Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Nəcəf
Aşıq Nəcəf Daşkəndli
Abbasqulu Nəcəfzadə
Abbasqulu İsmayıl oğlu Nəcəfzadə (1 dekabr 1957, Xızı) — Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi, dirijor. == Həyatı == 1 dekabr 1957-ci ildə Şamaxıda Astrxanovka kəndində (indiki Qızmeydan) anadan olub. Qızmeydan kəndinin adı yaşayış məntəqəsi kimi "Kitabi-Dədə Qorqud" dastanında çəkilir. Bir zamanlar bu kənd Xızının inzibati ərazisinə daxil edilmiş, sonralar Şamaxı rayonuna verilmişdir. Abbasqulu Nəcəfzadə əslən Xızının Gəmşər mahalına aid edilən Xirək kəndindəndir. Azərbaycanın bir sıra ərazilərində - Gəncə (Bərdənin yaylağı olub), İsmayıllı (qala və eyniadlı müdafiə səddi) Xirək adlı toponimlər mövcuddur. === Təhsili === 1965–1974 : 16 saylı Uşaq Musiqi Məktəbi 1974–1978 : Sumqayıt Musiqi Texnikumu, kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri 1978–1983 : Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru == Yaradıcılığı == 2006 : "Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 may 2007-ci il tarixli (protokol № 19 -k) qərarı ilə sənətşünaslıq namizədi (sənətşünaslıq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi təsdiq edilmişdir (diplom: EN № 04560) http://www.science.az/en/referat.php?show=true&pid=1482) 2010 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2010-cu il tarixli (protokol № 36 — k) qərarı ilə "Musiqi sənəti" ixtisası üzrə dosent elmi adı verilmişdir (dosent attestatı: DS № 03655) 2012 : "İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı" adlı elmlər doktoru dərəcəsi almaq üçün müdafiə işini tatamlamış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 mart 2014-cü il tarixli (protokol № 04 — R) qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (diplom: ED № 01540). 2017 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2017-ci il tarixli (protokol № 14 — R) qərarı ilə "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrası üzrə professor elmi adı verilmişdir (professor attestatı: PR № 01589) === Əmək fəaliyyəti === 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirir, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri və ifaçısıdır. 1976–1978-ci illərdə Bakı şəhəri H.Sarabski adına Mədəniyyət Evində "Xalq üçlüyü"ndə kamança ifaçısı. 1978–1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun xalq çalğı alətləri ansamblının rəhbəri.
Adil Nəcəfov
Adil Nəcəfov Yusif oğlu (12 fevral 1925, Naxçıvan – 7 oktyabr 1989) — Sovet filosofu. Fəlsəfə elimlər doktoru (1967) Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradılmasına, inkişafına həsr etmiş və bu sahədə ən yüksək elmi-praktik nəticələr əldə etmiş nüfuzlu alim, Professor (1968). Azərbaycan SSR əməkdar elm xadimi (1979). == Həyatı == Professor Nəcəfov Adil Məşədi Yusif oğlu 1925-ci il fevralın 12-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində korrektor kimi başlamışdır. 1943- 1944 -cü illərdə Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. 1950-1953-cü illərdə Moskva şəhərində aspiranturada təhsilini davam etdirmiş və 1953-cü ildə Moskvada SSRİ Elimlər Akademiyasının Fəlsəfə institutunda namizədlik dissertasiyası, 1967-ci ildə Bakı şəhərində “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor vəzifəsinə seçilmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı. 1959-1963 illərdə Azərbaycan Milli EA-da işləmişdir.A.Nəcəfov 1963-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı və 1989-cu ilə qədər fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Akif Nəcəfov
Nəcəfov Akif Rzaqulu oğlu (8 oktyabr 1921 – 21 yanvar 1989) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Akif Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə anadan olmuşdur. Atası Rzaqulu Nəcəfov mətbuat xadimi, publisist olmuşdur, 1937-ci ildə repressiya edilmişdir. Anası Məsumə Fərəcullayevadır. Akif Nəcəfov Əvvəl Tiflisdə, sonra isə Bakıda alman məktəbində təhsil almış, alman dilini mükəmməl öyrənmişdir. Bu səbəbdən, İkinci dünya müharibəsi illərində Sovet ordusunda kəşfiyyatçı kimi xidmət göstərmişdir. Müharibədən sonra iki il sovet hərbi administrasiyasının əməkdaşı kimi Berlində və Almaniyanın bir sıra başqa şəhərlərində xidmət etmişdir. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinə daxil olmuşdur. 1947-ci ildə, hələ birinci kursda olarkən, universitetin həmkarlar ittifaqının sektoruna rəhbərlik etmişdir. Üçüncü kursda olanda Stalin təqaüdünə layiq görülmüşdür.
