Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikotin
Nikotin (Nicotiana tabacum), (C10H14N2), quşüzümükimilər (Solanaceae) bitki fəsiləsində olan güclü uyuşdurucu və alkaloid Fransız diplomat olan Jean Nico Portuqalya səfirliyi elədiyi 1559-1561-ci illər arasında tütün toxumlarını Fransaya yollayaraq adını tütündə olan aktiv maddələrdən biri və son dərəcə zəhərli maddə olan Nikotinə verilməsi üçün şərait yaratdı. Nikotiniya ailəsi bitkilərinin yarpaqlarından əldə edilir. Sigaret şəklində tütdürülərək və ya incə qıyılmış tütünü əmərək nikotin istifadə olunur. Normal bir siqaret 20 mg. nikotin daşıyır. Yanaraq çəkildiyindən 1-1.5 mg. nikotin alınır. Nikotin tütün yarpaqlarında rast gələn alkaloidlərdən ən əhəmiyyətlisidir. Tütündə (toxumunda və yarpaqlarında) nikotinin miqdarı 2-12%-ə qədər ola bilir. Nikotin, piridin və pirrolidin kimi iki heterotsiklik nüvənin birləşməsi olub, kimyəvi quruluşca 1-metil-2-β-piridilpirrolidindir.
Nikotin turşusu
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır. B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir: Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir; Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır; Sintetik reaksiyalarda substrat rolunu oynayır. Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s.
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
Aleksandr Nikitin
Aleksnadr Nikitin — Ukrayna aktyoru. == Həyatı == 30 noyabr 1971-ci ildə Latviyanın Skrunda şəhərində, hərbçi ailəsində anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Ukryanaya köçüb. Xarkov Dövlət İncəsənət İnstitutunun teatr fakultəsini bitirib. Xarkovda Puşkin adına, Donetskdə Artyom adına rus dram teatrının aktyoru, həmçinin Kiyevdə milli rus dram teatırında çalışıb.
Nikolay Nikitin
Nikolay Nikitin (rus. Николай Васильевич Никитин; 3 may 1926, İvanovka, İsmayıllı rayonu – 1994, İsmayıllı) — Sosialist Əməyi Qəhrəmanı, milli iqtisadiyyatın Sovet lideri Mixail Kalinin adına kolxoz sədri. İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. "Sədri Nikitin, müzakirə idarəetmə istedadları ilə yanaşı, Azərbaycan, Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi ilə Dostluq məşhur idi. Kollektiv ferma ofis Əliyev Jr başqa bir quote bir stel əvvəl: "Heydər Əliyev sizin zamin oldu və bu gün mən sizin zamin deyiləm." Bu sözləri Rusiya bir qonaq görünə bilər kimi Diqqətəlayiq deyil. "Zamin" — burada olduğu kimi, "prezident" deyil, ancaq zamin deyil — hər şey düşür ki, şərti bir. Bu mənada, prezidentlər Əliyev — həm də böyük və kiçik — toxunulmazlığı İvanovka zəmanətlər və onun təsərrüfatı var. 1980-ci ildə Rauf Nağıyev tərəfindən Zirvəyə yol adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Sara Nikitin
Sara Nikitin (27 dekabr 1988) — Braziliyalı oxatan. Sara Nikitin Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sara Nikitin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Şimali Koreyanın nümayəndəsi Kang Un-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Sara Nikitin rəqibinə 0:6 hesabı ilə uduzdu.
İvan Nikitin
İvan Savviç Nikitin (rus. Ива́н Са́ввич Ники́тин, 3.10.1824-28.10.1861)—Rusiya şairi.
