nihilistisch
nikotinhaltig
OBASTAN VİKİ
Nikotin
Nikotin (Nicotiana tabacum), (C10H14N2), quşüzümükimilər (Solanaceae) bitki fəsiləsində olan güclü uyuşdurucu və alkaloid Fransız diplomat olan Jean Nico Portuqalya səfirliyi elədiyi 1559-1561-ci illər arasında tütün toxumlarını Fransaya yollayaraq adını tütündə olan aktiv maddələrdən biri və son dərəcə zəhərli maddə olan Nikotinə verilməsi üçün şərait yaratdı. Nikotiniya ailəsi bitkilərinin yarpaqlarından əldə edilir. Sigaret şəklində tütdürülərək və ya incə qıyılmış tütünü əmərək nikotin istifadə olunur. Normal bir siqaret 20 mg. nikotin daşıyır. Yanaraq çəkildiyindən 1-1.5 mg. nikotin alınır. Nikotin tütün yarpaqlarında rast gələn alkaloidlərdən ən əhəmiyyətlisidir. Tütündə (toxumunda və yarpaqlarında) nikotinin miqdarı 2-12%-ə qədər ola bilir. Nikotin, piridin və pirrolidin kimi iki heterotsiklik nüvənin birləşməsi olub, kimyəvi quruluşca 1-metil-2-β-piridilpirrolidindir.
Nikotin turşusu
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır. B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir: Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir; Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır; Sintetik reaksiyalarda substrat rolunu oynayır. Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s.

Digər lüğətlərdə