Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. == Qəbulu == Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır."World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. == F-16 Solo Display Team == Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. == AH-64D Apache Solo Display Team == Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)
== Məlumat ==
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Han Solo: Ulduz müharibələri. Hekayələr
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Accipiter soloensis
Accipiter soloensis (lat. Accipiter soloensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Anatoli Solovyanenko
Anatoli Borisoviç Solovyanenko(ukr. Анатолій Борисович Солов'яненко; 25 sentyabr 1932, Donetsk – 29 iyul 1999) və ya Anatoli Solovyanenko — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı. == Həyat və yaradıcılığı == O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş və burada qrafika mühəndisli fakültəsində dərs demişdir.O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977-78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi. "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır. Solovyanenko 1999-cu il 29 iyul tarixində ürək tutma nəticəsində vəfat etdi.
Anatoli Solovyov
Anatoli Solovyov (14 mart 1922, Dankov, Ryazan quberniyası[d] – 6 yanvar 2000, Moskva) — aktyor. == Həyatı == Anatoli Vasilyeviç Solovyov 14 mart 1922-ci ildə anadan olub. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1949). M. Yermoloyev adına Teatrda (1949–1956). Kinoaktyor Teatr Studiyasında (1959–1993) çalışıb. 17 yaşından kinoya çəkilməyə başlayıb. Rusiyanın əməkdar artisti Anatoli Solovyov 6 yanvar 2000-ci ildə vəfat edib.
Azərbaycan–Solomon adaları münasibətləri
Azərbaycan–Solomon adaları münasibətləri — Azərbaycan Respublikası ilə Solomon adaları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Azərbaycan Respublikası və Solomon adaları arasında diplomatik əlaqələrin qurulması haqqında birgə kommünike 2011-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, imzalanmışdır. Kommünikeni Azərbaycan hökuməti adından ölkənin BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Aqşin Mehdiyev, Solomon adaları hökuməti adından Solomon adalarının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfir Kollin D. Bek imzalayıblar.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Din Solomons
Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 11 sentyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Javanthropus soloensis
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. == Həyatı == Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Sergey Solovyov
Sergey Solovyov (rus. Соловьёв, Сергей Михайлович; 5 (17) may 1820, Moskva – 4 (16) oktyabr 1879, Moskva) — rus tarixçisi. Moskva Universitetinin professoru (1848-ci ildən), Moskva Universitetinin rektoru (1871-1877) , İmperator Sankt-Peterburq Elmlər Akademiyasının rus dili və ədəbiyyatı bölməsinin həqiqi üzvü (1872), məxfi məsləhətçi. O, ilk dəfə "Novqorod Rus", "Kiyev Rusu", "Vladimir Rus", "Moskva Rusiyası" terminlərindən istifadə edərək, Rusiya dövlətinin formalaşmasının müvəqqəti dövrlərini təyin etdi. == Həyatı == Sergey Mixayloviç Solovyov 1820-ci ildə keşiş ailəsində anadan olub. 8 yaşında Moskva İlahiyyat Məktəbinə yazılır ki, bu müəssisədə dini fənlər ilə yanaşı müxtəlif “maddi” fənlər üzrə kommersiya məktəbində oxusun. Sergey Solovyov əslində iki təhsil alırdı - dünyəvi və mənəvi. 3-cü sinifdən Solovyov Birinci Moskva Gimnaziyasının şagirdi idi. Dini ailə və mühit gələcək təhsilində alimin tarixi baxışlarına təsir edir. O, dinin xalqların tarixi həyatı üçün nəhəng əhəmiyyətindən xəbərdar idi.
SoloTürk
SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. Bu komandanın yaradılması barədə planlar 2009-cu ilin noyabrında cızılmışdır və pilot təlim prosesi 2010-cu ilin avqustunda tamamlanmış, ilkin olaraq üç pilot bu komandanın bir hissəsi olmuşdur. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında hərbi hissə çərçivəsində həyata keçirilmiş və qrupun ictimai şəkildə ilk uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti xüsusi olaraq komandanın özünə xasdır. Komanda döyüşə hazır, xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 40" təyyarəsindən istifadə edir. "SoloTürk" əvvəllər Akıncı aviabazasından fəaliyyət göstərmiş, lakin 2016-cı ildə baş tutmuş dövlət çevrilişi cəhdindən sonra Konya aviabazasına köçmüşdür. İki pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və daşınma işləri üçün "CASA CN-235M-100" təyyarəsindən istifadə olunur. Komanda daxilində uçuşlarda iştirak etmək istəyən pilotlar təlimdən keçməzdən əvvəl müəyyən meyarlara cavab verməlidirlər. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür.