Tikotin Yapon İncəsənəti Muzeyi
Tokotin Yapon İncəsənəti Muzeyi (ivr. ‏מוזיאון טיקוטין לאמנות יפנית‏‎) – İsrailin Hayfa şəhərində, Karmel dağının təpəsində yerləşən yapon incəsənəti muzeyi. Orta Şərqdə yapon incəsənətinə həsr olunmuş yeganə muzeydir. Muzey 1960-cı ildə kolleksiyaçı Feliks Tikotin və Hayfa şəhərinin meri Abba Huşi tərəfindən yaradılmışdır. Feliks Tikotin yapon incəsənətinin kolleksiyaçısı olan yəhudi olmuşdur. O, topladığı kolleksiyalarla bir çox muzeydə yapon incəsənəti sərgiləri təşkil etmişdir. İkinci dünya müharibəsi zamanı nasistlərdən qaçmış və kolleksiyasını Niderlandda gizlətmişdir. Müharibədən sonra kolleksiyasını İsrailə gətirməyə qərar vermiş və 1956-cı ildə İsrailə gələrək kolleksiyasını muzeylərindən birinə bağışlamışdır. Hayfa şəhərini ziyarət edərkən şəhərin meri Abba Huşi ilə görüşmüş və Hayfada yapon incəsənəti muzeyi qurmaq qərarına gəlmişdir. Tikotin Niderland, Belçika, Fransa, İngiltərə və Yaponiyaya səyahət edərək ideyası üçün dəstək axtarmışdır.
Neqotin
Neqotin (serb. Неготин) — Serbiyanın şərqində yerləşən şəhər. Neqotin icmasının inzibati mərkəzi. Neqotin Serbiyanın Rumıniya və Bolqarıstan arasında olan sərhədə yaxın ərazidə yerləşir. Şəhərin əhalisi 16,882 nəfərdir (2011). İlk dəfə XVI əsrdə 1530-cu ildə qeyd edilmişdir. 1804-cü ildə buradan Osmanlı imperiyasına qarşı ilk Serb üsyanı başladı. Neqotin pivə saxlama zirzəmiləri Serbiyadakı YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuşdur.
Nikelin
Nikelin — mineral, NiAs. Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Nikitino
Nikitino, Fioletovo — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd.
Şikotan
Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir. Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir.
Nikon
Nikon Korporasiyası (株式会社ニコンKabushiki-gaisha Nikon ) (həmçinin Nikon və Nikon Corp. kimi tanınır) optik avadanlıq və kamera cihazları üzrə ixtisaslaşmış Yaponiyada yerləşən çoxmillətli şirkətdir . Xüsusilə kameraları ilə dünyada tanınan şirkətin digər məhsulları arasında durbin, mikroskop, optik ölçü cihazları və yarımkeçirici istehsalında istifadə olunan dəqiq emal cihazları var. İlk dəfə 1917-ci ildə Nippon Kōgaku (日本光学: "Yaponiya Optik Şirkəti") adı ilə qurulan şirkət ilk dəfə 1946-cı ildə istehsalına başladığı fotoaparat obyektivlərində Nikon markasından istifadə etdi. Fotoqrafiya sənayesindəki uğurlarının nəticəsi olaraq, şirkət 1988-ci ildə Nikon Corporation adını aldı və bu gün Mitsubishi Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. == Tarix == Nikon 1917-ci ildə üç böyük yapon optik istehsalçısının bir araya gəlməsi ilə qurulub. Bu gün Nikon təxminən 17.000 işçisi ilə fəaliyyətini davam etdirir.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Sikstin Madonnası
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
Sikstin kapellası
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Yana Nikitina
Aktrisa Yana Vitalyevna Nikitina 1975-ci il avqustun 15-də Bakıda anadan olub.Bakıda 9 №-li orta məktəbi bitirib.Daha sonra Bakı Slavyan Universitetinin filologiya fakultəsində təhsil alıb.Gənc yaşlarından teatr və televiziyada çalışıb.Yana Nikitina əsl şöhrəti “Şən və Hazırcavablar” klubu "Parni iz Baku"dakı çıxışları ilə qazanıb.O,bu komandada yeganə xanım iştirakçı olub.O,1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.Azərbaycanda və Rusiyada serial və filmlərə çəkilib.Evlidir,bir oğlu var.Hal-hazırda həm Azərbaycan,həm də Rusiyada kastinq-direktoru,film və seriallarda rejissor və produser kimi çalışır. Graf Krestovsky (film, 2004) (TV şərhçisi) Milli bomba (film, 2004) (Yekaterina xüsusi müxbir) Əlvida, cənub şəhəri (film, 2006) (Valya) Barbados (film, 2011) (Valya) Bir kəndin sevinci (2012) (Nadya) Qorxma, mən səninləyəm!
