OK

okay1 (həm də O.K.)

n razılıq, bəyənmə, icazə; to get / to receive an ~ razılıq / icazə almaq; to give an ~ razılıq / icazə vermək, razı olmaq; Have they given you their okay? Onlar sənə / sizə razılıq veriblərmi?

okay2 (həm də OK)

adj 1. doğru, düzgün, həqiqi; Is your story okay? Sizin / sənin danışdığın / danışdığınız əhvalat doğrudurmu? 2. yaxşı, qaydasında; She seems okay now O indi yaxşı görünür

okay3 (həm də OK)

v razılaşmaq, razılıq vermək, bəyənmək, He okayed / OK’d my idea O, mənim fikrimi bəyəndi, O mənim fikrimlə razılaşdı

okay4 (həm də OK)

inter Yaxşı! Oldu! Əlbəttə! Razıyam! Baş üstə!

OINTMENT
OKAY
OBASTAN VİKİ
Eksperiment OK
Eksperiment OK — 1960-1970-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın ilk peşəkar rok qrupu. == Qrupun tarixi == 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, "Eksperiment OK" qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (orqan), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrand, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: "Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik.
OK!
OK! — Britaniyada nəşr olunan həftəlik maqazin jurnalı. Azərbaycanda "OK! Azerbaycan" adinda jurnalin yerli versiyasi nəşr edilmişdir. Azərbaycan versiyasin baş redaktoru Zəhra Bədəlbəyli olmuşdur.
OK Computer
OK Computer — İngiltərə rok qrupu Radiohead-in 16 iyun 1997-ci ildə işıq üzü görən üçüncü studiya albomu. Radiohead-in növbəti albomlarının da istehsalında iştirak edən Naygel Qodrix tərəfindən prodüserliyi edilən albom EMI-nin törəmə şirkətləri Parlophone və Capitol Records tərəfindən yayımlanıb. "Lucky" (1995) istisna olmaqla, albomun digər mahnıları 1996 və 1997-ci illərdə Oksfordşir və Batda yazılıb. Əvvəlki albomları "The Bends"-in gitara əsaslı, introspektiv üslubundan uzaqlaşaraq mücərrəd mövzulara və çox qatlı səslərə yönələn qrup bu albomla sonrakı eksperimental əsərləri üçün də əsas yaratdı. Albomun marketinqinin çətin olduğunu düşünən EMİ-nin aşağı satış gözləntilərinə baxmayaraq, OK Computer "UK Albums Chart"-da zirvəyə çatdı və "Billboard 200" siyahısında 21-ci sıradan daxil oldu. Albomda olan " Paranoid Android ", "Karma Police", "Lucky", "No Surprises" və "Airbag" mahnıları daha sonra sinql olaraq yayımlandı. Radiohead’nin beynəlxalq səviyyədə tanınmasına töhfə verən albomun dünyada ən az 7.8 milyon nüsxəsi satılıb. 22 iyun 2017-ci ildə albomun iyirminci ildönümü üçün albomun içərisində əlavə mahnıların da yer aldığı OK Computer OKNOTOK 1997 2017 adlı yenilənmiş versiyası çıxdı. OK Computer dinləyicilər, tənqidçilər və musiqiçilər tərəfindən bütün dövrlərin ən yaxşı albomlarından biri hesab olunur. Albom 1998 Qremmi Mükafatında "İlin Albomu"na namizəd oldu və Ən Yaxşı Alternativ Musiqi Albomu Mükafatını qazandı .
Ok.ru
Odnoklassniki — rusdilli internetin ən populyar sosial şəbəkələrindən biri. Odnoklassniki sözünün Azərbaycan dilində mənası "sinif yoldaşları"dır. Bu sayt Albert Popkov tərəfindən 4 mart 2006-cı ildə Rusiyada yaradılıb. Saytda 45 milyondan artıq istifadəçi qeydiyyatdan keçib, 10 milyona qədər ziyarətçiyə sahibdir. Alex statistikalarına görə bu sayt dünyanın ən çox ziyarət edilən 67-ci, Rusiyanın isə 7-ci saytıdır. Bu saytda Azərbaycan, rus, ukrayna, özbək, qazax, erməni, rumın, türk, ingilis, gürcü, tacik, qırğız dilləri olmaqla ümumilikdə 12 dil var.
Ok buzlağı
