opistorxoz
opossum
OBASTAN VİKİ
Opium
Opium — ABŞ repçisi Playboi Carti tərəfindən yaradılmış səsyazma leyblı və reklam agentliyi. Leyblın hazırkı sənətçiləri arasında Playboi Carti, Ken Carson, Destroy Lonely və hip-hop dueti Homixide Gang var. Leybla həmçinin Playboi Carti-nin ikinci albomu olan “Whole Lotta Red”-in yaradılmasında kömək edən prodüserlər KP Beatz, F1lthy və Art Dealer daxildir. Opium kollektivi tünd, gur və avanqard səsə malikdir. Onların musiqiləri 70–80-ci illərin pank rok musiqisinə bənzər “rage beat” ritmləri ilə xarakterizə olunur. Onlar eksperimental səsi ilə tipik trap hip hop janrından fərqlənirlər, bu sayədə geniş pərəstişkar kütləsi yığmağı bacarıblar.

Digər lüğətlərdə