Yuri Nikulin
Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[…], Demidov, Smolensk quberniyası[d] – 21 avqust 1997, Moskva) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973). Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
Tomislav Nikoliç
Tomislav Nikoliç (serb. Томислав Николић; 15 fevral 1952) Serb siyasətçisidir. O, 2012-ci il may ayının 31-dən 2017-ci ilə qədər Serbiya prezidenti olmuşdur. O, siyasətə Xalq Radikal Partiyasının vitse-prezidenti kimi daxil olmuşdur. O, 1998-1999-cu illər arasında Serbiya Baş nazirinin müavini vəzifəsində işləmişdir. 2004-cü il iyun ayının 13-də Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda o, 30,61 faiz səs əldə edərək qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş olan seçkilərin ikinci turunda isə Boris Tadiçə qarşı mübarizə aparmışdır. O, bu mərhələdə 46,03 səs əldə edə bilsə də, lakin rəqibi olan Boris Tadiç 53,97 səs yığaraq onu məğlubiyyətə düçar edə bilmişdir. O, 2008-ci il yanvar ayının 20-də keçirilmiş olan Serbiya prezident seçkilərinin birinci turunda səslərin 39 faizini yığaraq qalib gəlmişdir. Seçkilərdə 50 faizdən çox səs yığan namizəd olmadığı üçün o, fevral ayının 3-də keçirilmiş olan seçkilərin ikinci turunda Serbiyanın o dövrdəki prezidenti Boris Tadiçlə yenidən yarışmışdır.
Milica Nikoliç
Milica Nikoliç (7 noyabr 1994, Belqrad) — Serbiyanı təmsil edən cüdoçu. == Karyerası == 2018-ci ildə İsrailin Təl-Əviv şəhərində Avropa Çempionatında bürünc medala sahib olub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı doqquzuncu pillədə başa vurub. 2024-cü ildə Serbiyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində İspaniya nümayəndəsi Laura Martineza məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Nikolina Başnakova
Nikolina Başnakova (d. 29 mart 1998) — Azərbaycanın qadınlardan ibarət voleybol komandasının üzvü. == Klub karyerası == İlk dəfə 2015-2016-cı illərdə Azərreyl QVK klubunun heyətində debüt edib. 2016-2018-ci illərdə Bursa BBSK klubunun heyətinə, 2018/2019-cu illərdə və 2020-2021-ci illərdə Sarıyer Belediyesi klubuna transfer olunub. 2021-2022-ci illərdə MCM-Diamant KNRC klubunda çıxış edib. 2022-2023-cü illərdə Benedik RA klubu onu öz heyətinə qatıb. 2023-2024-cü illər mövsümünü İtaliyanın Pallavolo C.B.L. Kosta Volpino komandasının heyətində keçirib.
Rikoti aşırımı
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım. Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir. 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı. M. Utmelidze, Gürcüstan Sovet Ensiklopediyası, 8-ci buraxılış, səh.
Sikstin kapellası tavanı
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Sikstin kapellasının tavanı
Sikstin kapellasının tavanı 1508-1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. 1477-1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur. Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng “Böyük məhkəmə” freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir. Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin “Mona Liza” əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən “Adəmin yaradılışı” təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır. Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur. Roma papası II Yuli “döyüşçü papa” idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.