NƏSRULLAH

Ərəbcə “Allahın köməkçisi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NƏSRƏDDİN
NƏVAHİ
OBASTAN VİKİ
Həsən Nəsrullah
Seyid Həsən Nəsrullah (31 avqust 1960, Burc Hamod, Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan siyasətçisi. == Həyatı == 1960-cı il avqustun 31-də Livanın cənubunda yerləşən Beyrut kəndində anadan olmuşdur. Atası Əbdülkərim meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Həsən atasına kömək etmək üçün onun dükanına gedib gələrdi. Dükanın divarında Musa əs-Sədrin portreti asılı idi. Həsənin Musa əs-Sədrə olan sevgisi o zamanlar Məhrumlar hərəkatı olaraq bilinən Əməl hərəkatına maraq göstərməsinə səbəb oldu. Seyid Həsənin o zamanlar din alimləri ilə heç biri əlaqəsi yox idi. Ailəsində tanınmış din adamının olmamasına baxmayaraq Seyid Həsən dinə sevgi bəsləyən bir uşaq idi. Onun dinə olan sevgisi oruc və namaz kimi ibadətlərlə məhdudlaşmazdı. Dinə marağı onu 1976-cı ildə Nəcəfə getməyə və orada islami elmləri öyrənmək üçün təhsilə almağa sövq etdi.
Nəsrullah Nasehpur
Nəsrullah Nasehpur (farsca:نصرالله ناصح‌پور) — İran azərbaycanlısı olan ustad rədif ifaçısı, bəstəkar, müğənni və musiqişünas. İran Musiqi Mərkəzinin üzvü və Tehran İncəsənət Universitetinin professorudur. == Həyatı == Nəsrullah Nasehpur 1940-cı ildə Ərdəbil şəhərində anadan olmuşdur. Onun atası Ağa Şükür qarmon ifaçısı, anası Hüriyə Xanım qaval ifaçısı olmuşdur. Beləliklə də Nəsrullah Nasehpur uşaqlıqdan Azərbaycan musiqisinin təsiri altında böyümüşdür. == Təhsili == Tehrana gedərək orada vokal rədif üzrə Maestro Mahmud Kərimidən dərs almışdır. Həmçinin Maestro Əli Əkbər Xan Şahnazidən intrumental rədifin İran musiqisində yeri barədə Milli Musiqi İnistitutunda dərs almışdır. İran musiqi sənəti barədə Süleyman Əmir Qasimidən və Maestro Səid Hörmizidən dərs almışdır. == Karyerası == Öz dövrünün tanınmış musiqiçilərindən xeyli məlumatlar öyrənən Nəsrullah Nasehpur Maestro Abdullah Davami ilə işləməyə başlamışdır.Yaradıcı musiqi istedadı və zəngin Azərbaycan musiqisini gözəl bilməsinə görə İranın ən məşhur musiqiçilərindən biri olmağı bacarmışdır. Həmçinin 50 il müddətində müəllimlik edən Nəsirullah Nasehpurun təxminən 4 min şagirdi olmuşdur.
Nəsrullah Mərdani
Nəsrullah Mərdani (fars. نصرالله مردانی‎) — İranın məşhur şairlərindən biri. 1947-ci ildə Kazirunda anadan olub, 2003-cü ildə Kərbəlada vəfat edib.
