Nobel mükafatı

illik beynəlxalq mükafat. Alfred Bernard Nobel tərəfindən qurulan təşkilatın verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. Beynəlxalq mükafatdır, 1901-ci ildən verilir. Nobel mükafatının məbləği təxminən $1,3 mln.-a bərabərdir. Mükafat aşağıdakı sahələr üzrə verilir: Nobel Kimya Mükafatı, Nobel Fizika Mükafatı, Nobel Tibb və Fiziologiya Mükafatı, Nobel Ədəbiyyat Mükafatı, Nobel Sülh Mükafatı-Dünyada sülhün bərqərar olunmasındakı iştirakına görə, Nobel İqtisadiyyat Mükafatı.
Nəzəriyyə
Normativ
OBASTAN VİKİ
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel Mükafatı

"Nobel" sülh mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Nobel Mükafatı Muzeyi
Nobel Mükafatı Muzeyi — (əvvəlki adı Nobel Muzeyi [isv. Nobelmuseet]), İsveçin mərkəzi Stokholmdakı köhnə şəhər olan Qamla Standakı (Köhnə şəhər) Sturtoret meydanının şimal tərəfindəki keçmiş Birja Binasında (Börshuset) yerləşən muzey (İsveç Akademiyası və Nobel Kitabxanası da eyni binadadır.) Nobel Mükafatı Muzeyində Nobel mükafatı və Nobel mükafatçıları haqqında məlumatlarla yanaşı, mükafatın qurucusu Alfred Nobel (1833–1896) haqqında məlumatları da özündə əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə daima nümayiş olunan şəxsi həyat hekayələri ilə yanaşı, Nobel mükafatı laureatlarının muzeyə bağışladıqları bir çox eksponatlarda yer alır. Nobel Muzeyi 2001-ci ilin yazında Nobel mükafatının verilməsinin 100 illiyi şərəfinə açıldı. Erika Lanner muzeyin yeni direktoru olması ilə yanaşı muzeyin adı 2019-cu ildə Nobel Mükafatı Muzeyi olaraq dəyişdirildi. Muzeyin manifestinə görə buradakı mahiyyət "Nobel mükafatçıları və onların qazandıqları uğurların, habelə Nobel mükafatı və Alfred Nobelin xatirəsini canlandıran" eksponatların olmasıdır. Bu məqsədlərə çatmaq üçün muzey bistro və dükanına əlavə olaraq; elmlə əlaqəli sərgilər, filmlər, teatr tamaşaları və müzakirələri təqdim edir. Muzey sərgilərində Mariya Küri, Nelson Mandela və Vinston Çörçill kimi görkəmli Nobel mükafatçılarıda var. Muzey tez-tez “Elm eskizləri”, Nobel kəşflərinin öz eskizləri ilə çəkilən 42 Nobel mükafatçısı ilə bir foto sərgi təqdim olunur. Bu sərgi Dubay və Sinqapur da daxil olmaqla dünyanın digər yerlərində də nümayiş etdirilib.
Nobel Sülh Mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Nobel Ədəbiyyat Mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir. Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər: İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri; Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları; Ədəbiyyat üzrə Nobel mükafatı laureatları; Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri. Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur.
Fizika üzrə "Nobel" mükafatı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır. Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-cu ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür. Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibb və ədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun. Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.
Fizika üzrə Nobel mükafatı

Kimya üzrə "Nobel" mükafatı
Nobel Kimya mükafatı — Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur. Kimya üzrə Nobel Mükafatı (isveç. Nobelpriset i kemi) kimya sahəsində elmi nailiyyətlərə görə hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən ən yüksək mükafatdır. Mükafat laureatlarına namizədlər Kimya üzrə Nobel Komitəsi tərəfindən irəli sürülür. Mükafat 1895-ci ildən isveçli kimyaçı Alfred Nobelin (ölüb 1896) vəsiyyəti ilə təsis edilən beş mükafatdan biridir, kimya, fizika, ədəbiyyat, fiziologiya və tibb sahələrində görkəmli nailiyyətlərə və sülhə verdiyi töhfələrə görə verilir. Kimya üzrə ilk Nobel mükafatı 1901-ci ildə hollandiyalı Jacob Hendrik van't Hoffa verilib. Hər bir laureata medal, diplom və pul mükafatı verilir, bu mükafatların məbləği illər ərzində dəyişir. Mükafat Stokholmda, Nobelin ölümünün ildönümündə, dekabrın 10-da keçirilən illik mərasimdə verilir. Alfred Bernard Nobel (21 oktyabr 1833, Stokholm, İsveç) kimyaçı, mühəndis, novator, hərbi istehsalçı və dinamitin ixtiraçısı idi. Alfred Nobelin mülkiyyətində qalması kimyəvi və top istehsalına keçid üçün əhəmiyyətli bir təkan verən Bofors metallurgiya şirkətinə sahib idi — Bofors həm hərbi silahların (təyyarələr, tanklar) istehsalı, həm də barıt istehsalı ilə məşğul idi.
