NƏCASƏT

insan və ya heyvan ifrazatıdır. Nəcasətə nəyin aid olması məsələsində məzhəblərin fərqli görüşləri vardır. Onlardan bəziləri alkoqollu içkiləri, qan və donuz ətini də nəcasətə aid edirlər. Başqaları nəcasəti ağır və yüngül olmaqla iki yerə bölürlər. Məsələn, onlara görə insan ifrazatı ağır nəcasət sayılırsa, ev heyvanlarının, atların, eşşəklərin ifrazatı yüngül nəcasətdir. Müsəlmanlar nəcasətdən qorunmalı, bədən və geyimlərini təmiz saxlamalıdırlar. Namaza təmiz durmaq lazımdır. Bədəndə nəcisin əlamətləri olsa namaz pozulmuş hesab edilir. Bəzi məzhəblərə görə isə ibadət zamanı insanın geyimində az miqdarda nəcasətin olduğu hiss edilərsə namaz pozulmaz.
NƏBİ
NƏCAŞİ

Digər lüğətlərdə