OLAN-OLMAZ
OLDUQCA
OBASTAN VİKİ
Olay
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Avtomobil olayları
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Gülər Əhmədova olayı
Gülər Əhmədova işi, Gülərqeyt və ya Gülərgeyt — Azərbaycanda 2012-2013-cü illərdə Azərbaycan Milli Məclisi və Prezident Administrasiyası kimi yüksək vəzifələrdə çalışan dövlət qulluqçuları və müxtəlif səviyyəli dövlət məmurlarının iştirakı ilə baş vermiş siyasi korrupsiya qalmaqalı. 2012-ci il sentyabrın 25-də azərbaycanlı hüquqşünas və keçmiş universitet rektoru Elşad Abdullayevin 2005-ci il parlament seçkilərində Abdullayevə Milli Məclisdə deputat mandatı vermək üçün rüşvətlə danışıq aparan deputat Gülər Əhmədova ilə görüşünü əks etdirən videonu YouTube-da yerləşdirməsindən sonra alovlanıb. Digər məmurların və korrupsiya halları ilə bağlı bir sıra oxşar videoların daha sonra Abdullayev tərəfindən yerləşdirilməsindən, ardınca həmin videolarda olan şəxslərin bəzilərinin işdən çıxarılması, həbs edilməsi və öldürülməsindən sonra qalmaqal böyüyüb. "Gülərqeyt" adı ilk videoda görünən indiki deputat Gülər Əhmədovanın adından götürülüb. İlk videonun yayımlanmasının ertəsi günü Azərbaycan mediası tərəfindən Votergeyt qalmaqalına bənzədilərək Gülərqeyt adlandırılıb. Daha sonra ingilisdilli media orqanlarında və AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin korrupsiya hesabatında da istifadə edilib. Buna baxmayaraq əksər videolar Gülər Əhmədova ilə bağlı yox, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlıdır. == Zəmin == Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan Elşad Abdullayev 1997–2010-cu illərdə fəaliyyət göstərən və son 4 ildə korrupsiya və qeyri-qanuni tələbə qəbulu faktları ilə bağlı Baş Prokurorluğun araşdırmasının mərkəzində olan Azərbaycan Beynəlxalq Universitetinin rektoru kimi tanınıb. 2003-cü ildə Abdullayevin böyük qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayev oğurlanıb və onun itkin düşməsini Hacı Məmmədovun başçılıq etdiyi dəstənin cinayətkar fəaliyyəti ilə əlaqələndirən dövlət araşdırması heç bir nəticə verməyib. Elşad Abdullayev 2005-ci ildə hakim Yeni Azərbaycan Partiyasından Azərbaycan Milli Məclisinə deputatlığa namizəd olub.
Kaş ki mən dəniz olaydım
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Kaş ki mən dəniz olaydım (mahnı)
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Olaylar
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Tonkin körfəzi olayı
Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma. Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib. 1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi.
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı — məqaləsinə ticari sərnişin və kargo uçuşları, hərbi sərnişin və kargo uçuşları, yaxud bir hadisədə ən azı 50 nəfərin həlak olduğu ümumi aviasiya qəzaları və insidentləri daxildir. Terorist və ya digər hücumlar da daxil olmaqla 539 belə hadisə baş verib. Bunlardan 198-i ən azı 100 ölüm, 33-ü ən azı 200 ölüm, 8 qəza ən azı 300 ölüm, 4 qəza isə ən azı 500 nəfərin ölümü ilə nəticələnib. 1923-cü ildən (ilk belə qəza və hadisəsi 50-dən çox adamın ölümü ilə nəticələnib) bu günə kimi, yeddi qitədə və üç böyük okeanda 571 təyyarə bu qəzalardan qaça bilməmiş və bütün qəzalarda ümumilikdə 56 min 669 nəfər həyatını itirmişdir. 