Kimya üzrə Nobel mükafatı

Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları (isv. Nobelpriset, norv. Nobelprisen) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi.
Nobel sülh mükafatı konserti
Nobel sülh mükafatı konserti (Norveç və İsveç dilində: Nobels fredspriskonsert) — mükafatların təqdim edilməsi və nobel şam yeməyi ilə birlikdə nobel həftəsinin üç tərkib hissəsindən biri sayılır. Nobel sülh mükafatı konserti Avropa ölkələrində ilin əsas musiqi hadisələrindən biri sayılır, Skandinaviya ölkələrində isə ilin əsas musiqi hadisəsi hesab olunur. Konsert, 11 dekabr 1994-cü ildən hər il Norveçin paytaxtı Oslo şəhərində keçirilir. Konsertdə zəmanəmizin ən görkəmli klassik musiqiçiləri və sənətçiləri iştirak edirlər. Konsert 2015-ci ilə qədər Oslo Şəhər Ratuşasında təşkil olunurdu. 2015-ci ildən Telenor Arenada keçirilir. Konsert dünyanın bir çox ölkələrində canlı nümayiş olunur. Laureatlar Yasir Ərəfat, Şimon Peres and İshaq Rabin Aparıcı Erik Bay Sənətçilər Ofra Haza Mari Boyn Ole Edvard Antonsen Nüsrət Fateh Əli Xan Sigvard Dagsland Şineyd O'Konnor Sondre Bratland Laureatlar Cozef Rotblat Laureatlar Karlos Filipe Ximenes Belo və Jose Ramos-Horta Aparıcı Erik Bay Sənətçilər Anjelik Kidjo Annbyorq Lien Jan Qarbarek / Angelite Coan Osborn Morten Harket – "East Timor" Solveyq Krinqlebotn Sondre Bratland Sølvguttene Tata-May-Lo Laureatlar Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Hərəkat və Codi Uilliams Aparıcı Viqdis Finnboqadottir Sənətçilər Enn Qret Preus Boyz II Men Emmilu Harris Harri Konnik Cuel Meri Keri – "My All", "Butterfly"; "One Sweet Day" Boyz II Men ilə birgə Nils Petter Molver Şineyd O'Konnor Sølvguttene Yussu N'Dur Laureatlar Con Hyum və Devid Trimbl Aparıcı Ase Kleveland Sənətçilər a-ha – "Summer Moved On", "The Sun Always Shines On TV"; Alanis Morissette The Cranberries – "Dreams", "Promises" Elton Con – "Your Song", "Something About The Way You Look Tonight" Enrike İqlesias Espen Lind – "Pop From Hell" Hariprasad Çaurasiya Ceyms Qoluey Fil Koulter ilə birgə Umu Sanqare Şivkumer Şarma Fil Kollins – "Both Sides Of The Story", "Another Day In Paradise" Şanaya Tveyn – "You're Still the One", "Black Eyes, Blue Tears" Sølvguttene Villard Vayt (replacement for Andrea Bocelli) Laureatlar Sərhədsiz Həkimlər Aparıcı Klaus Vis Sənətçilər a1 Brayan Ferri The Corrs Denys Qreyvs Ismaël Lô Ladysmith Black Mambazo Ole Edvard Antonsen Norveç Radio Orkestrı ilə birgə Secret Garden Stinq Tina Törner "When the heartache is over", "Whatever you need" Laureatlar Kim De Çjun Aparıcı Ceyn Seymur Sənətçilər Bon Jovi Brin Terfel Eros Ramazzotti Femi Kuti Li Enn Vumak Moby Natali Koul Sissel Şirşebo Sumi Ço Westlife Laureatlar Birləşmiş Millətlər Təşkilatı və Kofi Annan Aparıcı Liam Nison və Meril Strip Sənətçilər a-ha – "Differences", "Hunting High and Low " Anastacia Barbara Hendriks Daniela Merkuriy Destiny's Child Beynəlxalq uşaq xoru Jan Qarbarek Kodo Natali İmbrulya Pol Makkartni - "Freedom" Rassel Uotson Vayklef Jan – "Redemption Song" Yussu N'Dur – "My Hope Is In You" Norveç Radio Orkestrı Laureatlar Cimmi Karter Aparıcı Entoni Hopkins