Nitrat

das; -(e)s, -e nitrat
nisten
Niveau
OBASTAN VİKİ
Ammonium nitrat
Ammonium nitrat – NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur. == Tarixi == İlk dəfə 1659-cu ildə İohan Qlauber tərəfindən kəşv edilmişdir. == Fiziki xassələri == Ammonium nitrat ağ kristal maddədir. Suda çoxyaxşı həll olur: 100 q buzlu (oC) suda 118,3 qram, 20oC-də 192 qram, 30oC-də 241,8 qram, 50oC-də 384 qram, 80oC-də 580 qram, 100oC-də 871 qram. Həmçinin, ammonium nitrat ammonyak, piridin, metanol, etanolda həll olunur. Detonasiyanın sürəti 2570 m/s. Normal atmosfer təzyiqində NH4NO3 kristalları üçün bir neçə modifikasiya mövcuddur. Adi şəraitlərdə rombik kristallik qəfəs stabildir. O, 32,2oC-dən yuxarı temperaturda digər rombik, parametrləri kəskin dəyişmiş formaya keçir. 82,2oC-dən yuxarı temperaturda tetraqonal, 125,8oC-dən yuxarı temperaturda kubik forma stabildir.
Berilium nitrat
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur. == Fiziki xassələri == Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur. == Alınması == Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar: B e O + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + H 2 O {\displaystyle {\mathsf {BeO+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+H_{2}O}}} B e ( O H ) 2 + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Be(OH)_{2}+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+2H_{2}O}}} B e S O 4 + B a ( N O 3 ) 2 ⟶ B e ( N O 3 ) 2 + B a S O 4 {\displaystyle {\mathsf {BeSO_{4}+Ba(NO_{3})_{2}\longrightarrow \ Be(NO_{3})_{2}+BaSO_{4}}}} == Kimyəvi xassələri == Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır: B e ( N O 3 ) 2 + N a 2 S + 2 H 2 O ⟶ B e ( O H ) 2 + H 2 S + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}S+2H_{2}O\longrightarrow Be(OH)_{2}+H_{2}S+2NaNO_{3}}}} B e ( N O 3 ) 2 + N a 2 C O 3 + H 2 O ⟶ B e ( O H ) 2 + C O 2 + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}CO_{3}+H_{2}O\longrightarrow \ Be(OH)_{2}+CO_{2}+2NaNO_{3}}}} Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır: B e ( N O 3 ) 2 + H 2 O ⟷ B e ( O H ) N O 3 + H N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+H_{2}O\longleftrightarrow Be(OH)NO_{3}+HNO_{3}}}} 1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır: 2 B e ( N O 3 ) 2 ⟶ 2 B e O + 4 N O 2 + O 2 {\displaystyle {\mathsf {2Be(NO_{3})_{2}\longrightarrow \ 2BeO+4NO_{2}+O_{2}}}} == Tətbiqi == Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər. == İstinadlar == Неорганическая химия.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzuna deyilir. == Təbiətdə tapılması == Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. == Fiziki xassələri == Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. == Alınması == Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Qallium nitrat
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Dəmir (III) nitrat
Dəmir (III) nitrat - qeyri-üzvi kimyəvi birləşmə, azot turşusu və üç valentli dəmirin duzudur. == Fiziki xassələri == Dəmir (III) nitrat adi temperaturda konsentra-siyadan asılı olaraq Fe(NO3)3•6H2O tərkibli rəngsiz kublar şəklində və ya Fe(NO3)3•9H2O tərkibli monoklinik kristallar kimi kristallaşır. Fe(NO3)3• 6H2O - kub qəfəsli açıq bənövşəyi rəngli hiqroskopik kristallardı. Ən azı tərkibində 57% HNO3 və 28% Fe(NO3)3 olan sulu məhlullardan kristallaşdıqda alınır. Fe(NO3)3• 9H2O - monoklinik qəfəsli çox higroskopik açıq bənövşəyi kristallardı (a = 0,140 nm, b = 0,970 nm, c = 1,103 nm, β = 95,52°C). Suda yaxşı həll olunur, qızdırıldıqda 50,1 0C-də əriyir. == Alınması == Dəmir (III) nitratı dəmir qırıntılarının 20-30% -li nitrat turşusunun məhlulu ilə reaksiyası zamanı almaq olar: F e + 4 H N O 3 ⟶ F e ( N O 3 ) 3 + 2 H 2 O + N O ↑ {\displaystyle {\mathsf {Fe+4HNO_{3}\longrightarrow Fe(NO_{3})_{3}+2H_{2}O+NO\uparrow }}} İstehsalatda bu prosesi məhluldan hava üfürməklə həyata keçirmək olar: 4 F e + 12 H N O 3 + 3 O 2 ⟶ 4 F e ( N O 3 ) 3 + 6 H 2 O {\displaystyle {\mathsf {4Fe+12HNO_{3}+3O_{2}\longrightarrow 4Fe(NO_{3})_{3}+6H_{2}O}}} Laboratoriya şəraitində dəmir (III) nitratı mübadilə reaksiyası zamanı almaq olar: F e 2 ( S O 4 ) 3 + 3 B a ( N O 3 ) 2 ⟶ 2 F e ( N O 3 ) 3 + 3 B a S O 4 ↓ {\displaystyle {\mathsf {Fe_{2}(SO_{4})_{3}+3Ba(NO_{3})_{2}\longrightarrow 2Fe(NO_{3})_{3}+3BaSO_{4}\downarrow }}} C e ( N O 3 ) 3 O H + 3 H N O 3 + F e S O 4 ⟶ C e ( N O 3 ) 3 + F e ( N O 3 ) 3 + H 2 S O 4 + H 2 O {\displaystyle {\mathsf {Ce(NO_{3})_{3}OH+3HNO_{3}+FeSO_{4}\longrightarrow Ce(NO_{3})_{3}+Fe(NO_{3})_{3}+H_{2}SO_{4}+H_{2}O}}} == Kimyəvi xassələri == Sulu məhlullarda dəmir (III) nitrat güclü hidrolizə məruz qalır: F e ( N O 3 ) 3 + 2 H 2 O ⇄ F e ( O H ) 2 N O 3 + 2 H N O 3 {\displaystyle {\mathsf {Fe(NO_{3})_{3}+2H_{2}O\rightleftarrows Fe(OH)_{2}NO_{3}+2HNO_{3}}}} HNO3 məhlulunu güclü turşulaşdırmaqla tarazlığı əks istiqamətə dəyişmək olar. 2 F e ( N O 3 ) 3 + 6 N a O H + ( n − 6 ) H 2 O ⟶ F e 2 O 3 ⋅ n H 2 O ↓ + 6 N a N O 3 {\displaystyle {\mathsf {2Fe(NO_{3})_{3}+6NaOH+(n-6)H_{2}O\longrightarrow Fe_{2}O_{3}\cdot nH_{2}O\downarrow +6NaNO_{3}}}} Dəmir (III) nitrat qızdırıldıqda parçalanır: 4 F e ( N O 3 ) 3 → t 2 F e 2 O 3 + 12 N O 2 ↑ + 3 O 2 ↑ {\displaystyle {\mathsf {4Fe(NO_{3})_{3}{\xrightarrow {\ t\ }}2Fe_{2}O_{3}+12NO_{2}\uparrow +3O_{2}\uparrow }}} == Tətbiqi == Dəmir (III) nitrat çirkab suların təmizlənməsində koaqulyant kimi, parçaların və yunların rənglənməsi zamanı (rəng tez yuyulmasın) istifadə olunur. Dəmir (III) nitratla hopdurulmuş bəzi gillər üzvi sintezdə faydalı oksidləşdirici lərdir. 2 N H 3 + 2 N a → F e ( N O 3 ) 3 2 N a N H 2 + H 2 {\displaystyle {\mathsf {2NH_{3}+2Na{\xrightarrow {Fe(NO_{3})_{3}}}2NaNH_{2}+H_{2}}}} == İstinadlar == Волков А. И., Жарский И. М. Большой химический справочник.