17 dekabr 1903-cü ildə Rayt qardaşlarının qabaqcıl uçuşundan beş il sonra, 17 sentyabr 1908-ci il, Tomas Selfric, Virciniya ştatının Fort Myer şəhərində Rayt Model A-nın nümayişi zamanı Orville Rayt ilə sərnişin kimi uçarkən motorlu uçuşun ilk ölümü oldu. 1909-cu ildə Eugène Lefebvre motorlu bir təyyarəni idarə edərkən həlak olan ilk şəxs oldu, ilk ölümcül havada toqquşma isə 19 iyun 1912-ci ildə Fransanın Douai yaxınlığında baş verdi və hər bir təyyarənin pilotu öldü. Bu ilk aviasiya ölümlərindən sonra ölümcül təyyarə qəzalarının miqyası təyyarələrin ölçüsü və tutumu ilə mütənasib olaraq artmışdır. Bir ildə bir aviaşirkətin iştirakı ilə ən çox ölüm halı 2014-cü ildə baş verib, o zaman 537 nəfər (ehtimal ki, dağıntılar aşkar olunmayıb, ölənlərin sayı tam təsdiq edilməyib) Malaysia Airlines MH370 təyyarəsinin yoxa çıxması və dörd ay sonra Malaysia Airlines MH17 reysinin qəzaya uğraması nəticəsində baş verib. Tarixdə hər hansı aviasiya qəzasında ən çox ölüm hadisəsi 1977-ci ildə iki Boeing 747 təyyarəsinin uçuş-enmə zolağında toqquşması nəticəsində 583 nəfərin öldüyü Tenerife hava limanında baş vermiş qəzada baş verib. Havada toqquşma nəticəsində ölənlərin çoxu 12 noyabr 1996-cı ildə Hindistanın Yeni Dehli şəhərinin qərbində, Çarxi Dadridə havada toqquşma zamanı Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus Boeing 747–100B təyyarəsinin Dehlidən Səudiyyə Ərəbistanının Dhahran şəhərinə toqquşması nəticəsində baş verib.
Aşkın Olayım
"Aşkın Olayım" — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Menemen olayı
Menemen hadisəsi ya da Kubilay hadisəsi — 23 dekabr 1930 günü həyata keçən, İzmir'in Menemen ilçəsində, əsgərliyini ehtiyatda olan zabit olaraq etməkdə olan müəllim Mustafa Fəhmi Kubilayın və yardımına gələn gözətçilər Həsən və Şövqinin şəriət istəyən bir qrup tərəfindən başı kəsilib bir çubuğun üzərinə bağlanaraq küçələrdə gəzdirilməsilə başlayan hadisələr zənciri. Respublika tarixinin ən önəmli hadisələrindən biridir. Hadisələrin ardından bölgədə hərbi vəziyyət elan edilmiş, General Mustafa Muğlalı idarəsində qurulan Divan-i Hərbdə günahkarlar müxtəlif cəzalara məhkum edilmişdir. Mustafa Fəhmi Kubilay 1930-cu ildə Menemendə ehtiyat zabit sifətilə əsgərlik vəzifəsini etməkdə idi. 23 dekabr 1930 səhəri Menemendə cərəyan edən hadisələr ümumi deyilənə görə bu seyri izləmişdir: Şeyx Əsədin Manisada Nəqşibəndi təriqətini yaymaqla vəzifələndirdiyi Laz İbrahim tərəfindən istiqamətləndirilən, Manisa tərəfindən gələn çəmbər saqqallı, sarıqlı və cübbəli dördü silahlı 6 şəxs, 23 dekabr 1930-da sübh namazından sonra məsciddən aldıqları Yaşıl Sancağı yola dikərək silah gücü ilə ətraflarına adam toplamağa çalışırlar. Başçılar arasında, Kritli Dərviş Məhəmməd, Şamdan Məhəmməd, Sütçü Məhəmməd Əmin, Nalıncı Həsən, Kiçik Həsən var idi. Derviş Məhəmməd məsciddə namaz qılanlara özünü "Mehdi" olaraq tanıtdı və dini qorumağa gəldiklərini söylədi. Arxalarında 70 min nəfərlik Xəlifə ordusu olduğunu, günorta saatlarına qədər şəriət bayrağı altında toplanmayanların qılıncdan keçiriləcəyini söylədilər. Məsciddəki yaşıl bayrağı alıb, uzun bir çubuğa taxdılar və Menemen şəhər meydanında qazdıqları bir çuxura dikdilər. Bayrağın çevrəsində dönməyə, təkbir gətirməyə, zikr etməyə və "Papaq geyən kafirdir!

Значение слова в других словарях