Nəsrullah Xan Kahardli
Nəsrullah xan Kahardli (1892-1938) — "Fani" təxəllüsü ilə Azərbaycanın, 14-cü əsr (Hicri şəmsi) şair, rəssam, heykəltaraş və növhə janrında yazan yazıçılarındandır ki, Rəzən şəhristanının Kahardkəndində dünyaya gəlmişdir. 1938-ci ildə, 46 yaşında ürək çatışmazlığından vəfat etmişdir. == Yaradıcılıği == آچولدئ چؤللَردَه چيچَك/Açıldi çöllərdə çiçək نوباهار اوْلدئ آچوْلدي گَنَه چؤللَردَه چيچَك/Nobahar oldu açıldi yenə çöllərdə çiçək هابولوت سَسلَه دئ اوَّلدَه منيمدور گؤبَه لَك/Habulut səslədi əvvəldə mənimdir göbələk حاجي‏لئيلَكلريموز چيْخديْلا پروازَه تامام/Hacı leyləklərimiz çıxdıla pərvazə tamam قيْرجانا- قيْرجانا يان ـ يان يئرييوْر قاز ، اؤردَه‏ك/Qırcana-qırcana yan-yan yeriyir qaz, ördək قازالاقلار هَرَه بير يئردَه سالوبلار لانا/Qazalaqlar hərə bir yerdə salıblar lana ساغساغان قويروغونا باغلاديْ بيرجَه دؤگَجَك/Sağsağan quyruğuna bağladı bircə döyəcək گؤر سيْغيْرچين چَكوري شاخ ـ ي صينوبردَه نَوا/Gör sığırçın çəkiri şax-i sinobərdə nəva قاشلارون وَسمَه‏لييوب كَكليگ ، ايدوب ياخشيْ بَزَك/Qaşların vəsmələyib kəklik, edib yaxşı bəzək اوْت بيتوب چؤلدَه ، چمنلَردَه اوْلوب چيشمَه روان/Ot bitib çöldə, çəmənlərdə olub çeşmə rəvan چيْخدي اوْ نازلو ناخورچي گَنَه اَلدَه دَگَنَگ/Çıxdi o nazli naxırçi yenə əldə dəyənək كَند ديلبرلَري چيْخدي قيْشيْن آستدان شادان/Kənd dilbərləri çıxdi qışın astdan şadan ووردولار ناز ايلَه نازيك كمَرَه ييْرتيق اَتَك/Vurdular naz ilə nazik kəmərə yırtıq ətək بيريسئ قلبيرئ گؤتدي چؤلَه گيتدئ اوْدونا/Birisi qəlbiri götdü çölə getdi oduna بيريسي چَمرَلَه‏نوب ايْسلادي ايويندَه تَزَك/Birisi çəmrələnib islatdi evində təzək جمع ايدوب كؤلفتيني كَرمَه‏ني سَردئ گونئييَه /Cəm edib kölfətini kərməni sərdi güneyə بيريسي دامدا سَروب چوْخلو قئييخ گؤزلوري تَك/Birisi damda sərib çoxlu qeyyix qözlüri tək بيريسئ يوْخدو بيزووچي يايوْري چؤلدَه بيزوو/Birisi yoxdu bizovçu yayıri çöldə bizov بيريسئ يوْخدو ساغونچي ساغوْري كندي اينَك/Birisi yoxdu sağınçi sağıri kəndi inək بيرئ خامَه اگيرور گوندَه آلوْر ايككي شاهي/Biri xamə əridir gündə alır ikki şahi بيرئ يوْرقان سَرييور گوندَه يئيَه‏ر بيرجَه چؤرَك /Biri yorğan səriyir gündə yeyər bircə çörək بيرئ ايگ اَلدَه دگيرمانا داغارجوخ دالدا/Biri ig əldə dəyirmana dağarcıq dalda بيرئ ايپ بئلدَه كؤلؤنگ اَلدَه و دالوندا وَرَه‏ك/Biri ip beldə külüng əldə və dalında vərək بيريسئ دامدا گونئيدَه يامورو پالتارونو/Birisi damda güneydə yamuru paltarıni بيريسئ ليفتَه‏سينئ بيتليرئ يانوندا كؤپَك/Birisi liftəsini bitliri yanında köpək بيرئ آسموْش قازانو شام ايچو يونجا پيشيرور/Biri asmış qazanı şam üçün yonca pişirir بيرئ ياتموْش يوْخودا بلكَه گؤرَه تاززَه چؤرَك/Biri yatmış yuxuda bəlkə görə tazə çörək بيريسئ آجدو ز بس ايرتَه‏ليدَن كرمَه ياپوپ/Birisi acdi əz bəs irtəlidən kərmə yapıb بيريسئ توْخدو ياتوب ، بس كي يئيوب دادلو كؤتَك/Birisi toxdu yatıb, bəs ki yeyib dadlı kötək ايشيدوبلَر كئ ايياق‏قابي وار عالمدَه ولي/Eşidiblər ki ayaqqabı var aləmdə vəli اؤزينو گؤرمييوب آديْني قوْيوبلار چؤستَك/Özünü görməyib adıni qoyublar çöstək بيريسئ داغليْيوب و باغلوْري داب باني چاتون/Biri dağliyib və bağlıri dab bani çatın بيريسئ زينت ايچون باشَه سالوْر كؤهنَه لَچَك/Birisi zinət üçün başə salır köhnə ləçək بيرئ وورموش اَري سيْنميش باشيْ قانيْ تؤكولور/Biri vurmuş əri sınmış başi qanı tökülür قوْيوب اوْ تالوقا شئيطان تورودان بير كؤلچَك/Qoyub o taluqa şeytan torudan bir kölçək جمع اوْلوب قازياغي دَرماغا گيدوللَر قيزلَر/Cəm olub qazyağı dərmağa gedillər qızlar هَرَه‏سئ بير ـ بير ايلَه ائيليري بير نوع هَنَك/Hərəsi bir-bir ilə eyliri bir növ hənək بيرئ اوْينار بيرئ ييرلَر بيريسئ مئللاق اوچار/Biri oynar biri yirlər birisi məllaq uçar اوستوخانلار قيْزار اوْل دَم كئ چالوللار كله نَك/Ostoxanlar qızar ol dəm ki çalırlar kələnək . . . . . == Qaynaqlar == هفته نامه « سينا » ( چاپ استان همدان ) شماره 159 ( 2 / 7/ 1387 ) Sina həftəliyi رشیدی همدانی.گزیده اشعار نصرالله خان اصلانی پرویز محمدی.
Seyid Həsən Nəsrullah
Seyid Həsən Nəsrullah (31 avqust 1960, Burc Hamod, Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan siyasətçisi. == Həyatı == 1960-cı il avqustun 31-də Livanın cənubunda yerləşən Beyrut kəndində anadan olmuşdur. Atası Əbdülkərim meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Həsən atasına kömək etmək üçün onun dükanına gedib gələrdi. Dükanın divarında Musa əs-Sədrin portreti asılı idi. Həsənin Musa əs-Sədrə olan sevgisi o zamanlar Məhrumlar hərəkatı olaraq bilinən Əməl hərəkatına maraq göstərməsinə səbəb oldu. Seyid Həsənin o zamanlar din alimləri ilə heç biri əlaqəsi yox idi. Ailəsində tanınmış din adamının olmamasına baxmayaraq Seyid Həsən dinə sevgi bəsləyən bir uşaq idi. Onun dinə olan sevgisi oruc və namaz kimi ibadətlərlə məhdudlaşmazdı. Dinə marağı onu 1976-cı ildə Nəcəfə getməyə və orada islami elmləri öyrənmək üçün təhsilə almağa sövq etdi.
Mirzə Nəsrullah bəy Didə
Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair. == Həyatı == Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX əsrdə yaşamış istedadlı şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk təhsilini Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur. Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir. Didənin şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə Nəsrulla bəy Didə" kitabında vermiş, 2004-cü ildə şairin həmin nümunələr əsasında hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır.
Murtuza Mirzə Əfşar (Nəsrullah Mirzə)
Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi.O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Nəsrullahbəyli (Germi)
Nəsrullahbəyli (fars. نصراله بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 417 nəfər yaşayır (96 ailə).