Nazil Canibəyov
Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 6 may 2017, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1987), professor (1994), AMEA-nın müxbir üzvü (2007)
Nazil Canibəyov 21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
Nazil Canibəyov əmək fəaliyyətini 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində başlamışdır. Sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1986-cı ildən 2016-cı ilə kimi AMEA NKPİ-də Polifunksilonal kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının müdiri, 2012-ci ildən 2017ci ilə kimi isə Neft-kimya sintezi şöbəsinin müdiri vəzifəsində icra etmişdir.
Elmi dərəcəsi: kimya elmləri doktoru (1987);
Elmi rütbəsi: professor (1994);
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - neft kimyası;
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası;
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 244;
Xaricdə çıxmış elmi əsərlərin sayı: 98;
Patentlərin sayı: 20;
Müəlliflik şəhadətnamələrinin: 25;
Nazil Canibəyov 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazırlamışdır.
Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.
Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir.