Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Ferents Hirzer
Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt – 28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub. == Karyera == Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb. 1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı. Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir.
Ferents Kazintsi
Ferents Kazintsi (mac. Kazinczy Ferenc; 27 oktyabr 1759[…], Şimian[d], Bihor judetsi – 23 avqust 1831 və ya 22 avqust 1831, Sefalom[d]) — Macarıstan yazıçısı, şairi, tərcüməçisi, neologisti. O, XIX əsrdə macar dili və ədəbiyyatının bərpasına böyük töhfələr vermişdir. Bu gün onun adı, macar dilinin elmi inkişafa uyğunlaşması və 1844-cü ildə dövlətin rəsmi dilinə çevrilməsi üçün minlərlə sözün birləşdirildiyi və ya yenidən gündəmə gətirildiyi XIX əsr Dil İslahatı ilə əlaqələndirilir. Linqvistik və ədəbi əsərlərinin əhəmiyyəti nəzərə alınaraq, o, David Baroti, Ferents Verşeqhi, Dyörd Beşşeney, Matyaş Rat və Yanoş Kişlə bərabər Macarıstanda islahat dövrünün mədəni qurucularından biri hesab olunur. == Həyatı == === İlk illəri === Ferents Kazintsi Macarıstan krallığının Bihar medyesində yerləşən Erşemyendə (indiki Şimiyan, Rumıniya) anadan olmuşdur. Atası Yojef Kazintsi de Kazints (1732-1784) əsil-nəcabətli ailənin üzvü olub Abov judetsində magistrat kimi işləyirdi. Ferentsin dörd qardaşı və dörd bacısı var idi. Səkkiz yaşına çatanadək onu ana babası Ferents Boşşani böyütmüşdür. Bu yeddi il ərzində xarici dildə bir kəlmə belə eşitməmişdir.
Ferents Kölçei
Ferents Kölçei (mac. Kölcsey Ferenc; 8.08.1790 — 24.08.1838) — macar yazıçısı, Macarıstan milli marşının müəllifi. == Həyatı == Ferents Kölçei Transilvaniyadan olan aristokrat ailəsində anadan olmuşdur. Debreçendəki Protestant Kollecində hüquq təhsili almışdır. Valideynlərinin həyatdan erkən köçməsi F.Kölçenin xarakterinə ciddi təsir göstərir və keçirdiyi təbii çiçək xəstəliyindən sağ gözünü itirir. O, 16 yaşında ilk əsərlərini yazmağa başlamışdır, lakin onları məhv etmişdi. XIX əsrin əvvəllərində Macarıstan ədəbiyyatının ən əhəmiyyətli nümayəndələrindən biri hesab olunurdu. Dostu Ferents Kazintsi ilə birgə, macar ədəbiyyatının və macar dilinin canlanması üçün mübarizə böyük səylər göstərmişlər. Kölçenin poeziyasında harmonik bir şəkildə klassisizmi, fransız maarifçiliyi və alman romantizmi əks etdirmişdir. Kölçei də görkəmli tənqidçi və siyasi yazıçı idi.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
Ferens Dyulai
Ferens Dyulai fon Maroş-Nemet und Nadaşka (mac. Ferencz Gyulai von Maros-Német und Nádaska, alm. Franz Gyulai von Maros-Német und Nádaska‎, 1 sentyabr 1798, Peşt[d], Peşt medyesi – 21 sentyabr 1868[…], Vyana) — Avstriya hərbi və dövlət xadimi. == Həyatı == Ferens Dyulai Transilvaniyadan olan qədim Macar zadəgan ailəsinə mənsub idi. 1694-cü ildə Dyulailər baron,1704-cü ildə isə qraf oldular. Atası məşhur Avstriya generalı İqnas Dyulai idi. 1815-ci ildə Ferens karyerasına atasının adını daşıyan 60-cı piyada alayına qoşulmaqla başladı. Bir sıra hərbi əməliyyatlarda göstərdiyi cəsarətinэ görə Avstriya ordusundakı karyerasını sürətlə inkişaf etdirdi: 1820-ci ildə leytenant,1829-cu ildə polkovnik-leytenant,1830-cu ildə polkovnik,1839-cu ildə general-mayor oldu. 1845-ci ildə imperator I Ferdinand onu 33-cü piyada alayının komandiri təyin etdi,1846-cı ildə - Triest qubernatoru və Seebesirk bölgəsinin general-qubernatoru oldu,feldmarşal-leytenant rütbəsini aldı. === Hərbçi karyerası === 1848-ci il inqilabı zamanı əvvəlcə Triest donanmasına rəhbərlik etdi,dağınıq gəmiləri topladaraq, təmizlətdirdi və donanmanı işlək vəziyyətə gətirdi, beləliklə 25 mayda Triestin önünə çıxan İtalyan gəmiləri 4 iyulda buranı tərk etmək məcburiyyətində qaldı.
Ferens Dyurçan
Ferens Dyurçan – (mac. Ferenc Gyurcsány d. 4 iyul 1961, Papa, Macarıstan) Macar siyasətçi. 2004-2009-cu illərdə Macarıstanın Baş naziri olmuşdur. == Həyatı == 4 iyul 1961-ci ildə Macarıstanın Papa şəhərində orta təbəqəyə mənsub bir ailədə anadan olmuşdur. Atası bir neçə dəfə müxtəlif səbəblərə görə həbs edilmişdir. Orta məktəbi Budapeştdə bitirdikdən sonra Papa şəhərinə geri qayıdır. 1979-cu ildə Peç Universitetinin iqtisadiyyat fakültəsinə daxil olur. 1988-1989-cu illərdə Macar Gənc Kommunist Partiyasının universitet və kolleclərdəki komitələrinə rəhbərlik edir. 1990-1992-ci illərdə "Creditium Financial Consultant Ltd"-də çalışır.
