NƏĞZ
NƏHADƏ
OBASTAN VİKİ
Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk
"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır. Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır." UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır..
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Nəhalistan (Piranşəhr)
Nəhalistan (fars. نهالستان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Nəhavənd
Nəhavənd — İranın Həmədan ostanında şəhər, Nəhavənd şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 72,218 nəfər və 19,419 ailədən ibarət idi.
Nəhavənd döyüşü
Nəhavənd döyüşü — 642-ci ildə Raşidi Xilafəti və Sasanilər dövləti arasında baş vermiş müharibə. Cəlula döyüşündən sonra Hulvandan qaçan III Yezdəgird yenidən əsgər toplamağa başladı. Bu məqsədlə Rey, Kuməs, İsfahan, Həmədan və Mahan əhalisi ilə məktublaşan III Yəzdəgird böyük bir ordu topladı və bu orduya Firuzanı başçı təyin etdi. Bu əsnada Kufə valisi olan Əmmar ibn Yasir Mədinəyə məktub yazaraq III Yəzdəgirdin fəaliyyətlərindən Ömər ibn Xəttabı xəbərdar etdi. Bundan xəbər tutan xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu toplanmasını və ordunun sərkərdəliyini Nüman ibn Müqərrinə tapşırdı. Bununla yanaşı xəlifə Ömər Bəsrə, Şam və Omandakı ordu sərkərdələrinə də göstəriş verdi ki, Cindi Şapura gedib Nüman ibn Müqərrinin ordusuna birləşsinlər. Beləcə bu müəzzəm ordunun baş komandanlığına Nüman ibn Müqərrin, avanqard qüvvələrin başına onun qardaşı Nuaym ibn Müqərrin, digər qardaşı Suveyd ibn Müqərrin sağ cinah qüvvələrin başına, Hüzeyfə ibn Yəman sol cinah qüvvələrin başına, ordunu arxadan qoruyan dəstənin başına isə Mucaşi ibn Məsud təyin edildilər. Bu orduda Müğeyrə ibn Şubə, Cərir ibn Abdullah, xəlifə Ömərin oğlanları Abdullah ibn Ömər və Ubeydullah ibn Ömər, Əmr ibn Madikərb və digər bir çox səhabələr də qoşulmuşdu. Sasanilərin birləşmiş ordu-suna isə sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi. Hicri 21, miladi 642-ci ilin yayında iki ordu Həmadanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşılaşdı.
Nəhavənd şəhristanı
fNəhavənd şəhristanı (farsca: شهرستان نهاوند) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Nəhavənd şəhəridir. Şəhristanın ərazisi 1461 km²-dir. 2006-cı ilin siyahıya alınmasına əsasən, Nəhavənd şəhristanının əhalisi toplam 178,683 nəfərdən ibarətdir. Əhali (toplam): 116,092 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Nəhavənd şəhəri): 72,218 nəfər (2006 s.a.) — Kənd əhalisi: 43,874 nəfər (2006 s.a.) Əhali (toplam): 17,253 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Giyan şəhəri): 8,062 nəfər (2006 s.a.) — Kənd əhalisi: 9,191 nəfər (2006 s.a.) Əhali (toplam): 30,903 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Firuzan şəhəri): 4,054 nəfər (2006 s.a.) — Kənd əhalisi: 26,849 nəfər (2006 s.a.) Əhali (toplam): 14,435 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Bərzul şəhəri): 2,729 nəfər (2006 s.a.) — Kənd əhalisi: 11,706 nəfər (2006 s.a.) Şəhristanın əhalisinin 99%-ni lurlar (bura həmçinin ləklər də daxildir) təşkil edir və onlar əsasən lur dilinin nəhavəndi və qismən ləki dialektində danışırlar.
Nəhavəndi
Nəhavəndi — təxəllüs. Nəhavəndə doğulanlar bu nisbəni almışlar. Bu təxəllüsü olan tanınmışlar Şeyx Əbül-Abbas Nəhavəndi — Baba Kuhi Bakuvinin muasiri olmuşdur.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhl surəsi
16-cı surə ən-Nəhl (Bal arısı) surəsi (Məkkədə nazil olmuşdur, 128 ayədir). Surənin adı 68-ci ayədə işlənən və bal arısı mənasına gələn nəhl sözündən götürülmüşdür.
Nəhran (Heris)
Nəhran (fars. نهران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (82 ailə).