Solodlar
Bu torpaqlar - dünyanın meşə-çöl, yarımsəhra zonalarında geniş yayılmışdır. == Genetik qatları == Genetik qatları kəskin fərqlənir. Meşə döşənəyi, yaxud çim qatından ibarətdir. A2 - solodlaşmış horizont, laylı-pullu strukturlu, dəmirli-manqanlı yeni törəmələr və pas-arxalı ləkələr. A2B-keçid qatı olub, müxtəlif rəgnlidir. C-torpaqəmələgətirən süxur qatı olub, karbonatlarla zəngindir. k.K.Hedroysa görə, solodlar - mübadilə olunan natriumun hidrogen kationu ilə əvəz olunduğu deqradasiya nəticəsində şorakətlərdə yaranır. Solodların əsas tanınma xassəsi onların 5%-li KOH-lə həll olub, silikat turşusu yaratmasıdır. Solodlar-ifrat rütubət və anaerob proses nəticəsində yaranır. Bu zaman fəal üzvi turşular (fulvo turşusu) dəmir və manqanın mütəhərrik maddələri ilə üzvi-mineral kompleks birləşmələr əmələ gətirir və üst qatdan altda hərəkət edir.
Solomon dənizi plitəsi
Solomon dənizi plitəsi — litosfer plitəsi Solomon adalarının cənub-qərbində, Sakit okeanın cənubunda yerləşir. Sahəsi 0,00317 steradion təşkil edir. Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Solomon dənizi plitəsi okean qabığı üzərində yerləşir. Cənub-şərqdə Vudlark plitəsi, şimal-qərbində isə Cənubi Bismark plitəsi ilə sərhədə malikdir. Şimal-şərqdə isə Sakit Okean plitəsi yerləşir.
Solomon məbədi
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı..
Solovyov adası
Solovyov adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında, Trininqen boğazında yerləşir. Kral Aleksadr adası ondan 7 km şimal-şərqdə, Qoqonloe adası isə 3.5 km cənubddır. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur. Dairəvi formaya malikdir. Diametri 250 metrdir.
Bolo de rolo
Bolo de rolo (Portuqalca: Halqa tortu) - xüsusilə Pernanbuko ştatında məşhur olan, ənənəvi Braziliya şirniyyatı. 379/2007 nömrəli qanunla Pernanbuko ştatının qeyri-maddi irsi kimi qeydə alınmışdır. == Tərkibi == Un Yumurta Kərə yağı Şəkər tozu Quava meyvəsi == Hazırlanması == Əvvəlcə un, yumurta, kərə yağı və şəkər tozundan şirniyyatın xəmiri hazırlanır. Daha sonra xəmir geniş formada açılır və üzərinə quava meyvəsindən hazırlanan püre ilə nazik qat çəkilir. Ardından rulet formasında bükülür və bir müddət soyuducu saxlanır. Şirniyyat artıq hazırdır. == Mənbə == http://www.alepe.pe.gov.br/paginas/?id=3598&paginapai=3576&numero=379%2F2007 Hamilton, Cherie (2005). Brazil: A Culinary Journey. New York: Hippocrene Books. p.
Oslo
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390 (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir. Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur. == Maraqlı yerləri == Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi == İqlimi == Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
YOLO
Bircə dəfə yaşayırsan (ingiliscə YOLO - You only live once) sözünün qısaltması.
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Conas Solk
Conas Solk (tam adı: Conas Edvard Solk, ing. Jonas Edward Salk; 28 oktyabr 1915[…], Nyu-York, Nyu-York ştatı – 23 iyun 1995[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ tədqiqatçısı və virusoloqu. Poliomielitə qarşı ilk vaksinin yaradıcısı kimi tanınır. == Həyatı == Conas Solk 1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı. Patent almadı. Pul itkisi 5 milyard dollar idi. Lakin onun bu itkisi çox kasıb ailələrə körpə uşaqlarını qazandırdı. Öz qazancı isə ölümündən sonra belə onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Jolo adası
Jolo — Filippinin cənub-qərbində yerləşən vulkanik mənşəli ada. Mindanao və Borneo (Kalimantan) adaları arasında yerləşən Sulu arxipelağına daxildir. Adanın ərazisi 869 km², əhalisi təqribən 447,7 min nəfərdir. Adanın əsas şəhəri, eləcə də Sulu əyalətinin inzibati mərkəzi Jolo şəhəridir.
La-Sols
La-Sols (fr. La Saulce, oks. La Sauça) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05162. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1274 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 719 nəfər (15-64 yaş) arasında 547 nəfər iqtisadi cəhətdən fəal, 172 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.1%, 1999-cu ildə 72.9%). Fəal 547 nəfərdən 482 nəfəri (273 kişi və 209 qadın), 65 nəfəri işsiz (25 kişi və 40 qadın) idi.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Oslo Sindromu
== Oslo sindromu: Mühasirədə qalan insanların illüziyası == Professor Kennet Levinin müəllifi olduğu kitabın adıdır. Müəllif Ərəb-İsrail konfliktindən danışaraq israillilərin ərəblərlə olan düşmənçiliyə olan reaksiyasını Stokholm sindromuna, əsir tutulanın əsir tutana olan empatiyasına və Döyülmüş Uşaq Sindromuna (oxu: uşağın müntəzəm olaraq valideynləri və ya digər himayəçiləri tərəfindən döyülməsi, qeyri-qəzavi travma) bənzədir. Kitabda mühasirədə olan xalqın sırf uzunmüddətli müharibələrdən bezdiyi və sülh arzusunda olduğu üçün öz mühasirəçilərinə getdiyi güzəşt və qarşı tərəfin zorakılığına baxmayaraq buna göz yumması “Oslo sindromu” adlandırılır.Oslo sindromu – “Mühasirədə qalan insanların illüziyası” anlayışı ilk dəfə elmə Dr. Kennet Levin tərəfindən gətirilmişdir. O, Pensilvaniya Universitetində riyaziyyat, Oksford Universitetində İngilis dili və Ədəbiyyatı fakültələrində təhsil almış, magistratura təhsilini yenidən Pensilvaniya Universitetində davam etdirərək Prinston Universitetində fəlsəfə doktorluğuna yiyələnmişdir. Hazırda o, Harvard Tibb Məktəbində klinik təlimatçı (oxu: nəzəri biliklərdən daha çox təcrübi yollarla müalicə üsullarına dair təlim keçən şəxs) kimi fəaliyyət göstərir və psixiatriyaya dair şəxsi təcrübələrini davam etdirir. Dr. Kennet Levinin İsrail və Ərəb-İsrail konfliktinə dair bir çox yazıları vardır. 1993-cü ilin sentyabrında Ağ Evdə İzak Rabin və Yasir Ərəfat arasında arasında müqavilə bağlandığı gecə Yasir Ərəfat İordaniya televiziyasında çıxış edərək üzünü seçicilərinə tutub bildirdi ki, onlar gərək Oslo müqaviləsini 1974-cü ildə FAT (oxu: Fələstin Azadlıq Təşkilatı) tərəfindən hazırlanmış və əsas məqsədi İsraili məhv etmək olan Çoxmərhələli Planın ilk mərhələsi kimi görsünlər. Ərəfat bu iddianı Oslonun ilk ayı boyunca dəfələrlə təkrar etdi.
Oslo Universiteti
Oslo Universiteti (norveçcə Universitetet i Oslo, lat. Universitas Osloensis) — Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir. == Tarixi == Universitet 1811-ci ildə "Kral Frederik Universiteti" (norveçcə Det Kongelige Frederiks Universitet və latınca Universitas Regia Fredericiana) kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Frederikin şərəfinə adlandırılmışdır. Öz bugünki adını isə 1939-cu ildə alıb. Universitetdə lüteranlıq, ilahiyyat, hüquq, tibb, humanitar, riyaziyyat, təbiət elmləri, stomatologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.