Nikel (II) nitrat
Nikel (II) nitrat — kimyəvi formulu Ni(NO3)2 olan qeyri-üzvi birləşmədir, nikel və nitrat turşusunun duzudur. Kristallhidratlar əmələ qətirir. Nikel (II) nitrat suda, asetonitrildə və dimetilsulfoksiddə yaxşı həll olan açıq — yaşıl kristallar əmələ gətirir. Ni(NO3)2•nH2O tərkibli kristalhidratlar əmələ gətirir, burada n = 2, 4, 6 və 9-dur. Ən sabit kristalhidrat Ni(NO3)2•6 H2O, [Ni(H2O)6](NO3)2 quruluşuna malikdir – və bu kristalhidratdakı nikel ionu altı su molekulu ilə əhatə olunur və nitrat ionları ilə birbaşa kimyəvi rabitəsi yoxdur. 1. Nikel və ya nikel(II) oksidin durulaşdırılmış azot turşusunda həll edilməsi nəticəsində almaq olar: 3 Ni + 8 HNO 3 ⟶ 3 Ni ( NO 3 ) 2 + 2 NO ↑ + 4 H 2 O , {\displaystyle {\ce {3Ni + 8HNO3 -> 3Ni(NO3)2 + 2NO ^ + 4H2O,}}} NiO + 2 HNO 3 ⟶ Ni ( NO 3 ) 2 + H 2 O {\displaystyle {\ce {NiO + 2HNO3 -> Ni(NO3)2 + H2O}}} 2. Nikel (II) xloridin isti nitrat turşusunda həll edilməsi nəticəsində: 3 NiCl 2 + 8 HNO 3 → 100 o C 3 Ni ( NO 3 ) 2 + 3 Cl 2 ↑ + 2 NO ↑ + 4 H 2 O ⋅ {\displaystyle {\ce {3NiCl2 + 8HNO3 ->[100^oC] 3Ni(NO3)2 + 3Cl2 ^ + 2NO ^ + 4H2O.}}} 1. Susuz duz qızdırıldıqda parçalanır: 2 Ni ( NO 3 ) 2 → 500 o C 2 NiO + 4 NO 2 + O 2 , {\displaystyle {\ce {2Ni(NO3)2 ->[500^oC] 2NiO + 4NO2 + O2,}}} Ni ( NO 3 ) 2 → 150 o C , v a c u u m Ni ( NO 2 ) 2 + O 2 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 ->[150^oC, vacuum] Ni(NO2)2 + O2.}}} 2. Qələvi metal hidroksidləri ilə reaksiyaya daxil olur və nəticədə zümrüd – yaşılı rənqdə nikel(II) hidroksid alınır: Ni ( NO 3 ) 2 + 2 NaOH ⟶ Ni ( OH ) 2 ↓ + 2 NaNO 3 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 2NaOH -> Ni(OH)2 v + 2NaNO3.}}} 3. Əks halda, reaksiya ammonyakın sulu məhlulları ilə gedir, durulaşdırılmış məhlul ilə əsası nikel nitrat alınır: Ni ( NO 3 ) 2 + NH 3 ⋅ H 2 O ⟶ Ni ( NO 3 ) ( OH ) ↓ + 2 NH 4 NO 3 , {\displaystyle {\ce {Ni(NO3)2 + NH3.H2O -> Ni(NO3)(OH) v + 2NH4NO3,}}} və qatı amonyak məhlulu ilə: Ni ( NO 3 ) 2 + 6 ( NH 3 ⋅ H 2 O ) ⟶ [ Ni ( NH 3 ) 6 ] ( NO 3 ) 2 + 6 H 2 O ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 6(NH3.H2O)-> [Ni(NH3)6](NO3)2 + 6H2O.}}} 4. Güclü oksidləşdirici maddələrlə reaksiyaya daxil olduqda, zəif reduksiyaedicidir: 2 Ni ( NO 3 ) 2 + Cl 2 + 6 NaOH ⟶ 2 NiO ( OH ) ↓ + 2 NaCl + 4 NaNO 3 + 2 H 2 O ⋅ {\displaystyle {\ce {2Ni(NO3)2 + Cl2 + 6NaOH -> 2NiO(OH) v + 2NaCl + 4NaNO3 + 2H2O.}}} Bütün nitratlar kimi, oksidləşdirici maddədir və üzvi maddələrlə yanan qarışıqlar əmələ gətirir. Maddənin tozu gözləri və selikli qişanı qıcıqlandırır və allergik reaksiyalara səbəb ola bilər. Daxilə düşsə ÖD 50 siçovullar üçün 1620 mq/kq. Suda yaşayan orqanizmlər üçün zəhərlidir. Kanserogendir.
Nitratlar
Nitratlar — minerallar, azot turşusunun (HNO3) duzları. Quruluş və bəzi xassələrinə görə (məsələn: ikiqat şüasındırma) karbonatlara yaxındır. Bəzən nitratlar həmin sinfə daxil edilir. Nitronatritlə kalsit, nitrokalitlə araqonit arasında müşahidə edilən izotipiya bu qohumluğu aydın göstərir. Lakin olduqca güclü turşu duzları kimi, bir sıra xassələrinə (xüsusən yüksək həllolma və aşağı sərtlik), həmçinin mənşəyinə görə nitratlar karbonatlardan kəskin fərqlənir. Nitratlar məhz ekzogen proseslər zamanı, adətən, üzvü qalıqların parçalanması və bakteriyaların fəaliyyəti nəticəsində əmələ gəlir. Şimşək çaxdıqda elektrik boşalmaları nəticəsində NO2 əmələ gəlməsi də ehtimal edilir. Nitratlar olduğca dayanıqsız olub yalnız quru iqlim şəraitində rast gəlir. Ən güclü əsasların (Na və K) nitratları daha səciyyəvidir. Geologiya terminlərinin izahlı lüğəti.

Digər lüğətlərdə