NUH

[ər.] сущ. Нугь (пайгъамбаррикай садан тӀвар); Nuhun gəmisi Нугьан гими.
NÖYÜT
NUQA
OBASTAN VİKİ
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nuh Surəsi
Adından da göründüyü kimi, bu surədə Nuh peyğəmbərin həyatından bəhs olunur. Quranın digər surələrində - Şüəra, Muminun, Əraf, Ənbiya və ən əsası Hud surəsində Nuh peyğəmbər xatırlanır. Bununla belə Nuh surəsində adı çəkilən digər surələrlə müqayisədə Nuh peyğəmbərin həyatından ən xırda incəliklərinə qədər bəhs edilir. Ardicil təktanrıcılığa çağirmaq və onün necə olmaği bu çağrilişin özəlliyidir. Məhəmməd peyğəmbər deyir: Kim ki, Nuh Surəsini oxusa, Həzrəti Nuhun çağrışının nuru onu da bələr.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Nuh peyğəmbər
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nuh türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Nuh (film)
Nuh (ing. Noah) — 2014-cü il istehsalı ABŞ filmi. Film 10 mart 2014-cü ildə Meksikada, 28 mart 2014-cü ildə isə ABŞ-də ilk baxış keçirilmişdir.
Məryən Nuh Musa
Məryən Nuh Musa (1 yanvar 1997) — Somalini təmsil edən yüngül atlet (sprinter). Məryən Nuh Musa Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məryən Nuh Musa birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Nuh Musa 1:10.14 saniyə nəticəyə imza atdı və 8-ci yeri tutdu.
Nuh (film, 2014)
Nuh Peyğəmbər Türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Nuh bəy Sofiyev
Nuh bəy Abbasqulu bəy oğlu Sofiyev (rus. Ной Аббаскулиевич Софиев; 1884—1920-ci ildən sonra) — Rusiya İmperator Ordusunun, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti. Nuh bəy Sofiyev 1884-cü ildə Tiflis quberniyasının Borçalı-Qarayazı bölgəsində anadan olub. Birinci Dünya müharibəsində iştirak edib, Tatar süvari alayında vuruşub. (1915-ci ildə ştabs-kapitan rütbəsini daşıyırdı) 1918-ci ildə podpolkovnik Nuh bəy Qafqaz İslam Ordusunun Qarayazı süvari alayının komadiri olaraq, Bakı döyüşündə iştirak edib. Bolşevik-daşnak qüvvələrinə və ingilislərə qarşı döyüşlərdə iştirak edib. Döyüşlərdən sonra Osmanlı dövlətinin 5-ci qılınclı Məcidiyyə ordeni və Hərb medalına layiq görülüb. Hərbi Nazirliyin zabit heyətinin 1918-ci ilin noyabr ayının əvvəllərində hərbi hissələr üzrə üzləşmə siyahılarında “podpolkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayında həqiqi hərbi xidmətdə olduğu qeyd edilib. 18 dekabr 1918-ci il tarixdə Hərbi nazirin 24 №-li əmri ilə Süvari diviziyasının 2-ci Qarabağ süvari alayı komandirinin müavini vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Hərbi nazirin 19 fevral 1919-cu il tarixli 82 №-li əmri ilə 1-ci Tatar süvari alayının fəxri siyahılarında saxlanılmaqla 13 fevral 1919-cu il tarixdən 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri vəzifəsinə təsdiq olunub.
Nuh ibn Vəhsudan
Nuh ibn Vəhsudan (v. 989) — Salari şahzadəsi, bir müddət Azərbaycanın hakimi. Qardaşı İsmailin ölümündən sonra atası Vəhsudan tərəfindən Azərbaycana göndərilmiş və elə həmin il də İbrahimə məğlub olub qaçmışdı.
"Nuhçıxan" radiosu
Musa Nuhiyev
Nuhbala Quliyev
Nuhbala Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist. 1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.
Nuhun gəmisi
Nuhun gəmisi (ivr. ‏תיבת נח‏‎; ibranicə: Tevat Noaḥ ) — Yaradılış kitabındakı tufan hekayəsindəki gəmi. Bu gəmi vasitəsilə Tanrı Nuhu, onun ailəsini və bütün dünya heyvanlarını qlobal daşqından xilas edir. Yaradılış kitabındakı hekayə Mesopotamiyada yaranan əvvəlki tufan miflərinə əsaslanır və Quranda müxtəlif dəyişikliklərlə təkrarlanır, burada gəmi Safinat Nūḥ (ərəb. سَفِينَةُ نُوحٍ‎) v' və əl-fulk (ərəb: الفُلْك) kimi görünür. İosif Flavi kimi erkən xristian və yəhudi yazıçıları Nuhun gəmisinin mövcud olduğuna inanırdılar, baxmayaraq ki , Nuhun gəmisi üçün ən azı Yevsevi dövründən (təxminən 275-339) uğursuz axtarışlar aparılmışdır. Gəmiyə inananlar müasir dövrdə də onu axtarmağa davam edirlər, lakin Gəminin mövcudluğuna dair hələ ki, heç bir elmi dəlil tapılmamışdır və həmçinin qlobal daşqına dair da elmi dəlillər mövcud deyil. Bibliyada təsvir edilən gəmi və təbii fəlakət fiziki imkansızlıqlardan və qeyri-adi anaxronizmlərdən asılı olmuşdur Bəzi tədqiqatçılar hesab edirlər ki, Yaxın Şərqdə real daşqın hadisəsi potensial olaraq şifahi və sonradan yazılmış hekayələrdən ilhamlanmışdır: Fars körfəzindəki daşqın və ya 7500 il əvvəl Qara dəniz daşqını belə bir tarixi namizəd kimi irəli sürülüb.

Значение слова в других словарях