Oslo anlaşması
Oslo razılaşması (ing. Oslo Accords, rəsmi adı "Declaration of Principles on Interim Self-Government Arrangements" (Müvəqqəti özünüidarə razılaşmalarına dair prinsiplərin haqqında bəyannamə) və ya "Declaration of Principles" (DOP)) — Norveçin əqidəsi altında keçirilən, İsrail-Fələstin münaqişəsini nizamlanması məqsədi ilə İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) arasında Osloda keçirilən gizli ikitərəfli danışıqlar. == Əvvəlki hadisələr == Bir çox illər ərzidə İsrail hakimiyyəti İordan çayının qərb sahilinin və Qəzzə zolağının taleyinə aid qonşu ərəb ölkələri ilə danışıqlar aparırdl və bilavasitə Fələstin Azadlıq Təşkilatıilə (FAT) danışıqlar aparmaqdan imtina edirdilər, buna səbəb İsrailin bu təşkilatı (FAT) terroristik təşkilat hesab etməsidir və onun İsrail dövlətini məhv etmək, Fələstindən böyük sayda yəhudi qaçqınlarını sıxışdırmaq və demokratik ölkə yaratmaq kimi məqsədlərini olduğunu hesab edirdi. 1974-cü ildə Ərəb Dövlətləri Liqasının FAT-ın fələstinlərin birbaşa nümayəndəsi olduğunu qəbul etdi və bunun nəticəsində FAT-ın statusu möhkəmləndi. 1978-ci ildə Kemp-Devid sammitindəki razılaşma və 1979-cu ilin Misir-İsaril sülh müqaviləsi İordan çayının qərb sahilinidə və Qəzzə zolağında özünü idarə etməni təsis edilməsi üçün yönəlmişdir, gələcəkdə isə bu "yekun status" haqqında danışıqlara gətirib çıxartmalı idi, lakin fələstinlər özləri bu danışıqlarda iştirak etməmişlər. 1987-ci ildə İordan çayının qərb sahilinidə və Qəzzə zolağında Birinci fələstin intifadəsi başladı — fələstinlərin 1987-ci ildən1991-ci ilə kimi üsyanı, hansının ki, məqsədi ərazilərin israil tərəfindən işğalına qarşı mübarizə elan edilmişdir. Həmin əraziləri İsrail Altıgünlük müharibədə tutmuşdur. İntifadə iki tərəflərdəndə qurbanlar olmasına səbəb oldu. 1988-ci ildə İordaniya İordan çayının qərb sahilinə olan istəyindən gələcək fələstin dövlətinin xeyrinə əl çəkdi. 1987-ci ildə isə london razışmaları ləğv edildi.
Şoco
Şoco (Shoujo (少女) və ya Shōjo ( Şooco)) - gənc qız və ya kiçik qız kimi tərcümə olan yapon söz. 12-dən 18 yaşına qədər qızlar üçün nəzərdə tutulan anime və manqa növü. Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir. Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz"). Janraltıları: maho-şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun"). Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club"). == Yaponiyadakı şoco jurnalları == "Şoco" əsərlər şoco mövzulu olan jurnallarda və ya ayrıca çap olunurlar. Aşağıda köhnə və davam edən Yapon şoco manqa jurnallarının nəşriyyatçılarına görə ayrılmış siyahısı göstərilir. Bunlar fərqli təqvimlərdə verilir, ən məşhur olanlar 15 günlük (Margaret, Hana to Yume, Sho-Comi) və aylıq periodlardır (Ribon, Betsuma, Betsu Fure, Lala). === Şueişa === Ribon (りぼん) Ribon Original (リボンオリジナル) Cookie Margaret (マーガレット) Bessatsu Margaret (Betsuma) (別冊マーガレット) The Margaret (ザマーガレット) Deluxe Margaret (デラックスマーガレット) === Kodanşa === Nakayoshi (なかよし) Amie Shōjo Friend (少女フレンド) Bessatsu Friend (Betsu Fure) (別冊フレンド) Dessert (デザート) kiss Be Love === Şogakukan === Ciao (ちゃお) Çu Çu Shōjo Comic (Şo-Comi) (少女コミック) Bessatsu Shōjo Comic (Betsu Comi) Petit Comic (プチコミック) Cheese!
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. == Haqqında == Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.