Original
Orijinal (lat. originalis - ilkin) — ilkin, saxta olmayan.
Orijinal – (lat. originalist (originalis)) – ən birinci, əvvəlinci, ilk, birinci, ilkin;
Dərc edilmək üçün təqdim olunan elanın və ya başqa materialın əsli;
Əsl, öz kökünun əsasında olan; 3)Özünəməxsus, özümlü;
Hər hansı bir əsərin əlyazması, əsli (tərcümə, surət və s. fərqli olaraq), birinci, əsas nüsxəsi: ilk variantı;
Beynəlxalq ticarət əqdlərində sənədin, müqavilənin birinci nüsxəsindəki möhür, ştamp;
Özünəməxsus davranışlı, qəribə adam.
== Həmçinin bax ==
Əlyazma
== Ədəbiyyat ==
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.