Alik Nəcəfov
Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C.Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S.M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir.
Anar Nəcəfli
Anar Nəcəfli — Xəzər TV-nin "Xəzər Xəbər" verilişinin aparıcısı. == Həyatı == 1980-ci ilin noyabr ayında Ucar rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdandan 1 il sonra ANS şirkətlər qrupuna işə düzəlmiş və "İç xəbər" verilişində müxbir kimi çalışmışdır. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlamışdır. 2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşmış və "Bürc FM" radiosunda işə düzəlmişdir. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlamış və 2-3 saatdan bir efirə çıxmışdır. Bir müddət sonra isə "Xəzər" telekanalı yarandığından fəaliyyətini burada davam etdirmişdir. "Xəzər" telekanalında həm müxbirlik, həm də aparıcılıq edirdi.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sirri. Kamil Nəcəfzadə (film, 2014)
Aşıq Nəcəf Ağkilsəli
Aşıq Nəcəf (1900, Ağkilsə, Yeni Bəyazid qəzası – 1968, Ağkilsə, Basarkeçər rayonu) — Göyçə aşığı == Həyatı == Aşıq Nəcəf 1900-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Nəcəf məşhur Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur. Nəcəf 7–8 yaşına çatanda atası onu kəndlərində olan mollaxanaya qoyur. Burada yazı-pozu öyrənən Nəcəf saza böyük maraq göstərirdi. O, əmisinin evində keçirilən saz-söz məclislərinin daimi iştirakçısı olur. Nəcəf 17 yaşına çatanda, atası vəfat edir, ailənin bütün qayğıları onun üzərinə düşür. Erməni-müsəlman münaqişəsi ilə əlaqədar ailəsi ilə Kəlbəcərə köçür. 1921-ci ilə qədər orada yaşayır, sonra doğma yurduna qayıdır. Bir müddət sonra aşıqlıq etmək həvəsinə düşür. Xüsusi bir ustad aşığa qulluq etməsə də, Nəcəf bu sənətə yiyələndi və xalq arasında bir aşıq kimi tanındı.
Aşıq Nəcəf Daşkəndli
Aşıq Nəcəf (1876, Daşkənd, Yeni Bəyazid qəzası – 5 fevral 1919, Göyçə mahalı, Yeni Bəyazid qəzası) — Ustad aşıq, şair. Aşıq Ələsgərin şəyirdi. == Həyatı == Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış. Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Dədə Ələsgərin ən çox sevdiyi şəyirdlərindən biri olmuşdur. Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdurAşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.
Bəhruz Nəcəfov
Bəhruz Əli oğlu Nəcəfov (9 mart 1996, İkinci Qaralı, Neftçala rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz və qardaşı Mənsum hər iki valideynini itirdiyi üçün 2008-ci ildə dayısı onları öz himayəsinə götürmüşdür. == Hərbi xidməti == Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir.
Bəxtiyar Nəcəfov
Nəcəfov Bəxtiyar Ağaqulu oğlu 6 iyun 1960-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Sisian rayonu Ağudi kəndində müəllim ailəsində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini "Atom və molekulların kvant mexanikası" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1982–1984-cü illərdə təyinatı üzrə Dağlıq Qarabağ Muxtar Vilayətində başlamışdır. 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Radiasiya Tədqiqatlar Bölməsinin (indiki Radiasiya Problemləri İnstitutu) əyani aspiranturasına daxil olmuşdur. 1992-ci ildə "Hidrogenləşmiş nazik təbəqəli silisium birləşmələrində elektron, optik proseslər və onların tətbiq perspektivləri" mövzusunda namizədlik və həmin mövzunu davam etdirərək 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda AMEA Radiasiya Problemləri İnstitutunda "Yarımkeçiricilərin Radiasiya fizikası" laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Fizika elmlər doktoru, professordur. == Elmi fəaliyyəti == Bəxtiyar Nəcəfovun elmi fəaliyyətinə nazik təbəqəli silisium birləşmələrinin alınması (maqnetron çökmə, plazma-kimyəvi metodlarla) və aşqarlanması, nazik təbəqəli silisium birləşmələrinin (elektrik, termoelektrik, fotoelektrik, fotolyuminessensiya) müxtəlif xassələrinin tədqiq edilməsi, nazik təbəqəli silisium birləşmələrinin əsasında elektron cihazlarının hazırlanması və nazik təbəqəli silisium birləşmələrində hidrogenləşmə prosesinin (yəni təbəqə daxilində effuziya və diffuziya) öyrənilməsi daxildir. == Elmi nailiyyətləri == 1. Aşağı temperaturlarda sıçrama mexanizmi öyrənilmişdir.
