Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələr
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələri
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Motor neyron
Motor neyron (və ya motoneyron və ya hərəkət neyronu) — hüceyrə gövdəsi motor korteksində, beyin sapında və ya onurğa beynində yerləşən və aksonu (lifi) onurğa beyninə və ya onurğa beyni xaricinə çıxan neyron. Motor neyron bilavasitə və ya dolayı yolla təsiredici orqanlara, əsasən əzələ vəzilərinə nəzarət edir. İki növ motor neyronu var - yuxarı motor neyronu və aşağı motor neyronu. Üst motor neyronlarından olan aksonlar onurğa beynindəki interneyronlara və bəzən birbaşa aşağı motor neyronlarına sinaps edir. Aşağı motor neyronlarından olan aksonlar onurğa beynindən effektorlara siqnal daşıyan efferent sinir lifləridir. Aşağı motor neyronlarının növləri: alfa motor neyronları beta motor neyronları qamma motor neyronları Tək bir motor neyron bir çox əzələ lifini innervasiya edə bilər və bir əzələ lifi bir əzələ daralması üçün tələb olunan müddətdə bir çox fəaliyyət potensialına məruz qala bilər. İnnervasiya sinir-əzələ qovşağında baş verir və seğirmələr toplama və ya tetanik daralma ilə üst-üstə düşə bilər. Ayrı-ayrı seğirmələr bir-birindən fərqlənə bilər və gərginlik tədricən artır və nəticədə bir yaylaya çatır. Motor neyronları embrion inkişafın erkən dövründə inkişaf etməyə başlayır və motor funksiyası uşaqlıqda yaxşı inkişaf etməyə davam edir. Sinir borusunda hüceyrələr ya rostral-kaudal oxda, ya da ventral-dorsal oxda yerləşir.
Neron (ad)
Neron — ad. Neron — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru. Neron Babaxanov — coğrafiya elmləri doktoru, professor. Yaşayış məntəqələri Neron (kommuna) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir.
Neron (kommuna)
Neron (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Neron Babaxanov
Neron Aslan oğlu Babaxanov (1939, Ağstafa – 4 yanvar 2023) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Xalq Təhsili Nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991–1992). 1986-cı ildə Leninqrad Dövlət Universitetində (Sankt-Peterburq şəhərində) İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1986-cı ilin görkəmli işi kimi qeydiyyata alınmışdır. Neron Babaxanov 1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonu Yenigün kəndində anadan olub. 1956-cı ildə Yenigün kənd orta məktəbini bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hal-hazırda Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsində təhsil almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının aspiranturasına (əyani), daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına (əyani, məqsədli) daxil olub . 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1973-cü ildən dosentdir. 1983–1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub.
Nora Efron
Nora Efron (19 may 1941[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı – 26 iyun 2012[…], Manhetten, Nyu-York ştatı) — məşhur amerikalı rejissor, ssenarist. Nora Efron 1941-ci ildə Nyu-Yorkda anadan olub. Kaliforniyada böyüyüb və karyerasına "New York Post" qəzetində müxbir işləməklə başlayıb. Efron "When Harry Met Sally" və "Sleepless in Seattle" kimi məşhur filmlərin ssenarisini yazıb. Efron 3 dəfə "Oskar" mükafatına namizəd göstərilib. Rejissorluq və ssenaristlikdən başqa o həmçinin müxtəlif janrlarda əsərlər də yazıb. Nora Efron 71 yaşında Manhettendə kəskin miyeloid leykemiyası xəstəliyindən dünyasını dəyişib.
Zak Efron
Zakari Devid Aleksandr "Zak" Efron (18 oktyabr 1987, San-Luis-Obispo[d], San-Luis-Obispo qraflığı, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. O, 2000-ci illərin əvvəllərində peşəkar aktyorluq karyerasına başlayıb. Aktyor 2006-2008-ci illər arasında yayımlanan üç filmdən ibarət "Orta məktəb tamaşası" trilogiyasında Troy Bolton adlı baş qəhrəmanı canlandırmışdır. Bu filmin uğuru ilə o, xüsusilə gənclər arasında tanınma və populyarlıq qazanmışdır. Bundan əlavə o, "17 Again" və "Hairspray" filmlərində də rol almışdır. Efron Kaliforniyanın Arroyo-Qrande şəhərində böyümüşdür. Atası David Efron elektrik stansiyasında elektrik mühəndisi, anası Starla Baskett isə həmin stansiyada katibə kimi çalışmışdır. Efronun Dylan adında özündən kiçik bir qardaşı və Oliviya adlı ögey bacısı var. Öz dediyinə görə orta təbəqəli bir ailədə uşaqlığını "normal" keçirmişdir. Soyadı olan "Efron" ivrit dilindən gəlir.
İlya Efron
İlya Abramoviç Efron (1847, Vilno, Rusiya imperiyası — 19 aprel 1917, Petroqrad, Rusiya Respublikası) — Oktyabr inqilabına qədər ən məşhur Rusiya naşirlərindən biri.
Elman neyron şəbəkəsi
Elman şəbəkəsi — rekurrent şəbəkələrin bir növüdür. Çoxlaylı perseptronlardan təşkil olunmuşdur. Əksəlaqələrin təmin olunması ilə işləyir. Əlaqələr şəbəkənin çıxışından deyil, daxili neyronların çıxışından yaranır. Bu da müşahidə olunan proseslər haqqında tam məlumat almağa və düzgün idarəetmə strategiyası yaratmaq üçün informasiya toplamağa imkan verir. Bu şəbəkələr hərəkət edən obyektlərin idarəetmə sistemlərində istifadə oluna bilər. Belə ki, onların əsas xüsusiyyəti ardıcıllığın yadda saxlanmasıdır.
