NALAYİQLİK
NALBƏNDLİK
OBASTAN VİKİ
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Nalbəndan (Xudabəndə)
Nalbəndan (fars. نعلبندان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 992 nəfər yaşayır (212 ailə).
Nalbəndlik
Nalbəndlik — peşə. Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaradıb. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Gəncə şəhəridir. Ən qədim dövrlərdən gəlib çatan sənətlərdən biri də dəmirçilikdir. Qarabağın zəngin dəmir filiz yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayıb. Bu ərazidəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Qarabağlı dəmirçilər qaynaq maddəsi hazırlamaq üçün lazımi ölçüdə kəsilən dəmir parçasını kürədə qızdırıb arasını 1,5–2 sm dərinlikdə yarmaqla "ağız" açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb "suyu alınır" və yumşaq dəmir həddinə salınırdı.

Digər lüğətlərdə