Cabbar Nəcəfov
Cabbar Nəcəfov (güləşçi) — güləşçi
Cabbar Nəcəfov (güləşçi)
Cabbar Nəcəfov (27 dekabr 1998) — Azərbaycanı təmsil edən güləşçi. == Həyatı == Cabbar Nəcəfov 1998-ci il dekabrın 27-də anadan olub. == Karyerası == Cabbar Nəcəfov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Cabbar Nəcəfov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi. Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu. Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0.
Cabbar Nəcəfov (üzümçü)
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Naxçıvan) İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur. 62 elmi əsərin müəllifi və həmmüəllifidir.
Canbaxış Nəcəfov
Canbaxış Əli oglu Nəcəfov – professor == Həyatı == Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır. 1994-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Tibb Universitetinin professorudur. Universitetin 2007-ci ildən müsabiqə yolu ilə "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzivəsinə prof. Canbaxış Əli oglu Nəcəfov seçilmişdir və bu günədək həmin vəzifəni icra edir. Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir.
Cavid Nəcəfov
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi. == Həyatı == Əslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur. 1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elmin Nəcəfov
Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.
Elmir Nəcəfov
Elmir Vidadi oğlu Nəcəfov (21 mart 2002; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində Vidadi Nəcəfovun ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elmir Nəcəfov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elmir Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Etibar Nəcəfov (əsgər)
Etibar Mehman oğlu Nəcəfov (14 noyabr 1998, Aran, Ağcabədi rayonu – 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir. Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. == Hərbi xidməti == 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. == Tarixi == Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nəcəf
Nəcəf (ərəb. النجف‎) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir. Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır. Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türkcəde cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi.Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. == Görməli yerlər == === Nərgə təpəsi === Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. === İmamzadə Zərlan türbəsi === Nərcənin içində yertutan müqəddəs bir yer.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Ağ nərə
Ağ nərə (lat. Acipenser transmontanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Şimali AMerikanın qərb sahillərində Aleut adalarından Mərkəzi Kaliforniyaya kimi rast gəlinir. Şimali Amerikada nərəkimilərdən ağ balıq və kaluqadan sonra 3-cü böyük şirin su balığıdır. Bədəninin maksimal uzunluğu 6,1 m, maksimal kütləsi isə 816 kq-a çatır.
Kütburun nərə
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Nəbə Surəsi
78-ci surə
Nəcd əmirliyi
Nəcd əmirliyi və yaxud İkinci Səudiyyə dövləti — XIX əsrdə Ərəbistan yarımadasında mövcud olmuş dövlət. Nəcd əmirliyi Birinci Səudiyyə Dövləti süquta uğradıqdan sonra, 1824-cü ildə yenidən əvvəlki ərazilərdə, bu dəfə paytaxt Ər-Riyad olmaqla Səud sülaləsi tərəfindən yaradılmışdır. Əmirlik 1824-1891-ci illərdə mövcud olmuşdur. 1891-ci ildə əslən Haildən olan səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi tərəfindən süquta uğradılmışdır. == Tarixi == === Birinci Səudiyyə dövlətinin süqutu === XVIII əsrin ortalarında əsas ideologiyası Vəhhabilik olan yeni dövlət yarandı. 1744-cü ildə Məhəmməd ibn Səud Birinci Səudiyyə dövlətinin yaranmasını elan etdi. Dəriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi.
