NEÇƏYƏ
NEFTAYIRAN
OBASTAN VİKİ
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Dövlət Neft Şirkəti
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Günəşli Neft Yatağı
Günəşli Neft Yatağı — Xəzər dənizində sahildən uzaq, Bakının 120 km şərqində, Neft daşlarının 12 km cənubunda, Azəri-Çıraq-Günəşli (AÇG) platformasında yerləşən neft yatağı. Bu yataq 1958–1963 illər arasında tapılmışdır. Birinci platforma 1976-cı ildə sahildən uzaq quruldu. 4 polad dirək ilə yerə bərkidilib. 10 quyunu əhatə edir. 1980-ci il məlumatlarına görə , platformada gündə 320 ton neft çıxarılırdı. Deyilənə görə Günəşli yatağında 100 milyon tondan çox neft yatağı vardır. 2015-ci il dekabr ayının 4-də, Günəşli neft yatağı platformasının cənub bölməsində bir dəhşətli yanğın baş verdi. SOCAR neft şirkətinin verdiyi məlumata görə, yanğın su altındakı 10 saylı platformanın qaz kəmərinin qasırğalar və uca dalğalardan aldığı xəsarətə görə başlamışdır. Yanğın zamanı platformanın bir tərəfi çökmüşdür.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Neft körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi. Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur. Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir. Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir. XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi . 1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
Neft yataqları
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft yatağı
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft müharibəsi
Neft müharibəsi — neft ehtiyatları və ya onların daşınması, istehlakı və ya tənzimlənməsi ilə bağlı münaqişə. Termin ümumiyyətlə neft ehtiyatlarını ehtiva edən və ya təşkilatın neft məhsulları üçün hasilat və ya nəqliyyat infrastrukturuna malik olduğu və ya inkişaf etdirmək istədiyi coğrafi mövqedə yerləşən regionda hər hansı münaqişəyə aid edilə bilər. Bu, həmçinin bir sıra xüsusi neft müharibələrindən hər hansı birinə istinad etmək üçün istifadə olunur. Emili Meyyerdinq tərəfindən aparılan tədqiqatlar neft müharibələrini əsasən mif kimi xarakterizə etmişdir. O, neft müharibələrinin tərəfdarlarının xarici neft yataqlarını ələ keçirmək və istismar etmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini və beləliklə də neft müharibələrinin dəyərini şişirtdiyini müdafiə etmişdir. Meyyerdinq adətən neft müharibələri kimi təsvir edilən dörd hadisəni ( Yaponiyanın İkinci Dünya müharibəsində Niderland Ost-Hindinə hücumu, İraqın Küveyti işğalı, İran-İraq müharibəsi və Boliviya ilə Paraqvay arasında Çako müharibəsi) tədqiq etmiş, əlavə neft ehtiyatlarına nəzarət münaqişələrdə təcavüzün əsas səbəbi olmadığı qənaətinə gəlmişdir.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Neft (film, 2003)
1) 2003-cü ildə Venesiya Kinsofestivalı Ən yaxşı qısametrajlı filmə görə film "Gümüş Şir" Mükafatını almışdır.
Neft Daşları (1990)
Neft Daşları – 1990-cı ildə Neft Daşları barəsində çəkilmiş sənədli film. Sənədli filmdə Xəzərin ortasında polad dirəklər üzərində salınmış Neft Daşlarının dünəni, bu günü və sabahı haqqında söhbət açılır. Film "Azərneft" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov, İmran İsmayıl Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov "Azərneft" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Neft Keşikçiləri (1937)
Film neft zavodlarının və mədənlərin keşiyini çəkən Daxili İşlər Nazirliyinin xüsusi hərbiləşdirilmiş dəstəsinin xidməti, döyüş və siyasi hazırlığı haqqındadır. Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: N. Safronov Mətnin müəllifi: N. Safronov Operator: Vladimir Yeremeyev, Əlibala Ələkbərov Musiqi tərtibatı: M. Rayev Səs operatoru: M. Belousov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Qala neft yatağı
Qala neft yatağı — Abşeron yarımadasının şərq hissəsində, Bakı şəhərinin 32 km-liyində, Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşən neft yatağı. Yatağın geoloji quruluşunda Abşeron, Akçaqıl mərtəbələri və Məhsuldar qat çöküntüləri öyrənilmişdir. Bir neçə quyuda Pont mərtəbəsinin (üst hissəsi) çöküntüləri də açılmışdır. Yataq assimetrik braxiantiklinal qarışıqla əlaqədardır. Qarışıq tektonik pozulmalarla mürəkkəbləşmişdir. Cənub-şərq periklinalın oxu yaxınlığında Köhnə Qala və Türkan sahələri var. Qala neft yatağı sahəsində sənaye əhəmiyyətli neft-qaz yatağı ilk dəfə 1932-ci ildə kəşf edilmişdir. Burada Məhsuldar qatın bütün dəstələri ("Fasilə"dən başqa), Köhnə Qala, Türkan sahələrində isə yalnız Qırmakialtı və Qala dəstələri neftlidir. Qala yatağından çıxan neft xalq arasında müalicədə geniş istifadə olunur. Sahəsi 864 hektardır.
Qarabağ neft yatağı
Qarabağ neft yatağı — Xəzər dənizində neft və qazla zəngin olan bir yataqdır. O Bakıdan 130 km(81 mi) şimalda Abşeron arxipelağında yerləşir. Qarabağ bloku isə 15 km Azəri-Çıraq-Günəşli yatağından şimal-şərqdə yerləşir. 1995-ci il noyabr ayının 10-dan Qarabağın hasili barədə saziş bağlanır. Bu yataq Azəri-Çıraq-Günəşli yatağından sonra ikinci ən zəngin neft yataqdır. 1996-cı il 13 fevralda bağlanmış müqaviləyə əsasən 25 il ərzində buradan neft hasil ediləcək. Müqavilə 1996-cı ilə fevral ayının 28-də qüvvəyə minir. 1996-cı il iyun ayının 4-də bu proyektlə əlaqədar olaraq Xəzər Beynəlxalq neft kompaniyasının əsası qoyulur. 1996-cı ilin avqustunda bu kompaniya işə başlayır.1999-cu ilin yanvarın 26-da kompaniya bu əməliyyatı dayandırmağı elan edir. Baxmayaraq ki, bu dövlətin iqtisadiyyatında vacib bir yataq idi.
Qazaxıstanda neft sənayesi
Qazaxıstanda neft sənayesi zəngin təbii ehtiyatları və oradakı əlverişli liberal rejimi ilə burada çoxlu investisiyaların cəlb olunmasına səbəb olmuşdur. Qazaxıstan kəşf olunmuş dünya neft ehtiyatlarına görə 13-cü, qaz və kondensat ehtiyatlarına görə 15-ci, neft hasilatının səviyyəsinə görə 28-ci yeri tutur. Burada təkcə Tengiz neft yatağında 2-3 milyard ton neft-qaz ehtiyatlarının olması güman edilir. Hətta bəzi ölkədaxili mənbələrdə Qazaxıstanın neft ehtiyatlarının miqyasının liderlər sırasında ən qabaqçıl mövqedə olması səslənməkdədir. Lakin böyük neft ehtiyatları bu ölkənin müvafiq resurslarının ixracı məsələsində əngəllər törədir. Bu məqsədlə Qazaxıstan dövləti yeni neft kəmərlərinin inşasında maraqlıdır. O, bu kəmərləri Avropaya, Rusiya, Xəzər dənizi, İran vasitəsilə çıxarmağa və hətta Çinə nəql etməyə belə hazırlaşır. Neft hasilatı burada hazırda 55 yataqda təmin edilir. Bunlardan da Mangistaun və Atırau vilayətlərində ümumi neftin 60%-i hasil edilir. Ölkənin quru sahələrində 7,8 milyard ton neftin olması güman olunur və bunun da 65-70%-i Xəzər hövzəsinin payına düşür.
Qazaxıstanın neft sənayesi
Qazaxıstanın neft sənayesi — Qazaxıstan iqtisadiyyatının ən vacib sahələrindən biridir. İlk Qazaxıstan nefti 1899-cu ilin noyabrında Atıra bölgəsindəki Karaşungül yatağında istehsal edildi. Qazaxıstanda 1992-ci ildə neft istehsalı 25,8 milyon ton, 2012-ci ildə isə 80 milyon ton təşkil etmişdir. Qazaxıstan dünyanın neft istehsal edən ölkələrindən biridir. Qazaxıstanda neft istehsalı XIX əsrin sonunda, İran, Küveyt, Meksika, Norveç, Səudiyyə Ərəbistanından daha erkən başladı. Bu bölgədə sənaye neft ehtiyatlarının tapılmasının ilk yüksək ehtimalı rus hərbçiləri, səyahətçilər və elm adamları tərəfindən qeyd edildi. Qazax torpağının neft daşıma qabiliyyəti haqqında məlumatlar, məsələn, I Pyotrun Həştərxandan Xivəyə fərmanı ilə göndərilən A. Bekoviç-Çerkasskinin qeydlərində tapılmışdır. 1717-ci ildəki bu ekspedisiya, Atıra bölgəsinin ərazisini keçdi və bu sahə haqqında ümumi coğrafi və hidrogeoloji məlumatlar, o cümlədən neft haqqında məlumat topladı. Qeydlərində hidrografik və topoqrafik məlumatlardan, minerallar haqqında qısa geoloji məlumatlardan bəhs etdilər. XIX əsrin ikinci yarısında geoloji tədqiqatlar artıq başlamışdı, elm adamları artıq bilinən yataqları təsvir etmiş və ərazinin təbii və iqlim xüsusiyyətlərini təsvir etmişlər.
Suriyada neft sənayesi
Suriyada neft sənayesi — Suriyada XX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Suriya Ərəb Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl – 2010-cu ildə Suriya hökuməti neft satışları 3.200.000.000 ABŞ dolları əldə etmişdir, bu isə ölkənin ümumi gəlirinin 25.1%-ni təşkil edirdi. Suriya neft istehsalatında bir qədər zəifdir. 2010-cu ildə Suriya ümumdünya neft istehsalatının 0.5%-ni təşkil edir. Bu ədəd 2016-cı ildə 0.05%-ə qədər enmişdir. Suriyanın Orta Şərq standartlarına görə mühüm bir neft ixracatçısı olmamasına baxmayaraq, neft Suriya iqtisadiyyatının əhəmiyyətli bir parçasıdır. Ölkənin neft sənayesi vətəndaş müharibəsinə və Suriyaya qoyulan sanksiyalara görə kəskin şəkildə zəifləmişdir. Suriyanın ən böyük iki neft şirkətləri – Suriya Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyinin sahibləndiyi Syrian Petroleum Company (SPC) və səhmlərinin 50%-i SPC-nın, digər 50%-i xarici qurumların olan Al-Furat Petroleum Company. Şirkətin səhmlərinin 32%-i Anglo-Dutch Shell, China National Petroleum Company şirkətinin korsorsiumu olan Himalaya Energy Syria və Hindistanın Oil and Natural Gas Corporation şirkətlərinə aiddir. 2011-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə Shell Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır.
Səngəçal Neft Terminalı
Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir. Terminalda texnoloji emal olunaraq təmizlənmiş xam neft nasosla saxlama çənlərinə vurulur və sonda dünya bazarlarına göndərilmək üçün ixrac kəmərlərinə ötürülür. Səngəçal terminalı Bakı şəhərindən 45 km cənubda, Səngəçal qəsəbəsinin yaxınlığında yerləşir. Səngəçal terminalı 688 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Tikintisinə 1996-cı ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsi kimi, Səngəçal terminalı əsaslı şəkildə genişləndiriləcəkdir. Bu, Azərbaycanın neft və qaz sənayesi üçün terminalın əhəmiyyətini daha da artırmaqla, əlavə olaraq ildə 16 milyard kub metr qazı emal etməyə imkan verəcəkdir.
Total neft şirkəti
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Cümə məscidi (Neftçala)
Xıllı Cümə məscidi — Neftçala rayon Xıllı qəsəbəsində yerləşən abidə, rayonda tarixi-epiqrafik abidələr sırasında ən önəmli yerlərdən birini tutur. Məscidin əsası 1903-cü ildə Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur. Məscidin əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuş came-məscidi Məhəmməd peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə (0,60x0,39m) deyilənləri bir daha sübut edir. Kitabə belədir: 1321 miladi təqvimlə 1903-cü ilə uyğundur. Xıllı məscidi 30cu illərdə digər məbədlər kimi repressiyaya məruz qalmışdır. Bununla bağlı el arasında rəvayətə çevrilən əhvalatlar bu gün də yaddaşlardadır. Deyilənə görə, bu sözdən sonra Mehmanovlar məscidin tikintisində 10–15 gün fəhlə kimi işləyiblər. 70-ci illərin sonunda Sovet hökümətinin siyasəti nəticəsində xalqdan alınan məscidin pəncərələri sökülüb, daşla hörüldükdən sonra taxıl anbarı kimi istifadəyə verilib. Yalnız 1989-cu ildə məscid axund Əlqəmənin rəhbərliyi altında və qəsəbə camaatının yardımı ilə yenidən açılıb və 1989-cu ildə fəaliyyətə başlayıb.
Cəlil Cəlilov (neftçi)
Cəlilov Cəlil Həsən oğlu (1922 – 1997, Bakı) — azərbaycanlı neftçi, geologiya-mineralogiya elmləri namizədi. Cəlil Cəlilov 1922-çi ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur, 1940-cı ildə Şəki şəhərindəki orta təhsil məktəbini bitirmişdir. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə ağır yaralandığına görə ordudan tərxis olunmuş və 1943-cü ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olaraq, 1949-cu ildə qaz və neft yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş, dağ mühəndis-geoloqu ixtisası almışdır. Əmək fealiyyətinə 1949-cu ildə Neft Daşlarının təməli qoyulan zamanda başlamışdır. Geoloq vəzifəsində işə başlamaqla Neft Daşlan Qazma İşləri İdarəsinin Baş geoloqu vəzifəsinə kimi yüksəlmişdir. "Neft Daşları", "Palçıq pilpiləsi", "Gürgan", "Çilov adası", "Həzi Aslanov", "Cənub" yataqlarının kəşfində və işlənməsində böyük əməyi olmuşdur. "Günəşli" dəniz neft-qaz yatağını ilkin açanlardan biridir. Qazmada geofiziki işlərin yerinə yetirilməsində rəhbərlik təşəbbüsü, qazılacaq quyuların sənədlərinin əvvəlcədən hazırlanması, qazma zamanı kəşfiyyat və istismar quyulannın layihə dərinliyinə çatdırılması, qoruyucu kəmərlərin nəzərdə tutulan dərinliyə buraxılması, qoruyucu və istismar kəmərlərinin arxasının sementlənməsində dəqiqlik kimi məsuliyyətli işlərin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur. "Neft Daşları", "Palçıq pilpiləsi", "Günəşli", "Çilov adası" yataqlarında yüzlərlə quyuların, xüsusilə dərin quyuların qazılmasına, mezozoya qazılan ilk quyuya, dərinliyi 3 km-dən çox olan quyu 2040 m maililiklə qazılaraq o vaxt üçün Avropa rekordu olmuş, Azərbaycanda ən böyük əyriliyə - Kv (60° 459 malik quyuların qazılmasına bilavasitə başçılıq etmişdir.
Cəngan (Neftçala)
Cəngan — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir.
Cənubi Xəzər neftli-qazlı hövzəsi
Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur. Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.
Dalğalı (Neftçala)
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Dan ulduzu (neft-qaz yatağı)
Dan ulduzu — neft-qaz yatağı 1970-ci illərdə kəşf olunmuşdur. 1982—1985-ci illərdə bu yataqdan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir. Yatağın istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə ehtiyatı 150 milyon tondur.
Dördlər-II (Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
Dördlər-I (Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Dördlər (Boyat, Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir. Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb. Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır.
Dördlər (Neftçala)
Dördlər (Boyat, Neftçala) — Azərbaycanın Neftçala rayonunda Boyat bələdiyyəsinin tərkibində kənd. Dördlər (Xol Qarabucaq, Neftçala) — Azərbaycanın Neftçala rayonunda Xol Qarabucaq bələdiyyəsinin tərkibində kənd.
Dördlər (Xol Qarabucaq, Neftçala)
Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Bala Kür çayının, yəni Akkuşa çayının sahilində yerləşən bu kənd Xol Qarabucaq bələdiyyəsinin tərkibindədir.
Dəmir Alməmmədov (neftçi)
Dəniz nefti axır (film, 1954)
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Dənizdə neft yanğını (film, 1931)
Kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə. 1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi. 1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı. 1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı. 2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi. 2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı. Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi; Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi; Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması; “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları; Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması; Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri. AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir. İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir: Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları; Neft geologiyasında riyazi modelləşdirmə üsulları; Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması; Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi; Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması; Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s. Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu Professor Vaqif Kərimov Yunus oğlu Professor Vaqif Qurbanov Şıxı oğlu Ehtibar Əliyev İbrahim oğlu Şəlalə Hüseynova Məhərrəm qızı Neft-qaz geofizikası şöbəsi* Struktur bölmənin rəhbəri - g.-m.e.d.
Fars körfəzi neft və qaz hövzəsi
İran körfəzi neft və qaz hövzəsi — Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, İran, Oman, Birləşmiş Ərəb Əmirlikləri, qismən Türkiyə və Suriyanın ərazisində yerləşən bir neft və qaz hövzəsidir. Neft və qaz hövzəsinin sahəsi 1,43 milyon km²-dir. İlk neft yatağı (Mescidi-Süleyman) 1908-ci ildə, qaz (Pars) - 1965-ci ildə kəşf edilmişdir. Fars körfəzində 300-ə yaxın neft və qaz yatağı müəyyən edilmişdir ki, onlardan 13-ünün 1 milyarddan 10 milyard tona qədər, 40-ının isə 100 milyondan 1 milyard tona qədər neft ehtiyatı vardır. Fars körfəzi neft və qaz hövzəsinin əhəmiyyətli bir hissəsi Ərəbistan yarımadasında yerləşir, sonra şimal-şərqdən Fars körfəzinə və Zaqros dağ silsiləsinin cənub-qərb yamacına qədər uzanır. Bu hövzə İran, İraq, Suriya, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Omanda yerləşir. Quruda ən böyük neft yatağı Əl-Qəvar (Səudiyyə Ərəbistanı), dənizdə isə Safaniyə-Xəfanidi (Səudiyyə Ərəbistanı). Quruda ən böyük qaz yataqları Əl Qavar (Səudiyyə Ərəbistanı) və dənizdəki Şimal Qübbəsi / Cənubi Pars (Qatar, İran). 1. Bəsrə-Küveyt bölgəsi Küveyt və İraqın cənubundadır.