Süni neyron şəbəkələr
Süni neyron şəbəkələr — bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi model. Süni neyron şəbəkələr çox vaxt sadəcə neyron şəbəkələr adlandırılır. Neyron şəbəkəsi – insan beynindəki bir-biri ilə birləşmiş sinir hüceyrələrini (neyronları) modelləşdirən kompüter proqramı. Neyron şəbəkələri kompüterə, insanda olduğu kimi, özünü təlim etməklə şablonları tanımağa imkan verir. İnsan beyni kimi, neyron şəbəkələri də yalnız təxmini nəticələr verir, ancaq onların edə bildiyi işləri başqa növ kompüter proqramlarının heç biri effektiv yerinə yetirə bilmir. Şəkildə neyron şəbəkələrinin quruluşu göstərilib. Hər bir neyronun bir neçə girişi və yalnız bir çıxışı olur. Girişlərin bəzisi neyronu həyacanlandırır (aktivləşdirir), başqaları isə buna mane olur (hər biri müəyyən qüvvə ilə). İdeya ondan ibarətdir ki, girişdə konkret bir növ şablon mövcud olduqda, çıxış neyronu aktivləşəcək. Kompüterdə neyronlar və onlar arasındakı birləşmələr ədədlər massivi şəklində təsvir olunur.
Desim Klavdi Neron
Neron Klavdi Druz Germanik (lat. Nero Claudius Drusus Germanicus), Desim Klavdi Druz (lat. Decimus Claudius Drusus; 14 yanvar e.ə. 38, Roma – 14 sentyabr e.ə. 9) — adı altında doğulmuş, həmçinin Desim Klavdi Neron, Neron Klavdi Druz, I Druz və Druz Klavdi Neron (e.ə. 14 yanvar 38-ci il - e.ə. 9-cu il) kimi tanınan Roma sərkərdəsi və hərb komandanı, imperator Tiberi Klavdi Neronun qardaşı, Liviya Druzillanın kiçik oğlu.
Tiberi Klavdi Neron
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Nefrit
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Neqros
Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km². Adanın əhalisi 4 194 525 nəfər (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür.
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Neytron
Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir. Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Neqroni
Negroni cin, vermut rosso (qırmızı, yarı şirin) və Campari ilə bərabər hissələrdən hazırlanmış kokteyldir, ümumiyyətlə viski stəkanlarında servis edilir və adətən portağal dilimi və ya portağal qabığı ilə bəzədilir. Bu kokteyl aperitiv hesab olunur. İçki 1940-cı illərin sonlarından etibarən İtaliyada qeydə alınmış və 1950-ci illərdə məşhur olmuşdur, lakin mənşəyi qeyri-müəyyəndir və erkən reseptlər müasir standartdan bir qədər fərqlənir. Əsas resept – bu üç inqrediyentdən ibarət bərabər hissəli kokteyl – ilk dəfə bir çox oxşar içkilərlə yanaşı, 1920-ci illərin sonlarında fransız kokteyl kitablarında qeyd edilmişdir. İtaliyada 1800-cü illərdən Milano-Torino və ya Amerikano adları altında qazlı su ilə doldurulmuş və üzərində buz ilə xidmət edilən bərabər hissələrdə vermut və Campari (lakin cinsiz) olan uzun bir içki var. Baxmayaraq ki, bunlar müasir içkidən əhəmiyyətli dərəcədə fərqlənir, 1919-cu ildən tərkibinə cin əlavə edən "Negroni" adlı italyan içkilərinə dair iddialar var. Neqroni üçün BBA reseptində onun buz üzərində old fashion və ya viski stəkanında qurulması və köhnə moda və ya spritz (qısa, qazlı su olmadan) kimi bir dilim portağal ilə bəzədilməsi göstərilir. Ümumi variasiyalarda portağal dilimi (xüsusilə, İtaliya əyalətlərində) əvəzinə portağal qabığının (və ya limon qabığının) istifadə edilməsi, qarışdıraraq, sonra buzun üzərinə süzmək və bəzən qarışdırıb servis etmək daxildir. İçkinin mənşəyi dəqiq bilinmir və müasir resepti (cin, vermut rosso və buz üzərində verilən Campari-dən ibarət olan bərabər hissəli kokteyl) "neqroni" adından ayırmaq lazımdır. Xülasə etmək üçün, sənədli sübutlar 1920-ci illərdə Fransada qısa, Amerika tipli kokteyl kimi yaranmış içki ilə uyğun gəlir, məsələn, onun yaxşı sənədləşdirilmiş müasiri, köhnə dost (və bulvar kimi oxşar kokteyllər) və ən çox məşhur olan 1930-cu və 1940-cı illərin əvvəllərində 2:1:1 nisbətində içki kimi təqdim edilən "Campariete" adlanır.
Elron
Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir. == Tarixi == Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir. == Rəhbərlik == 2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi. Şirkətin rəhbəri Andrus Ossip idi. == Fəaliyyət == 2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km): Tallin — Aeqviydu — Tallin; Tallin — Riyzipere — Tallin; Tallin — Paldiski — Tallin; Tallin — Klooqa-Rand — Tallin; Tallin — Keyla — Tallin; Tallin — Pyaeskyola — Tallin. 1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar: Tallin — Vilyandi — Tallin; Tallin — Tyuri — Tallin; Tallin — Rapla — Tallin; Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi); Tallin — Tartu — Tallin; Tartu — Valqa — Tartu; Tartu — Koydula — Tartu; Yıqeva — Tartu — Yıqeva; Tallin — Narva — Tallin; Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..