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Nəhrəvan döyüşü
Nəhrəvan döyüşü (ərəb. معركة النهروان‎, Ma’rakat an-Nahrawān) — 658-ci il iyulun 16-da xəlifə Əli ibn Əbu Talibin ordusu ilə “xarici” üsyançı qrup arasında baş vermiş döyüş. Bu döyüş, Əli ilə Suriyanın üsyançı valisi Müaviyə ibn Əbu Süfyan arasında olan Birinci Fitnə zamanı məsələni sülh yolu ilə həll etmək cəhdinin nəticəsi idi. Beləki ki, Əlinin ordusundakı bir sıra döyüşçülər xəlifəni Allah yolunda xəyanət etməkdə ittiham edərək qiyam qaldırır. Sonralar bəzi mənbələrə görə, “xaricilər”, yəni “gedənlər” ləqəbli bu döyüşçülər dinc əhaliyə qarşı zorakılıq hərəkətləri edərək Əlini əsas qüvvələrini üsyanı yatırmağa yönəltməyə məcbur etmişlər. Əlinin ordusundan say baxımından xeyli az olan üsyançılar onun qoşunları tərəfindən mühasirəyə alınaraq tamamilə məğlub edilirlər. Onların əksəriyyəti döyüşdə öldürülür. 656-cı ildə xilafətin başçısı kimi əvvəllər qəbul edilmiş mübahisəli qərarlara görə üsyançılar üçüncü saleh xəlifə Osmanı öldürdülər. Mədinə sakinləri və Osmanın İraqdakı bəzi keçmiş sadiq təbəələri Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibi onun varisi elan etdilər. Lakin belə bir varislik peyğəmbərin bəzi səhabələrinin, xüsusən də Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın və Aişənin etirazına səbəb olur.
Nəhəcir
Nəhəcir — toponim. Nəhəcir (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Nəhəcir (bulaq) – Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir dağı – Culfa rayonu ərazisində dağ Nəhəcirçay – Babək və Culfa rayonları ərazisində çay. Nəhəcir abidələr kompleksi – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi Nəhəcir nekropolu – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. Nəhəcir yaşayış yeri – arxeoloji abidə. Nəhəcir (içki) – mineral süfrə suyu.
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Nəhəcir (içki)
Nəhəcir — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərinin şimal-şərqində yerləşən Nəhəcir dağının yamaclarındadır. Tərkibcə karbonatlı, hidrokarbonatlı-natriumlu olub, minerallaşmas 6 q/l-dir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
Nəhəcir abidələr kompleksi
Nəhəcir — Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Nəhəcir dağı
Nəhəcir dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 1807,5 m). Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Tirəni eninə kəsən Qahabçayla Nəhəcirçayın suayrıcısında, Nəhəcir kəndindən 1,5 km şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Onun şimal və cənub yamacları sıldırımdır, şimal-şərq tərəfdən zirvəsinin səthi isə yayla (plato) formalıdır. Dağın üstündə Nəhəcir qalasının xarabalıgı aydın görünür. Burada həmçinin "Naxışnərgiz" mağarası yerləşir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Nəhəcir nekropolu
Nəhəcir nekropolu, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə. Nəhəcir nekropolu Nəhəcir yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır. Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. Vəli Baxşəli oğlu Baxşəliyev.
Nəhəcir qalası
Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı eyni adlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı hissəsi üzərindəki yastı sahədə e.ə. 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, N. q. ilə həm dövr olan dağ ı dıl mış kur qan dan e. ə. 2-ci minilliyin əvvəllərinə aid mono xrom boyalı gil qablar əldə edilmişdir. Dağın c. və ş. ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir.
Nəhəcir yaşayış yeri
Nəhəcir yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Naxçıvan şəhərindən 30 km şimal-şərqdə yerləşir. Yaşayış yeri Nəhəcir dağının ətəyi boyunca cənub-şərq istiqamətində uzanır. Yerüstü materiallar içərisində Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika ilə bərabər, bu dövrə aid boyalı qablar, həmçinin Orta əsr materialları da tapılmışdır. Təbii aşınma nəticəsində Nəhəcir yaşayış yerində meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar aşkara çıxmışdır. Yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Abidənin üzərindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Nəhəcirçay
Nəhəcirçay — Babək və Culfa rayonları ərazisində çay. Naxçıvançayın sol qolu. Mənsəbindən 10 km məsafədə, Şəkərabad kəndindən bir qədər aşağıda ona tökülür. Uzunluğu 14 km, hövzəsinin sahəsi 42 kv. km-dir. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və qahab su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir.
Nəhənd (Heris)
Nəhənd (fars. نهند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,222 nəfər yaşayır (304 ailə).
Nəhəng Avstraliya şeypurçusu
Nəhəng Avstraliya şeypurçusu (lat. Syrinx aruanus) — olduqca böyük olan dəniz ilbizi. Yeganə növ ilə təmsil olunan Syrinx cinsinə daxildir. Böyük ehtimalla dünyanın ən böyük ilbizləridir. Molyusk çanağının uzunluğu — 91 sm, ümumi çəkisi — 18 kq. Çanaqların çoxunun ölçüsü — 25 sm qədər. Çanağının rəngi açıq rənglidir, lakin molluskun həyatı boyu qəhvəyi və ya boz periostrakum (qabığın xarici nazik təbəqəsi) ilə örtülür. Qabıq açıq sarı rəngə boyana bilir. Tipik olaraq, qıvrımların düyünlər şəklində qalınlaşma ola biləcəyi açıq bir nöqtəsi var. Çanağın sifonu uzundur.

Значение слова в других словарях