Faruq Nafiz Çamlıbel
Faruq Nafiz Çamlıbel (18 may 1898, Konstantinopol – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur.
Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur.
İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb.
Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır.