NEYROLOGİYA
NEYRONARASI
OBASTAN VİKİ
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələr

Neyron şəbəkələri

Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Motor neyron
Motor neyron (və ya motoneyron və ya hərəkət neyronu) — hüceyrə gövdəsi motor korteksində, beyin sapında və ya onurğa beynində yerləşən və aksonu (lifi) onurğa beyninə və ya onurğa beyni xaricinə çıxan neyron. Motor neyron bilavasitə və ya dolayı yolla təsiredici orqanlara, əsasən əzələ vəzilərinə nəzarət edir. İki növ motor neyronu var - yuxarı motor neyronu və aşağı motor neyronu. Üst motor neyronlarından olan aksonlar onurğa beynindəki interneyronlara və bəzən birbaşa aşağı motor neyronlarına sinaps edir. Aşağı motor neyronlarından olan aksonlar onurğa beynindən effektorlara siqnal daşıyan efferent sinir lifləridir. Aşağı motor neyronlarının növləri: alfa motor neyronları beta motor neyronları qamma motor neyronları Tək bir motor neyron bir çox əzələ lifini innervasiya edə bilər və bir əzələ lifi bir əzələ daralması üçün tələb olunan müddətdə bir çox fəaliyyət potensialına məruz qala bilər. İnnervasiya sinir-əzələ qovşağında baş verir və seğirmələr toplama və ya tetanik daralma ilə üst-üstə düşə bilər. Ayrı-ayrı seğirmələr bir-birindən fərqlənə bilər və gərginlik tədricən artır və nəticədə bir yaylaya çatır. Motor neyronları embrion inkişafın erkən dövründə inkişaf etməyə başlayır və motor funksiyası uşaqlıqda yaxşı inkişaf etməyə davam edir. Sinir borusunda hüceyrələr ya rostral-kaudal oxda, ya da ventral-dorsal oxda yerləşir.
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Süni neyron şəbəkələr
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi model. Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramı. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramlarının heç biri effektiv yerinə yetirə bilmir. Şəkildə neyron şəbəkələrinin quruluşu göstərilib. Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur. Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur.
Ayna neyronları
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.

Digər lüğətlərdə