və Cessika Lenq Sənətçilər Anjelika Kidjo Hall & Oates Cennifer Lopez – "Jenny From The Block" Cessi Norman Xoakin Kortes Coş Qroban – "To Where You Are", "The Prayer" with Sissel Kyrkjebø Laura Pauzini Mari Boyne Mişel Branç Karlos Santana – "Adouma", "Victory is Won", "Oye Como Va" Sissel Şirşebo – "The Prayer" Coş Qroban ilə birgə Suede Villi Nelson – "Always On My Mind", "The Great Divide", "Georgia on My Mind" Norveç Radio Orkestrı Laureatlar Şirin Ebadi Aparıcı Ketrin Zeta-Cons və Maykl Duqlas Sənətçilər Areta Franklin – "Make Them Hear You", "Wonderful" Angela Georgiu – "Muzica" Baobab Orkestrı Karli Saymon - Let The River Run The Cardigans – "For What It's Worth", "Communication" The Chieftains – "40 Shades of Green" Rozann Keş ilə birgə Kreyq Devid – "World Filled With Love", "Hidden Agenda" Yan Verner Danielsen – "Air" The Kamkars Lene Marlin – "Sorry", "Hope you're happy" Roberto Alanya – "'O sole mio"; "Come prima" Angela Georgiu ilə birgə Robert Plant – "Morning Dew" with Strange Sensation ilə birgə Tim Makqro – "Please remember me", "God's child" *Norveç Radio Orkestrı Hearts In Motion Gospel Choir - "Air" Yan Verner Danielsen ilə birgə Laureatlar Vanqari Maatai Aparıcı Opra Uinfri və Tom Kruz Sənətçilər Andrea Boçelli – "Dell'amore non si sa", "In-canto" Baaba Maal Kris Botti – "Someone To Watch Over Me" Sindi Lauper – "Time After Time" Diana Kroll Coss Stoun Patti Labell The Polyphonic Spree Sondre Lerke Suzanna Ouiio Toni Bennet Norveç Radio Orkestrı Laureatlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Məhəmməd Əl-Baradei Aparıcı Culianna Mur və Salma Hayek Sənətçilər Deyyen Rays – "Unplayed piano", "Cold Water" Duran Duran – "Ordinary world", "(Reach up for the) Sunrise", "Nice" Nayt Qledis – "Party train / Friendship Train medley", "The best thing that ever happened to me", "I've got to use my imagination", "I heard it through the grapevine", "Midnight train to Georgia", "I heard it through the grapevine" Bubba Nayt ilə birgə Xuanes – "La Camisa Negra", "Sueños" Ketrin Cenkins – "L'amore sei tu" ("I Will Always Love You"), "One fine day" Keti Melua – "The closest thing to crazy", "I cried for you", "Nine million bicycles" Madrugada – "The Kids are on high street"; "Lift me" Ane Brun ilə birgə Ska Cubano – "Chicago", "Ay Caramba" Sugababes – "Hole in the head", "Ugly" Westlife – "World of our own"; "You raise me up" Rolf Lıvlend və Fayonnuela Şerri ilə birgə Yo-Yo Ma – "Yozef Haydn: Cello Concerto in C, third movement" Norveç Radio Orkestrı Laureatlar Məhəmməd Yunus və Grameen Bankı Aparıcı Şeron Stoun və Ancelika Hyuston Sənətçilər Hakim – "Eda Ba", "Ya Albi" Con Legend – "Save Room", "Used to Love U" Layonel Riçi – "Dancing on the Ceiling", "I Call It Love", "Hello", "All Night Long" Monika Yunus – "O mio babbino caro" Morten Abel – "Big Brother", "Hard to Stay Awake" Nrityanchal, Banqladeşdən olan musiqi qrupu – Peacock dance Paulina Rubio – "Ni Una Sola Palabra", "Beautiful Lie" ("Miénteme Una Vez Más") Rene Fleminq – "issi d'arte", "You'll Never Walk Alone" Rihanna – "SOS", "Unfaithful" Simply Red – "Something Got Me