Nəcm Surəsi
53-cü surə
Nəcəf (el)
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Nəcəf Hüseynov
Nəcəf Hüseynov (aşıq) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. Nəcəf Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nəcəf Həsənov
Nəcəf Həsənov – (20 sentyabr 1976; Güznüt, Naxçıvan MSSR - 8 sentyabr 1996; Qanlıgöl, Naxçıvan MSSR) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Nəcəf Hüseyn oğlu Həsənov 1976-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Babək rayon Güznüt kəndində anadan olub. 1982 ci ildə Çeşməbasar kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1993-cü ildə orta məktəbi bitirib. Güznüt kənd orta məktəbi Şəhid Nəcəf Həsənovun adını daşıyır. == Xidmət illəri == Nəcəf Həsənov 8 sentyabr 1996-cı ildə Cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən təxribatı nəticəsində şəhid olmuşdur.
Nəcəf Murquzov
Nəcəf İsmayıl oğlu Murquzov — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Gəncə Dövlət Pedaqoji İnstitutunun "Riyaziyyatın tədrisi metodikası" kafedrasının müdiri (1978–1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür. Mirzəli Murquzovun qardaşıdır. == Həyatı və elmi-pedaqoji fəaliyyəti == Nəcəf İsmayıl oğlu Murquzov 1930-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.1954–1959-cu illərdə Zaqatala rayonunun Muxax kənd orta məktəbində, Gəncə şəhərindəki 8 nömrəli məktəbdə müəllim işləmişdir. Şəhər 19 saylı internat məktəbində müəllim, 5 nömrəli internat məktəbində (Gəncə) təlim-tərbiyə işləri üzrə direktor müavini (1962–1971) vəzifələrində çalışmışdır. Gəncə dövlət Pedaqoji İnstitutunun Riyaziyyatın tədrisi metodikası kafedrasında müəllim (1971–1976), baş müəllim (1976–1978) və kafedra müdiri (1978–1995) vəzifələrində çalışmışdır.
Nəcəf Müseyibli
Nəcəf Müseyibli — Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor. == Həyatı == Müseyibli Nəcəf Ələsgər oğlu 1964-cü il avqustun 2-də Naxçıvan MR-nın Sədərək kəndində doğulub. 1 №-li Sədərək orta məktəbini bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1983–1985-ci illərdə hərbi xidmətdə olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyir. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (mövzu: "Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasında)"), 2016-cı ildə isə elmlər doktoru dissertasiyasını (mövzu: "Ön Asiya-Qafqaz xalkolitində Leylatəpə mədəniyyəti") müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 2019-cu il tarixli qərarı ilə "Arxeologiya" ixtisası üzrə professor elmi adını almışdır. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Nəcəf Nəcəfov
Nəcəf Nəcəfov (jurnalist) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri. Nəcəf Nəcəfov (seleksiyaçı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Nəcəf Qəhrəmanov
Nəcəf Qəhrəmanov (tam adı: Nəcəf Tofiq oğlu Qəhrəmanov; 25 yanvar 1946, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Qəhrəmanov Nəcəf Tofiq oğlu 25 yanvar 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Bakı şəhərinin 189 saylı orta məktəbini, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini «Plastik kütlələrin emalı texnologiyası» ixtisası üzrə bitirərək Ümumittifaq Elmi-Tədqiqat «Olefinlər» institutunun polimer emalı laboratoriyasına işə qəbul olunmuşdur. N.T.Qəhrəmanov həmin institutda «Yüksəkmolekullu birləşmələr kimyası» ixtisası üzrə əyani aspiranturada təhsil almış və 1975-ci ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. Dissertasiyada polietilenə heterogen şəraitdə calaq olunmuş poliakrilonitrilin sopolimerləşmə mexanizmi göstərilmişdir. İlk dəfə olaraq, calaq sopolimerləşmə prosesi polietilenin müxtəlif molekul kütləsi olan monomolekulyar fraksiyalar üzərində aparılmışdır. 1983-1989-cu illərdə “Kompozisiya materiallarının kimyəvi modifikasiyası” sektoruna, 1989-1994-ci illərdə isə “Polimerlərin kimyəvi modifikasiyası” laboratoriyasına rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Orta təzyiqli polietilenin quruluş və xassələri haqqında dəqiq məlumat almaq məqsədilə ilk dəfə olaraq polietilenin ifrat dar fraksiyası səviyyəsində (molekul kütləsi 3000-dən 1.000.000 qədər) nümunələrin tərkibi, quruluşu, fiziki-kimyəvi və fiziki-mexaniki xassələri tədqiq edilmişdir. Alınan nəticələrə əsaslanaraq polietilenin quruluş və xassələri arasında qarşılıqlı əlaqənin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və alınan nəticələrin ətraflı nəzəri təsviri vermişdir. N.T.Qəhrəmanov tərəfindən oksidləşmənin və UB-şualanmanın polimerlərin qocalma prosesinə təsiri istiqamətində aparılmış elmi-tədqiqat işləri nətiəsində sübut edilmişdir ki, qocalma prosesi polimerlərin molekul kütləsinin paylanmasına böyük təsir göstərir və kövrəkliyin artmasına səbəb olur.