Okyyokyudl (isl. Okjökull) və ya Ok buzlağı – İslandiyada yerləşmiş buzlaq. 2014-cü ildə tamamilə əridiyi elan olunmuşdur. Buzlaq İslandiyanın qərbində, Reykyavikin şimal-şərqində, Ok qalxan vulkanı üzərində yerləşirdi. Ok buzlağı 2014-cü ildə buzlaqşünas Oddur Siqudsson tərəfindən "ölü" elan olunmuşdur. 2018-ci ildə Rays Universitetinin antropoloqları Simen Hov və Dominik Boyer buzlağın əriməsi haqqında "Ok deyil" adlı sənədli film çəkmişdirlər. Onlar burada buzlağın əriməsi haqqında xatirə lövhəsi quraşdırmağı təklif etmişdirlər. Lövhə 18 avqust 2019-cu ildə quraşdırılmış, üzərində həm islandca, həm də ingiliscə yazı yazılmışdır: Lövhənin sonunda quraşdırıldığı aydakı qlobal karbon dioksid miqdarı (415 ppm) yazılmışdır. Mərasimdə İslandiya baş naziri Katrin Yakobsdouttir, İslandiyanın ətraf mühit naziri Qudmundur İnqi Qudbrandsson və keçmiş İrlandiya prezidenti Meri Robinson iştirak etmişdirlər. Mərasimdən öncə NASA Earth Observatory buzlağın 1986–2019-cu illər arasındakı fotolarını paylaşmışdır.
Ok Theqyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsa da, sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Kim Kum-Ok
Kim Kum-Ok (9 dekabr 1988) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Kum-Ok Koreya Xalq Demokratik Respublikasını 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də 2007-ci ildə Universiada Oyunlarında qızıl, 2010-cu ildə Asiya Oyunlarında isə bürünc medal qazanıb. == Karyerası == Kim Kum-Ok birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 30 dəqiqə 1 saniyəyə qət edərək 82 marafonçu sırasında 12-ci yeri tutdu. Kim Kum-Ok özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Kim Kum-Ok məsafəni 2 saat 33 dəqiqə 30 saniyəyə qət edərək 49-cu yeri tutdu. Kim Kum-Ok növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 24 saniyəyə qət edərək 49-cu yeri tutdu.
Li Kyon Ok
Li Kyon Ok (kor. 리 경옥; 3 yanvar 1980, Pxenyan) — Yüngül çəki dərəcəsində Şimali Koreyanı beynəlxalq yarışlarda təmsil edən qadın cüdoçu. 2000-ci illərin birinci yarısında Koreya Xalq Demokratik Respublikası yığmasında iştirak edirdi. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya Çempionatının gümüş medalının sahibi, Busanda keçirilən Asiya Oyunlarının bürünc mükafatçısı, cüdo üzrə Asiya çempionu, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Li Kyon Ok 3 yanvar 1980-ci ildə Pxenyanda anadan olmuşdur. Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Koreya Xalq Demokratik Respublikasının əsas milli yığma tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya Çempionatında iştirak etdi. Burada Ok ölkəsinə qızıl medal qazandırdı. Yüngül çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion oldu. Finalda Cənubi Koreyanın nümayəndəsi Kan Sin Xe üzərində qələbə qazandı.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanı Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Dünya okeanı və dənizlərin kirlənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Dəmir (II) oksid
Dəmir (II) oksidi - dəmir (II) və oksigenin mürəkkəb qeyri-üzvi birləşməsidir. Təbiətdə vüstit mineralı kimi mövcuddur. == Fiziki xassələri == Dəmir (II) oksid – qara rəngdə bərk birləşmədir. Yalnız yüksək temperaturda sabit vəziyyətdə olur. == Alınması == Dəmir (III) oksidin hydrogen ilə reduksiyaedici reaksiyası zamanı almaq olar: Fe2O3 + 3H2 → 2FeO + 3H2O Dəmir (III) oksidin dəm qazı ilə reduksiyaedici reaksiyası zamanı: Fe2O3 + CO → 2FeO + CO2 Dəmir(III) oksidin dəmir ilə reaksiyası zamanı: Fe2O3 + Fe → 3FeO Dəmirin oksigenlə aşağı təzyiq altında qızdırılması zamanı: 2Fe + O2 → 2FeO Dəmir oksalatın vakuumda parçalanması zamanı: FeC2O4 →t FeO + CO↑ + CO2↑ == Kimyəvi xassələri == Dəmir (II) oksid reaksiya zamanı əsası xassələr görsədir. Suda həll olunmur, oksidləşməyən turşularda asanlıqla həll olunur: FeO + 2HCl → FeCl2 + H2O Reduksiyaedici xassələr görsədir: FeO + 4HNO3 → NO2 + Fe(NO3)3 + 2H2O Dəmir(II) oksidin oksigenlə oksidləşmə reaksiyası: 4FeO + 3O2 → 2Fe2O3 Natriun hidroksidlə birgə əriməsı reaksiyası FeO + 4NaOH →Na4FeO3 + 2H2O Oksigenlə reaksiyası: 4FeO + 2nH2O + O2 → 2(Fe2O3 ⋅ nH2O) 6FeO + O2 →300−500 0C 2Fe3O4 Hidrogen sulfid ilə reaksiyası: FeO + H2S →500 0C FeS + H2O == Tətbiqi == Keramika və mineral boyaların tərkib hissəsi kimi istifadə olunur. E172 nömrəsi altında qida rəngi kimi qida sənayesində geniş istifadə olunur. == Toksikliyi == Dəmir (II) oksidi zəhərli deyil. Buna baxmayaraq, dəmir (II) oksidin aerozollarına (toz, tüstü) uzun müddət məruz qaldıqdan sonra ağciyərlərdə çökür və pnevmokoniozun bir növü olan sideroza səbəb olur. == Mənbə == Волков А. И., Жарский И. М. Большой химический справочник.