Started", "So Not Over You", "Stars" Vaynonna Cadd – "At Last", "Ave Maria" Yusuf İslam – "Midday (Avoid Life After Dark)", "Peace Train", "Heaven/Where True Love Goes" Norveç Radio Orkestrı Laureatlar İqlim Dəyişikliyi üzrə Beynəlxalq Mütəxəssislər Komissiyası və Albert Qor Aparıcı Kevin Speysi və Uma Turman Sənətçilər Earth, Wind & Fire – "Fantasy", "September" Melissa Eteric – "I Need to Wake Up", "What Happens Tomorrow" Morten Harket – "Letters from Egypt" Xuanes – "Minas Piedras" Junoon – "Bulleya" Alişa Kiz – "No One", "Fallin'", "Human Nature" Enni Lennoks – "Dark Road", "Sweet Dreams (Are Made of This)" KT Tunstall – "Hold On", "Suddenly I See" Kayli Minoq – "Can't Get You Out of My Head", "2 Hearts" Tine Thing Helset – Trubada ifa Norveç Radio Orkestrı Laureatlar Marti Axtisaari Aparıcı Skarlett Yohanson və Maykl Keyn Sənətçilər Iver Kleive – Overture Robin – “With Every Heartbeat", "Be Mine!" Ceyson Mraz & Maqne Furuholmen – "I'm Yours", "A Beautiful Mess" The Script – "The Man Who Can't Be Moved", "We Cry" Marit Larsen – "I've Heard Your Love Songs", "If a Song Could Get Me You" Il Divo – "The Winner Takes It All", "Adagio", "Somewhere" Dirks Bentli – "Free and Easy", "Feel That Fire", "Beautiful World" Marit Larsen ilə birgə Cülyetta Veneqas – "El presente", "Algún día" Seun Kuti & Egypt 80 Elina Vyahyala – "Fantasy" Diana Ross – "I'm Coming Out", "Where Did Our Love Go", "Baby Love", "Stop! In the Name of Love", "If We Hold On Together" (Sølvguttene ilə birgə), "Do You Know Where You're Going To", "Ain't No Mountain High Enough" and "I Will Survive" Norveç Radio Orkestrı Laureatlar Barak Obama (konsertdə iştirak etməyib) Aparıcı Uill Smit və Cada Smit, uşaqları Ceyden Smit və Uillou Smitdə sonradan onlara qoşulub. Sənətçilər Vayklef Jan – "Diallo", "Gunpowder", "The Sweetest Girl" Tobi Kit – "God Love Her", "Cryin' For Me" and "American Ride" Donna Summer – "MacArthur Park", "She Works Hard For The Money", "Smile", "No More Tears", "Bad Girls", "Last Dance" Luis Fonsi – "No me doy por vencido", and "Yo Te Propongo" Amadou & Mariam – "Welcome to Mali", "Beaux Dimanches" Aleksandr Rıbak – "Fairytale" Esperansa Spoldinq – "Precious", "I Know You Know" Lan Lan – Rhapsody in Blue Nataşa Bedinqfild – "Pocketful of Sunshine", "Soulmate" Westlife – "You Raise Me Up" (Ragnhild Hemsinq ilə birgə), "What About Now" Norveç Radio Orkestrı Hearts In Motion Gospel Choir Laureatlar Lyu Syaobo Aparıcı Denzel Vaşinqton və Enn Heteuey Sənətçilər Alla Rakha Rəhman & Gulrez Khan – "Slumdog Millionaire Suite", "Jai Ho" Herbi Henkok % Kristina Treyn & İndia.Ari & Qreq Fillinqeyns – "Imagine", "Don't Give Up" İndia.Ari & İdan Rayhel – "Gift of acceptance" Kolbi Keyllat – "Bubbly", "Fallin' for You" Florence and the Machine featuring Ruth Potter on harp – "Dog Days Are Over", "Cosmic Love" Robin – "Jeg vet en deilig rose", "Dancing on my own", "Indestructible" Sivert Hoyem – "Prisoner of the Road", "Into the Sea" Barri Manilou – "Could It Be Magic", "Can't Smile Without You", "Mandy", "Copacabana", "One Voice" Jamiroquai – "Canned Heat", "Lifeline", "Virtual Insanity" Norveç