OĞRU


1. is. Oğurluq edən adam, oğurluqla məşğul olan adam.
Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi.
Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir.

2. bax oğrun. Bu bir gözəllikdir qızlara.
Yalnız; Oğru baxışlardan saqınmaq gərək. S.Vurğun.

□ Oğru kimi – gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğru kimi içəri girmək.
– Cuma … öz evinə oğru kimi gəlmişdi. Ə.Əbülhəsən.

Синонимы

  • OĞRU OĞRU Oğrular da qonşu evdən keçib, damın üstündə dolaşır, aşağı enməyə məqam gözləyir (Çəmənzəminli); CİBGİR (cibdən oğurluq edən) Böyüklərdən eşitdik
  • OĞRU cibgir — xəspuş

Антонимы

  • OĞRU OĞRU – DOĞRU Aləmə oğruyam, sənə ki doğruyam (Ata. sözü)

Этимология

  • OĞRU Oğ feili mövcud olub, ad-feil omonimi kimi işlədilib: красть (feil), тайный (ad). Oğru sözün feil korrelyatından yaranıb
OĞLANLIQ
OĞRU-ƏYRİ

Значение слова в других словарях