Dəniz və okean axınları
Elektra (okeanida)
Elektra (yun. Ἠλέκτρα "parıltılı", "gözqamaşdırıcı") — yunan mifologiyasında personaj, okeanidalardan biri, Okean və Tefidanın qızı, Tavmantın arvadı.
Esat Oktay Yıldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. == Fəaliyyəti == Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir. Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.
Esteban Okon
Esteban Okonfr. Esteban Ocon; doğ. 17 sentyabr 1996 Normandiya, Fransa) — fransız avtopilotu. 2015-ci ildə GP3 yarış seriyasının qalibi. == Həyatı == Esteban Okon öz yarış karyerasına 2006-cı ildə başlayıb. Həmin səkkizinci yeri tutmuşdu.2007-cı ildə birinci yerə sahibləndi. 2008-ci ildə Esteban Cadet klassında Fransa çempionu olmuşdu.
Euseius okumae
Euseius okumae (lat. Euseius okumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Evrinoma (okeanida)
Evrinoma (yun. Εὐρυνόμη) — yunan mifologiyasında mifik personaj, Okean və Tefidanın qızı.
Fethi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. == Həyatı == === Gənclik illəri === 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
Fosfor oksidi (V)
4P + 5O2 ---2P2O5 Fosfor (V) oksidkimyəvi xassələrinə görə digər turşu oksidlərinə oxşayır. Temperaturdan və götürülən suyun miqdarından asılı olaraq müxtəlif turşular alınır. P2O5 + H2O ---0*C 2HPO3 P2O5 + 2H2O---20*C H4P2O7 P2O5+ 3H2O---100*C 2H3PO4 P2O5 suuducu xassəyə malikdir. Məsələn,o nitrat tuşusunu N2O5-ə,perxlorat turşusunu isə Cl2O7-Yə çevirir.
Fosfor oksidləri
Fosfor oksidləri — Fosfor azot kimi yeddi müxtəlif oksid əmələ gətirir. Bu oksidlərdən ikisi: fosfor (III) oksid P2O3 və fosfor (V) oksid P2O5 hərtərəfli öyrənilmişdir. Fosfor (III) və (V) oksidin bir ümumi xüsusiyyəti vardır: onlar hətta buxar halında da dimer formasında olur. Yəni bu oksidlərin həqiqi formulları P4O6 və P4O10 kimidir. Onların daha sadə emprik formulları P2O3 və P2O5 kimi göstərilir. Fosfor (III) oksid ağ rəngli, zəhərli, kristal maddədir. İşıqda davamsızdır, əvvəl saralır, sonra isə qızarır. Bu fosfor (III) oksidin qismən parçalandığını və reaksiya məhsullarından birinin qırmızı fosfor olmasını göstərir. Qızdırdıqda disproporsiyalaşır. Fosfor oksidləşdikdə oksigen çatışmırsa fosfor (III) oksid əmələ gəlir.
FİFA Dünya Kuboku 2010 (seçmə mərhələ, Okeaniya)
== I mərhələ ==
Fəthi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. == Həyatı == === Gənclik illəri === 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
Germanium oksid (IV)
Germanium — oksidi (IV) Germanium oksidi (IV) (germanium dioksid) germanium və oksigenin binar qeyri — üzvi kimyəvi birləşməsi olub amfoter oksiddir. Kimyəvi formulu GeO2 . Germanium – dioksidin forması silisium dioksidə çox oxşardır. İki kristallik və üçüncü amor modifikasiya halında mövcuddur : Heksoqonal β- GeO2, α- kvars ilə eyni quruluşa malikdir. Tetraqonal α- GeO2 (mineral forma argutit) SnO2 tipli struktura malikdir. Yüksək təzyiq altında CaCl2 tipli rombik formaya keçir. Amorf GeO2 şüşəvari kvarsa bənzəyir, suda həll olandır. Tetraqonal germanium dioksid 1033 °C -də heksoqonal formaya keçir. ∆Hα→ β=21,6kC/mol == Alınması == Germanium dioksidi GeCl4 hidrolizə uğradıb, alınan çöküntünün 900°C-də qurutmaqla alınır. Bu zaman adətən amorf və heksoqonal GeO2 qarışığı alınır.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Hisataka Okamoto