Radio Orkestrı Nobel House Band Hearts In Motion Gospel Choir Laureatlar Elen Conson-Serlif, Leyma Qbove, Təvəkkül Karman Aparıcı Helen Mirren və Rozario Douson Sənətçilər Janel Mone – "Cold War", "I Want You Back", "Tightrope" Anjelika Kidjo – "Africa" Evanescence – "Lost in Paradise", "Bring Me to Life" Əhməd Fathi – "The Good Spirits" Elli Qoldinq – "Starry Eyed", "Your Song" Cill Skott – "Hate on Me", "Golden", "He Loves Me (Lyzel In E Flat)" Jarle Bernhoft – "C'mon Talk" Sugarland – "Stuck Like Glue", "Tonight" Devid Qrey – "Fugitive" World Youth Choir Miatta Fahnbulleh Norveç Radio Orkestrı Hearts In Motion Gospel Choir (featured in David Gray's "Fugitive" and Ahmed Fathi's "The Good Spirits") Laureatlar Avropa İttifaqı Aparıcı Sara Cessika Parker və Cerard Batler Sənətçilər Susanne Sunnfyor Karpe diem & Mariya Mena Laleh Cennifer Hadson - "Night of Your Life" and "I Want to Dance with Somebody" (Finale) Kayli Minoq – "On a Night Like This", "Can't Get You Out of My Head" Seal - "It's a Man's Man's Man's World", "Kiss from a Rose", "Crazy" Fanfare Ciocărlia OqueStrada Ne-Yo - "Let Me Love You" Il Volo, "Il Mondo", "We Are Love" Milou Norveç Radio Orkestrı Laureatlar Kimyəvi silahların qadağan olunması təşkilatı Aparıcı Kler Deyns və Eyron Ekhart Sənətçilər Meri Cey Blayc - "Family Affair", "Just Fine", "One" (finale) Ceyms Blant - "You're Beautiful", "No Bravery" Envy - "In Your Arms", "Am I Wrong" Zara Larsson - "Uncover" Morrissi - "Satellite Of Love", "People Are The Same Everywhere", "Irish Blood, English Heart" Veyk Baqq - "Broken", "A Song About Love" Timbuktu & Vinni - "Alla Vill Till Himmelen Men Få Vill Ju Dö", "Let The Monkey Out" Ömar Süleyman - "Salamat Galbi Bidek" Norveç Radio Orkestrı Mosaic (Gospel Choir) - "Am I Wrong", Timbuktu's "Alla vill till himmelen men ingen vill dö", "Let the Monkey Out", "One") Laureatlar Kaylaş Satyarti və Məlalə Yusəfzay.
İqtisadiyyat üzrə "Nobel" mükafatı
İqtisadi Elmlər üzrə Nobel Mükafatı — Nobel Fondu tərəfindən iqtisadiyyat elminə edilmiş töhfələrə görə verilən mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən prestijlisi hesab edilir. İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatları ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və bu bank tərəfindən də maliyyələşdirilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir. 2009-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatını heç bir qadın almamışdır. 2009-cu ildə bu mükafatı almış Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk qadındır. 2006-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını amerikan iqtisadçısı Edmond Flip - inflyasiya və işsizlik bağlı tədqiqatları ilə əlaqədar almışdır. 2009-cu ildə İsveç Elmlər Akademiyası ABŞ-dən olan Elinor Ostrom və Oliver Villamsonu Nobel mükafatına layiq görüb. Ostrom “xüsusilə cəmiyyət olmaq üzrə, iqtisadiyyat rəhbərliyi analizləri”, Villiamson isə “xüsusilə şirkətin sərhədləri olmaq üzrə iqtisadiyyat rəhbərliyi analizlərindən” ötrü bu mükafata layiq bilinib. İndiana Universitetində müəllim olan Ostrom Nobel İqtisadiyyat mükafatını qazanan ilk qadın olub.