Nəcəf Rasim
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. == Həyatı == Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. === Təhsili === İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. == Yaradıcılığı == 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Nəcəf Talıbov
Nəcəf Musa oğlu Talıbov (16 dekabr 1956, Qazax) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. == Həyatı == Nəcəf Talıbov 1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. Əslən rayonun Ağköynək kəndindəndir. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1978-1980-ci illərdə hərbi xidmət etmişdir. 1990-1994-cü illərdə Qazax rayonunun müdafiəsində hərbi əməliyyatlarda iştirak etmişdir. == Fəaliyyəti == Xalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999). 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
Nəcəf mühafazası
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. == Həyatı == Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Keçə
Keçə — döyülüb basmaqla (sixmaqla) hazırlanan sıx yun materialdır. Əsasən türk xalqları arasında geniş yayılıb. Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub: alaçıq qurmaqda, at çulu, palan düzəltməkdə çox geniş istifadə etmişdir. == Keçə sənəti Azərbaycanda == Azərbaycan xalqının mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin "Kitabi Dədə Qorqud" dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır. Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar "həllac" və ya "atıcı" adlanırdı. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.
Neme
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türkcəde cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nene
Nene — bildirə bilər: == Heyvanlar == Nene - Havay adalarında quş. == Adlar == təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio - braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson - braziliyalı futbolçu, hücumçu.
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.
Zamanı necə yeyək?
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
NEC
NEC (yap. 日本電気株式会社) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən iri telekommunikasiya şirkətlərindən biridir. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət Fortune Global 500 siyahısında 241-ci yeri tutub (2011). NEC Sumitomo qrupun üzvüdür. NEC Mobile Communications 1 may 2010-cu ildə yaradılmış mobil telefon istehsalçısı idi. O, NEC-in 70,74%-nə, Casio-nun 20,00%-nə və Hitachi-nin 9,26%-nə sahib olduğu üç Yapon elektronika istehsalçısı NEC, Casio və Hitachi arasında birgə müəssisə kimi başlamışdır.[1] Bir vaxtlar şirkət Yaponiyada mobil terminalların ikinci ən böyük istehsalçısı idi.[2] Şirkətin baş ofisi Kanaqavanın Kawasaki şəhərində yerləşirdi. Şirkət 2016-cı ilin martında ləğv edilib. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub.
1001 gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi.Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı. Bütün yəhudilərin 50% -i Almaniyanın 10 ən böyük şəhərində, o cümlədən Berlin (təxminən 160.000), Frankfurt (təxminən 26.000), Breslau (təxminən 20,000), Hamburq (təxminən 17,000), Köln (təxminən 15.000), Hannover (təxminən 13,000) və Leypsiq (təxminən 12,000) məskunlaşmışdı.