Fazil Məmmədov (neftçi alim)
Fazil Əliağa oğlu Məmmədov (30 oktyabr 1930, Bakı – 2018, Bakı) — Azərbaycanlı neftçi-alim, texnika elmləri doktoru, professor. Məmmədov Fazil Əliağa oğlu 1930-cu il oktyabrın 30-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra təyinatla işləmək üçün "Gürgənneft" trestinə göndərilmişdir. 1954-1964-cü illərdə "Gürgənneft" trestində operator və usta işləmişdir. 1964-1965-ci illərdə "Pesçanneft"-də müdir, 1965-1968-ci illərdə isə "AZNSETİ"-də laborant işləmişdir. 1968-1972-ci ildə "Dəniz şəraitində açıq fontanların yaranma səbəbləri və onların qarşısının alınması üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə illərdə "Serobrovski adına", "N.Nərimanov adına" və "Artyomneft" NQÇİ-lərdə rəis vəzifəsində işləmişdir. 1972-ci ildən "Dənizneftqazlayihə" İB DNQETLİ-da "Dəniz neft-qaz yataqlarının abadlaşdırılması" şöbəsinin rəhbəri, baş mühəndis müavini, baş mühəndis, direktor müavini işləmişdir. 1980-ci ildən bu institutun baş mühəndisi təyin edilmişdir. 2000-ci ildə "Dəniz yataqlarının məhsulunun yığılması, hazırlanması və nəqlinin nəzəri əsasları və praktiki nəticələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Firudin Ağayev (neftçi)
Firudin Qulu oğlu Ağayev (19 fevral 1898, Aldərə, Zəngəzur qəzası – 19 fevral 1958, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1943).ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı dəmiryolçu Firudin (rusdilli sənədlərdə adı əsasən Fridun (Фридун) yazılırdı) 1898-ci il fevralın 19-da Zəngəzur qəzasının Aldərə kəndində sadə kəndli ailəsində anadan olmuşdur. Atası vəfat edəndən sonra heç bir təhsili olmayan Firudin Bakıya üz tutur. Öz xatirələrindən məlumdur ki, burada o, neft çənləri düzəldilən zavodda fəhlə, sonra isə çilingər şagirdi kimi çalışmışdır . Bir müddət sonra Bakı deposuna işə düzələn gənc, öz dili ilə desək, " parovozlara vurulmuş" və təhsilsiz olmasına baxmayaraq, onların quruluşunu öyrənməyə başlamışdır . Gəncin texnikaya olan marağı nəticəsində onun maşinist köməkçisi təyin edirlər. Özü üzərində çalışan Firudin 22 yaşında yazıb oxumağı öyrənmiş, daha sonra isə qəliz texniki ədəbiyyatla tanış olmağa başlamışdır. Dövrün reallıqlarını dərk edən gənc 1924-cü ildə Azərbaycan Kommunist Partiyasına üzv olmuş, sonra isə Tiflisdə parovoz maşinistləri kurslarını əla qiymətlərlə bitirmişdir. Firudin Qulu oğlu Ağayev 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevlə bağlı materiallar həyat yoldaşı Mehdiyeva Ballı Cəfər qızının təşəbbüsü ilə ailə üzvləri tərəfindən 1964-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. 1898-ci ildə anadan olan Firudin hələ 13 yaşında Bakının neft mədənlərində işləməyə başlayır.
Günəşli neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
Heydər Əliyev Muzeyi (Neftçala)
Heydər Əliyev Muzeyi — Neftçala şəhərində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey. Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur. Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. Muzeyin tikintisinə 2006-cı ilin oktyabrında başlanmış və 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrində ibarətdir. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ilin avqustun 23-də Neftçala rayonuna gəlmişdir. Heydər Əliyevin adını daşıyan parkın və muzeyin açılışı olmuşdur.
Həsənabad (Neftçala)
Həsənabad (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Neftçala rayonunun Sovetabad qəsəbəsi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Həsənabad adlandırılmışdır. 26 Bakı komissarı qəsəbə Sovetinin mərkəzi şəhər tipli Həsənabad qəsəbəsinə keçirilmişdir. Qəsəbə Sovet hakimiyyəti illərində Sovetabad adlandırılmışdı. 1992-ci ildə Sovetabad qəsəbəsinə 26 Bakı komissarları qəsəbəsi də birləşdirilərək Həsənabad kimi rəsmiləşdirilmişdir. Oykonim Həsən və abad (kənd) komponentlərindən düzəlib, "Həsənə məxsus kənd" deməkdir. Qəsəbə Kür çayı sahilində, Salyan düzündə yerləşir. Dövlət statistika komitəsinə göstəricilərinə əsasan 2008-ci ildə Həsənabad qəsəbə əhalisinin sayı 4.3 min nəfər olmuşdur. Samid İmanov — Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi. Camal İsmayılov - Vətən Müharibəsi Qəhrəmanı.

Значение слова в других словарях