İqtisadiyyat üzrə Nobel mükafatı

Ədəbiyyat üzrə "Nobel" mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir. Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər: İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri; Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları; Ədəbiyyat üzrə Nobel mükafatı laureatları; Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri. Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur.
Ədəbiyyat üzrə Nobel mükafatı

Müsəlman Nobel mükafatı laureatlarının siyahısı
2019-cu ilə qədər, on iki Nobel mükafatı laureatı müsəlman olmuşdur. On iki laureatdan yeddisi Nobel sülh mükafatına, üçü isə elm sahələrinə görə layiq görülmüşdür. 1979-cu ildə Fizika üzrə Nobel mükafatı alan Məhəmməd Əbdus Salam, Pakistanın Əhmədi icmasının üzvü idi. Əziz Sancar ikinci Türk Nobel mükafatçısı və 2015-ci ildə molekulyar biologiya sahəsində Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. İki müsəlman Kimya üzrə Nobel mükafatı verildi. İki müsəlmana Ədəbiyyat üzrə Nobel mükafatı verilib. Yeddi müsəlmana Nobel Sülh mükafatı verilib. Fizika üzrə Nobel mükafatını alan yeganə müsəlmandır. Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı Xristian Nobel mükafatı laureatlarının siyahısı Nobel mükafatı laureatlarının siyahısı Mysticism in Contemporary Islamic Politics: Orhan Pamuk and Abdolkarim Soroush by John von Heyking, University of Lethbridge "Islam, Melancholy, and Sad, Concrete Minarets: The Futility of Narratives" in Orhan Pamuk's The Black Book by Ian Almond The Age of Deception: Nuclear energy policy in Treacherous Times by Mohamed El Baradei. Islam, Orientalism and Intellectual History: Modernity and the Politics of Exclusion since Ibn Khaldun (Library of Middle East History) by Mohammad R. Salama ISBN 1848850050, 1848850050.
Nobel Sülh mükafatı laureatlarının siyahısı
Sülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir. Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. Sülh Mükafatı hər il Osloda, Norveç Kralının iştirakı ilə, 10 dekabrda Nobelin ölümünün ildönümündə təqdim olunur və Stokholmda təqdim edilməyən yeganə Nobel mükafatıdır. Digər mükafatlardan fərqli olaraq Sülh Mükafatı ara-sıra bir şəxsdən çox bir təşkilata verilir (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi üçqat laureat). Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verildi, onların bölüşdükləri mükafat pulu 150.782 İsveç kronu təşkil edirdi (bu məbləğ 2008-ci ildə 7.731.004 krona bərabər idi). 1962-ci ildə Sülh üzrə Nobel mükafatı laureatı olan Laynus Polinq iki dəfə şəriksiz şəkildə Nobel mükafatına layiq görülən yeganə şəxsdir; 1954-cü ildə Kimya üzrə Nobel mükafatını aldı. 2014-cü ildə 17 yaşında Sülh üzrə Nobel mükafatına layiq görülən Məlalə Yusəfzay ən gənc laureatdır. Sülh üzrə Nobel mükafatı laureatı olan ilk qadın Bertha von Zuttner idi (1905).
