Orang-Utan
Orangenbaum
OBASTAN VİKİ
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Channel Orange
Channel Orange — ABŞ müğənnisi Frenk Ouşenin(en) debüt studiya albomu. 10 iyul 2012-ci ildə Def Jam Recordings tərəfindən buraxılıb.
Orange Juice
Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır. 2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib. == Mövzusu == Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.
Rex Orange County
Rex Orange County (əsl adı: Aleksandr Ceyms O'Konnor; 4 may 1998) — ingilis müğənni, mahnı yazarı, multi-instrumentalist. NPR Music jurnalisti Zoi Kons onun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir edir. Kiçik yaşlarında öz-özünə prodüserlik etməyi öyrənən Rex, 2015-ci ildə 16 yaşında olarkən “Bcos U Will Never Be Free” adlı debüt studiya albomunu çıxarıb. O, 2017-ci illərdə buraxdığı “Sunflower” və “Best Friend” mahnılarına görə məşhurlaşıb. Rex həmin il ikinci albomu olan “Apricot Princess”i təqdim etmişdir. Eyni il Rex ABŞ repçisi Tyler, the Creator ilə birlikdə iki mahnı səsləndirib. Bu mahnılar Taylerin “Flower Boy” albomunda yer alıb. Rex 2019-cu ildə “Pony” adlı üçüncü albomunu yayımlayıb. Bu albom onun Billboard 200 cərgəsinə daxil olan ilk layihəsi olub və 3-cü yeri tutub. Onun 2022-ci ildə çıxardığı dördüncü albomu “Who Cares?” Birləşniş Krallıqda yaxşı nəticə göstərib və həmin cərgənin ön sıralarına düşüb.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.

Digər lüğətlərdə