ORANJİST

Fransanın cənub-şərqində, Rona çayının sahilində Oranj şəhəri yerləşir. XVI əsrdə hollandiyalı bir zadəgan Hollandiyadakı torpaq sahələri ilə bərabər, bu şəhərə də sahib idi. Bu zadəgan Oranlı Vilhelm idi.

1672-ci ildə Hollandiyaya onun nəvəsi, daha bir Oranlı Vilhelm başçılıq edirdi. Onun anası həmin illər İngiltərə kralı olan II Karlın bacısı idi. 1677-ci ildə o, Karlın qardaşı qızı Mariya ilə evlənir (Mariya 1685-ci ildə kral II Yakov adı ilə taxta çıxmış Yakovun qızı idi).

1688-ci ildə II Yakov taxt-tacdan əl çəkməli olur və ingilislər onun yerində Oranlı Vilhelm ilə Mariyanı görmək istəyirlər. Beləliklə, III Vilhelm və II Mariya ingilis taxtına çıxırlar.

Ancaq II Yakov katolik olduğundan katolik İrlandiyası və təbii ki, yenə də katolik olan Fransa kralı XIV Lüdovik onu dəstəkləyirdilər. Mənşəcə ingilis və ya protestantizmə mənsub olmaları səbəbi ilə III Vilhelmin (Oranjdan olan) tərəfində çıxış edən irlandiyalıları isə oranjist adlandırmağa başladılar. Bu ad tam yerinə düşdü, çünki onların özlərinə seçdikləri rəng narıncı (orance), İrlandiyanın İngiltərədən ayrılaraq müstəqillik əldə etməsinin tərəfdarlarının fərqləndirici əlamətləri isə dənizlə əhatə olunmuş ada mənasını verən yaşıl idi. (Ayzek Azimov. Sözlərin tarixi)

ORAQ
ORANQUTANQ