Nobel mükafatı laureatı qadınların siyahısı
"Nobel" mükafatı dedikdə Alfred Nobelin 1895-ci ildəki vəsiyyətinə əsasən "öncəki il ərzində bəşəriyyətə ən böyük faydanı vermiş şəxslərə" verilən 5 mükafat başa düşülür. Bundan əlavə, 1968-ci ildə Sveriges Riksbank tərəfindən Alfred Nobelin xatirəsinə İqtisadiyyat üzrə Sveriges Riksbank Mükafatı təsis edilmişdir və bu mükafat "iqtisadiyyat elmlərində müstəsna əhəmiyyət kəsb edən işlərə imza atan şəxs və ya şəxslərə" verilir. 2023-cü ilə qədər unikal Nobel mükafatı 965 nəfərə və 27 təşkilata verilmişdir ki, onlardan da 64-ü qadındır (Mariya Küri iki dəfə qazanmışdır.) Qadın Nobel mükafatı sahiblərinin bölgüsü aşağıdakı kimidir: on doqqusu "Nobel" sülh mükafatını qazanmışdır (110 laureatın 16,3%-i), on yeddisi Ədəbiyyat üzrə "Nobel" mükafatını qazanmışdır (119 laureatın 14,28%-i), on üçü Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmışdır (230 laureatın 5,6%-i), səkkizi Kimya üzrə "Nobel" mükafatını qazanmışdır (191 laureatın 4.1%-i), beşi Fizika üzrə "Nobel" mükafatımı qazanmışdır (224 laureatın 1,8%-i), və üçü (Ester Düflo və Elinor Ostrom və Klaudiya Qoldin) və İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır (92 laureatın 2.17%-i). Nobel mükafatını qazanan ilk qadın 1903-cü ildə əri Pyer Küri və Anri Bekkerel ilə birlikdə Fizika üzrə Nobel mükafatını qazanan Mariya Küri olmuşdur. Küri həmçinin iki qat Nobel mükafatını qazanmış yeganə qadındır; 1911-ci ildə Kimya üzrə Nobel mükfataını qazanmışdır. Kürinin qızı İren Jolio-Küri 1935-ci ildə Kimya üzrə Nobel Mükafatını qazanmışdır ki, bu da onları Nobel mükafatı alan yeganə ana-qız cütlüyünə çevirmişdir. Qadınların tək ildə ən çox mükafat aldığı il 2009-cu il olmuş, beş qadın 4 kateqoriya üzrə laureat olmuşdur.
Polşalı Nobel mükafatı laureatlarının siyahısı
Polşalı Nobel mükafatı laureatlarının siyahısı — milliyətcə polyak və indiki Polşa dövləti ərazisində doğulan Nobel mükafatı laureatları. Nobel mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafat 1901-ci ildən etibarən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələri üzrə təqdim olunur. 1969-cu ildən isə iqtisadiyyat sahəsi üzrə də Nobel mükafatının təqdimatına başlanılıb. 2015-ci il etibarilə, cəmi 900-dən çox şəxs və təşkilata Nobel mükafatı verilmişdir. Bu 900 Nobel mükafatı laureatından 9-u milliyətcə polyakdır, 15-i isə indiki Polşa dövlətinin ərazisi çərçivəsində mövcud olmuş dövlətlərdə və indiki Polşada doğulan digər millətlərin nümayəndələridir. Polşalılar Nobel mükafatının bütün altı sahəsi üzrə laureat olublar. Onlar ümumilikdə 8 dəfə fizika, 5 dəfə kimya, 6 dəfə fiziologiya və ya tibb, 4 dəfə ədəbiyyat, 1 dəfə sülh və 1 dəfə də iqtisadiyyat sahəsi üzrə laureat olublar. Nobel mükafatını alan ilk polşalı 1901-ci ildə fiziologiya və ya tibb sahəsi üzrə mükafatı əldə edən Emil fon Berinq olub. Hələlik Nobel mükafatını qazanan sonuncu polşalı 2004-cü ildə fizika üzrə Nobel mükafatını əldə edən Frank Vilçekdir.
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı
Türkiyəli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış türkiyəlilərin siyahısı. Türkiyəlilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat və kimyadır. Nobel mükafatına namizədliyi irəli sürülən şəxslərin tam siyahısı komitə tərəfindən yalnız 50 ildən sonra açıqlanır. Yorqos Seferis, Osmanlı İmperiyasında doğulmuş, 1963-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Tereza Ana, Osmanlı İmperiyasında doğulmuş, 1979-cu il Nobel sülh mükafatı laureatı. Təvəkkül Karman, Sonradan Türkiyə vətəndaşlığını qəbul etmiş, 2011-ci il Nobel sülh mükafatı laureatı.