Hisataka Okamoto (d. 14 dekabr 1933) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
I Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri
Asiya və Sakit okean cəbhəsi — Birinci Dünya müharibəsi'nin, qansız keçən bir cəbhəsi idi. Cəbhədəki yeganə həqiqi hərbi hərəkat, Yaponiya imperiyası'nın Sindao hücumu idi. Bunun yanında, bugünkü Papua-Yeni Qvineya, Bitə Paya və Tomada da kiçik miqyaslı münaqişələr baş vermişdir. Sakit okeandakı digər Alman bölgələrində hər hansı bir hərəkət müşahidə olunmamışdı. == Sindao mühasirəsi == 600 Alman və 3400 Çinlidən ibarət qüvvə tərəfindən qorunan Sindao, Almanların bölgədəki ən mühüm bazası idi. Avstriya-Macarıstan İmperiyası'nın əsgərlərinin qoruduğu qala isə Alman donanması və Avstriya-Macarıstan donanmasına aid bir neçə gəmiylə dəstəklənirdi. Yaponlar bölgəyə 50.000 əsgər və altı döyüş gəmisindən ibarət bir qoşun göndərərkən Britaniyalılar müharibəyə 1600 nəfərlik bir dəstək birliyi ilə qatılmışdılar. Qala 31 oktyabrda bombalanmaya başlandı. Yaponiya İmperiya donanması və quru qoşunları 6 noyabr gecəsi bir hücum həyata keçirdi. Qala, bir gün sonra ələ keçirilərkən Almanların 200, Yapon qüvvələrinin 1455 can itkisi olduğu açıqlanmışdır.
Kafkas İlköğretim Okulu
Kalliroya (okeanida)
Kalliroya ( yun. Καλλιρόη; Καλλιρρόη "gözəl axan") — yunan mifologiyasında okeanida.
Kalsium-oksid
Əsasi oksiddir, turşu oksidləri və turşularla qarşılıqlı təsirdə olur. 1.CaO+CO2 → CaCO3 2.CaO+SO3 → CaSO4 3.CaO+H2SO4→ CaSO4+H2O 4.CaO+2HCl → CaCl2+H2O Onu sənayedə əhəngdaşının parçalanmasından alırlar. CaCO3→ CaO+CO2 ↑ CaO ağ rəngli, çətin əriyən (2570ºC temperaturda əriyir) maddədir. Onu su ilə reaksiyasından çoxlu istilik ayrılır. CaO-nun texniki adı “sönməmiş əhəng” olduğundan kalsium-oksidin su ilə qarşılıqlı təsirinə “əhəngin söndürülməsi” deyilir. CaO+H2O→Ca(OH)2+Q Kalsium –oksidin əsas etibarilə sönmüş əhəng Ca(OH)2, kalsium –karbid CaC2 almaq üçün istifadə edilir.
Kaxa Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Kaxaber Okriaşvili
Kaxa Okriaşvili (Kaxaber Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004–2008), VII çağırış (2008–2012), VIII çağırış (2012–2016), IX çağırış (2016–2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008–2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013–2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.. == Həyatı == Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsində dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982–1983 və 1990–1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədər Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Əczaçılıq Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır. == Mənşəyi == Kaxa Okriaşvilinin mənsub olduğu Okriaşvililər nəsli barəsində Gürcüstan Çarlığının, Kartli Çarlığının, Gürcü Pravoslav Kilsəsinin, Səfəvi İmperiyasının, Dövləti Aliyyənin (Osmanlı İmperatorluğu), Rusiya İnmperiyası, Gürcüstan Demokratik Respublikası, Gürcüstan SSR, ZSFSR və SSRİ-nin, həmçinin müstəqil Gürcüstanın dövlət və kilsə kitablarında, vergi, əmlak, alqı-satqı, varislik və müxtəlif qeydiyyat sənədlərində minlərlə fakt, istinad və mənbələr var. Okriaşvililər nəsli Gürcüstanın Dmanisi rayonu Javaxi və Qantiadi kəndində yaşayırlar. Arşadırmam zamanı məlum oldu ki, qədim gürcü Okriaşvili nəsli barəsində sənədlərin çoxunun əsli İran arxivlərində, Rusiya Federasiyası arxivlərində, Türkiyə İstanbulda Topqapı arxivində və ən əsas sənədlər isə Gürücstan Dövlət Milli Arxivində saxlanılır. Okriaşvili nəsli haqqında ilk yazılı mənbələr 11–13 əsrlərə təsadüf edir.
Key Okami
Key Okami (岡見 京子, Okami Keiko, 11 sentyabr 1859[…], Aomori – 2 sentyabr 1941, Tokio[d]) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.

Значение слова в других словарях