Gecə fotoqrafiyası
Gecə fotoqrafiyası — Gecə qaranlığı və sübh arasında açıq havada şəkil çəkmə. Gecə fotoqrafları süni işıqlandırma və uzun əziyyət çəkib, arzuolunmaz şəkil çəkmək üçün kifayət qədər vaxt verirlər. Yüksək sürətli filmlərin, yüksək həssaslıqlı rəqəmsal sensorların, geniş diapazonlu lenslərin və şəhər işıqlarının gücünü artırmaqla, mövcud işıqdan istifadə edərək gecə fotoqrafiyasını daha da mümkün etmək olar. == Tarixi == Erkən fotoqrafik vaxtların çox uzun olması, insanların çox erkən vaxtlarda şəkil çəkməsi mənasına uyğun gəlmirdi. Mexanik izləmə qurğusunun inkişafı, teleskoplara qoşulmuş kameraların nəticəsində, göydələn obyektlərinin müvəffəqiyyətli görünüşləri çəkilirdi. Astronomiya fotoqrafiyasında ilk bilinən cəhd 1839-cu ildə Ayın surətini çəkməyə cəhd edənin adını daşıyır olan daquerotip prosesinin ixtiraçısı Lui Dager idi. Uzun müddət ərzində teleskopun rəhbərliyindəki səhvləri izləyən fotoşəkil, qeyri-müəyyən bir ləkə kimi çıxdı. Con Uilyam Dreper, 1 il sonra, 23 mart, 1840-cı ildə, 5-inç istifadə edərək Ayın ilk uğurlu şəklini çəkmişdir. 19-cu əsrin ikinci yarısında küçə işıqlandırmasının artan istifadəsi, dövrün avadanlıqlarının uzun müddətə təsir göstərməsinə baxmayaraq, gecə vaxtı şəkil çəkmək mümkün oldu. Aydınlaşmadakı inkişaf, xüsusən elektrik enerjisindən istifadə edərək inkişaflar, məruz qalma müddətlərinin qısaldılması ilə üst-üstə düşdü.
Gecə göyqurşağı
Gecə göy qurşağı (bəzən Ay göy qurşağı) — ayın düşən işığı sayəsində meydana gələn göy qurşağı. Günəşin təsiri ilə meydana gələn göy qurşağından yalnız parlaqlığının azlığına görə fərqlənir. Günəş göy qurşağında olduğu kimi onunda radiusu (42°) eynidir və hər zaman göyün Ayın yerləşdiyi əks tərəfində olur. Gecə göy qurşağında rəngləri seçmək mümkün deyil. Üstəlik gecə görmə rəng alqısını təmin etmək iqtidarında deyil. Nəticədə adətən ancaq ağ rəngdə görünür. Ancaq çəkiliş zamanı rəngləri görmək olur. Ayın özü ətrafında görünən rəng fonu göy qurşağı sayılmaz. Şüaların suyun düşməsi, bulud və ya dumandakı buz kristallarının difraksiyonlarının fenomenidir. Bunlar gecə göyqurşağı sayılmır.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gecə kafesi
Gecə kafesi — məşhur holland rəssam Vinsent van Qoqun 1888-ci ildə Arlda çəkdiyi rəsm əsəri. Adı aşağı sağ küncdə, rəssamın imzasının düz altında qeyd olunan Gecə kafesi hal-hazırda Yel Universitetinin İncəsənət Qalereyasında saxlanılır.
Gecə klubu
Gecə klubu — hamının üzünə açıq olan musiqili, içkili musiqi məkanı və əyləncə məkanı, insanların əylənmək məqsədi ilə getdikləri, musiqi sədaları altında rəqs edilən, spirtli içkilər qəbul edilən və ümumiyyətlə gecədən səhərə qədər açıq qalan musiqi məkanlarıdırlar. Gecə klubu adətən rəqs meydançası, lazer işıq şousu və disk jokey (DJ) üçün səhnədən ibarət əyləncə məkanıdır. “Gecə klubu”nun adı zamanla dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə disko və ya diskoteka adlandırılan bu yerlər hal-hazırda gecə klubları və ya sadəcə olaraq klub adlandırılırlar. Gecə klubu işlətmək istəyən, bu sahədə fəaliyyət göstərmək istəyən, tütün məmulatlarının, alkoqollu içkilərin və spirtli içkilərin satışı ilə məşğul olmaq istəyən şəxslər və təşkilatlar müəssisənin yerləşdiyi yerin mərkəzi rəhbərliyindən icazə şəhadətnaməsi almalı və lazımi auditorlar tərəfindən biznesin yoxlanılmasına və bu sahədə fəaliyyət göstərmək üçün icazə alınmasına hüquqi baxımdan əsas verən hüquqi sənədlər əldə etməlidirlər. Bu qanunun tətbiq olunduğu ölkələrdən biri olan Türkiyədə də TAPDK-nın icazəsi olmadan alkoqol və tütün məmulatlarının satıldığı yerlərə fəaliyyət göstərmək hüququ verilmir. İlk gecə klubları 1840-1850-ci illərdə Nyu Yorkda yaradılmışdır. Onlar canlı musiqi, rəqs və vodevil çıxışları ilə milli şöhrətə malik idilər.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.