Xristian Nobel mükafatı laureatlarının siyahısı
Antuan Anri Bekkerel
Yəhudi Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları ən azı 20%-i yəhudi olan 900-dən çox şəxsə verilib. Nobel mükafatı alan yəhudilərin sayı hər zaman diqqət mərkəzində olub. İsrailli akademiklər Elay Ben-Qal və Yeşayahu Leyboviç yəhudi Nobel mükafatçıları haqqında ensiklopediyanı yazıb tamamlayan şəxslərdir. Ben-Qal və Yeşayahu onların həyatı və işi haqqında mümkün qədər çoxlu müsahibələr alaraq, məlumatlar toplayıblar. Yəhudilər Nobel üzrə mümkün bütün altı mükafatın hamısının sahibi olublar. Nobel mükafatını alan ilk yəhudi Adolf fon Bayer 1905-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Yəhudi laureatları Eli Vizel və İmre Kertes, Fransua Enqler Holokost zamanı ölüm düşərgələrindən qaçaraq uşaq evlərində gizlənərək sağ qalanlardan olublar. Valter Kon, Otto Ştern, Albert Eynşteyn, Hans Krebs və Martin Karplus kimi digərləri isə təqiblərdən yan keçmək üçün nasist Almaniyasından qaçmaq məcburiyyətində qalıblar. Rita Levi-Montalcini, Herbert Aaron Hauptman, Robert Furxqott, Artur Kornberq və Cerom Karle də daxil olmaqla digərləri karyeraları zamanı antisemitizmlə üzləşiblər. 96 yaşlı amerikalı yəhudi Artur Aşkin mükafat aldığı zaman Nobel mükafatını alan ən yaşlı insan idi.
İsrailli Nobel mükafatı laureatlarının siyahısı
İsrailli Nobel mükafatı laureatlarının siyahısı — Nobel mükafatını qazanmış israillilərin siyahısı. 1966-cı ildən bəri 12 israilli Nobel mükafatına layiq görülmüşdür. İsraillilərin Nobel mükafatına layiq görüldükləri sahələr ədəbiyyat, sülh, iqtisadiyyat və kimyadır.
Koreyalı Nobel mükafatı laureatlarının siyahısı
1901-ci ildən bəri Nobel mükafatları (fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh) və 1969-cu ildə başlayan İqtisadiyyat elmləri üzrə Nobel Memorial Mükafatı 975 nəfərə və 27 təşkilata verilib. İsveçli ixtiraçı və sənayeçi Alfred Nobelin 1895-ci il vəsiyyətinə uyğun olaraq, mükafatlar "öncəki il ərzində bəşəriyyətə ən böyük fayda verənlərə" verilməlidir. Mükafat təsis ediləndən bəri yalnız bir koreyalı Nobel mükafatı laureatı olmaq nüfuzunu qazanıb: Cənubi Koreya prezidenti Kim Dae-junq 2000-ci ildə Pxenyanda zirvə görüşü zamanı bölünmüş Koreyalar arasında milli barışığa təkan vermək səylərinə görə Nobel Sülh Mükafatı almışdır. 1987-ci ildə Kimya üzrə Nobel Mükafatını qazanan amerikalı Çarlz J. Pedersen Cənubi Koreyanın Busan şəhərində ana yapon və norveçli atada anadan olub. Yalnız bir Nobel mükafatçısı olmasına baxmayaraq, çoxsaylı Şimali və Cənubi Koreyalı şəxslər (həm ölkə daxilində vətəndaşlar, həm də diasporik icmalarda yaşayanlar) və təşkilatlar istənilən kateqoriya üzrə mükafata namizəd göstərilib. Nobel mükafatına namizəd olan ilk koreyalı şair Yi Qvanqsu olmuşdur. Təəssüf ki, o, 1950-ci ildə vəfat etdi, buna görə də onun namizədliyi ölümündən sonra edildi və Nobel nizamnaməsinə görə, komitənin müzakirəsi zamanı ölümündən sonra irəli sürülən namizədlər avtomatik olaraq diskvalifikasiya edilir. Yalnız yaşayan fərdlərin və mövcud təşkilatların namizədliyinə icazə verilir. O vaxtdan bəri, digər koreyalılar müxtəlif kateqoriyalar üzrə nüfuzlu İsveç mükafatına namizəd olmağa başladılar. Aşağıdakı siyahı Nobel Komitəsi və tanınmış beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş nominasiyaları olan namizədlərdir.