cu ilə qədər Cənubi Osetiya başlıqlarının senzurası, "Zarya Vostoka" qəzetinin Cənubi Osetiyada xüsusi müxbiri işləyir. V.I. adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində qiyabi təhsil alır. 1949-cu ildə məzun olur.
Rəmzi Nafi
Rəmzi Nafi və ya Rəmzi Nafi Rəşid Ağa (kürd. ڕەمزی نافیع ڕەشید ئاغا/Remzî Nafî' Reşîd Axa; 1917 – 1949) — İraq siyasi xadimi, kürd milliyətçisi. O, 1943-cü ildə, İkinci Dünya müharibəsi zamanı İraqda Britaniya mandatını sarsıtmaq daşıyan uğursuz əməliyyatda Almaniya hərbi kəşfiyyatı "Abver ilə əməkdaşlıq etmişdir. Britaniya işğalına qarşı üsyanı qızışdırmaq müqabilində Rəmzi Nfiyə Adolf Hitlerdən muxtar kürd milli dövlətinin qurulmasında kömək vəd edilmişdi. Rəmzi Nəfinin nasional-sosialist ideologiyasının nümayəndəsi olub-olmaması və ya nasist rejimi ilə əməkdaşlığının Kürdüstanın müstəqilliyi məsələsində sırf fürsətçi xarakter daşımağı ilə bağlı müzakirələr davam edir. Uğursuz "Mamont" əməliyyatında əsas rol oynadığına görə Rəmzi müasir kürd tarixində bəziləri tərəfindən hörmət edilən, digərləri tərəfindən isə tənqid edilən son dərəcə qütbləşdirici bir fiqur olaraq qalır. Ramzi Nafi', der große Märtyrer, den die Stadt Hawler opferte. Mas'ud Mohamad 1985. Werner Brockdorff: Geheimkommandos des Zweiten Weltkrieges. Wels 1967, ISBN 3-88102-059-4.
İbn
İbn Firnans
Əbu Abdullah Nafi əl-Azərbaycani
Əbu Abdullah Nafi’ ibn Əli ibn Yəhya əs-Səravi əl-Azərbaycani (?-1010)—Azərbaycan alimi. Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Əbu Əyyaş Cə’fər ibn Muhəmməd Ərdəbilidən hədis dinləmişdi. Əli ibn Muhəmməd ibn Məhruyə Qəzvini, Əbü’l-Həsən Əli ibn İbrahim əl-Qəttan Qəzvininin tələbəsi olmuş, onların yanında fiqh elmini öyrənmişdi.
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Müvəhhidlər dövləti[d] – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
İbn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
İbn Havqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Heysəm
İbn Heysəm (tam adı: Əbu Əli əl-Həsən ibn əl-Heysəm əl-Bəsri, ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم‎, ing. Abu Ali Hasan Ibn Al-Haytham) — məşhur Ərəb fizik alimi-unversalı (965, Bəsrə — 1039, Qahirə). İbn Heysəm döğulduğu Bəsrə şəhərində vəzir vəzifəsini tuturdu, ancaq elmə həvəs vəzifəni ataraq elmlə məşğul olmağa gətirib çıxardı. Onun Nil çayının suyunu tənzimləmək planı Misir hökmdarı əl-Həkimin diqqətini cəlb edir. Onun riyaziyyata, astronomiyaya, optika və mexanikaya dair 89 əsəri vardır. İbn Heysəm özünün elmi tədqiqatlarını dəqiq riyazi hesablamalarla təsdiq edirdi. Onu bəzən "optikanın atası" da adlandırırlar. Orta əsrlər Avropasında İbn Heysəm Alhazen kimi tanınırdı. Onun şərəfinə Ayda krater də adlandırılmışdır.
İbn Hişam
Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎) əl–Maafiri və ya qısaca: İbn Hişam (ərəb. ابن هشام‎) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله‎) əsərinin şərhçisi olaraq tanınır. Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur. İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185) görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il) görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə vəfat etmişdir.
İbn Hövqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Macə
İbn Macə (824–887) — Hədis alimi, İslam alimi. 824 Qəzvində doğulub. Sünəni-İbn Macə kitabının müəllifidir.