Ferens Erkel
Ferens Erkel (mac. Ferenc Erkel; 7 noyabr 1810[…], Dyula[d], Bekeş medyesi – 15 iyun 1893, Budapeşt) - dövrünün Avstriya-Macarıstan imperiyası idarəçiliyi altında yaşamış macar opera bəstəkarı, pianist, müəllim və orkestra drijoru. Erkel macar tarixi mövzusu olan macar qrand-opera janrının yaradıcısı hesab edilir. Opera əsərləri Macarıstanda hələ də tamaşaçıların böyük sevgisi ilə dəfələrlə yenidən səhlələşdirilmişdir. 1844-cü ildə Macarıstan milli himni olaraq qəbul edilən "Himnusz" adlı marşın musiqisinin bəstəkarıdır. == Həyatı == Erkel Transilvaniya-Macarıstan sərhədinə yaxın olan Dyula adlı kiçik şəhərdə Şvabiyalı alman əsilli musiqiçi olan İosif Erkel və macar əsilli həyat yoldaşının oğlu olaraq 1810-cu ildə anadan olmuşdur. === Təhsili === Musiqi sahəsində istedadı olan çox balaca ikən anlaşılmış, orq ifaçıları olan babası və atası tərəfindən ilk musiqi təhsili və piano dərsləri almışdı. İlk piano konsertini Dyulada 11 yaşında olarkən vermişdir. Sonra musiqi təhsilini əvvəl lisey səviyyəsində təhsil verən Oradeada və sonra da daha yüksək musiqi təhsili verən Bratislavada davam etdirmişdir. Bu şəhərdə yaxşı musiqi təhsili görmüş və 17 yaşında təhsilini bitirmişdir.
Ferens Herçeq
Ferens Herçeq (22 sentyabr 1863[…] – 24 fevral 1954[…], Budapeşt) — Macar yazıçı və dramaturq, milliyətçi mühafizəkar fikrin davamçılarından. == Həyatı == Ferens Herçeq 1863-cü ilin sentyabr ayının 22-də Vrşaç şəhərində anadan olmuşdur. Ali məktəbə hüquq ixtisası üzrə daxil olmasına baxmayaraq, təhsilini ədəbiyyat sahəsi üzrə davam etdirmişdir. 1890-cı ildə ilk romanını nəşr etdirən Herçeq, 1895-ci ildə "Ui Dök" adlı jurnalın həm redaktoru həm yaradıcısı olmuşdur. Bu jurnal yarım əsr Macarıstanın mühafizəkar yuxarı və orta təbəqələrinin mətbu orqanı idi. O, 1896-cı ildə Macar parlamentinə seçilmişdir. 1901-ci ildə isə "Petüfi" cəmiyyətinin prezidenti olmuşdur. == Ədəbi fəaliyyəti == Onun romanları özündə yumoru, sarkazmı və sosial tənqidi ehtiva edirdi. Bunun ən məşhur nümunəsi "Dyurkoviç qızları" (ing. The Gyurkovics Girls) (1893) adlı əsəridir.
Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Ferens Molnar
Ferens Molnar (d. 12.01.1878 - ö. 01.04.1952) - macar yazıçı. == Həyatı == Ferens Molnar 12 yanvar 1878-ci ildə Macarıstanın Budapeşt şəhərində doğulmuşdur. 1896-cı ildə ədəbi fəaliyyətə başlayıb. "Ac şəhər" hekayələr toplusu 1901-ci ildə çap olunub. 1930-cu illərdə ABŞ-yə mühacirət edib. Ferens Molnar 1 aprel 1952-ci ildə ABŞ-nin Nyu-York ştatında vəfat etmişdir. "Pal küçəsinin oğlanları" povestini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir. == Kitabları == "Ac şəhər" (hekayələr).
Ferenç Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir. Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır.
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
Meri Perent
Meri Perent (1968, ABŞ) — Amerikalı prodüser.
II Ferens Rakoçi
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676 və ya 27 fevral 1676 – 8 aprel 1735, Təkirdağ) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi == Həyatı == Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.
Ferens List Musiqi Akademiyası
Ferens List Musiqi Akademiyası (mac. Liszt Ferenc Zeneművészeti Egyetem) — Budapeştdə yerləşən Macarıstanın ən qabaqcıl musiqi akademiyası. Akademiya Ferens List tərəfindən 1875-ci ildə təsis edilib və ilk olaraq öz evində yerləşirdi. 1919-cu ilədək Kral Macarıstan Musiqi Akademiyası (alm. Königlich-Ungarische Musikakademie‎) adlanırdı, sonra 1925-ci ildə yalnız Musiqi Kolleci adını qazandı. Akademiya həmçinin List Muzeyi və Araşdırma Mərkəzi və Bartok Musiqi Məktəbini də əhatə edir. Bundan əvvəl Akademiya, memar Adolf Lanq ("Köhnə Musiqi Akademiyası") tərəfindən hazırlanmış Andrassi prospektindəki bir binada yerləşdi. Bina yalnız 1980-ci illərdə Akademiya tərəfindən satın alınmışdır və indi rəsmi olaraq Ferens List Memorial və Araşdırma Mərkəzi adlanır.
Budapeşt List Ferenç Hava Limanı
Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir. Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir. == Adı == Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır.
Budapeşt List Ferenç Beynəlxalq Hava Limanı

Ferens List adına Budapeşt Beynəlxalq Hava Limanı