Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]
Fəxrəddin Nəcəfov | |
---|---|
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 1992 (24 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.[1]
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır.