Otuzikilər
Otuzikilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Vəliuşağı və Hacıəhmədli kəndlərinin arasındakı şor su kanalının çəkilişi zamanı bizim eradan əvvələ aid küp qəbirlər aşkar edilmişdir.
Otuzikilər tayfa birliyi haqqında XVI-ci əsirdə yazılı mənbələrdə adı çəkilmişdir və Səfəvilər Dövlətində ən güclü və hörmətli tayfa birliyi olmuşdur. Azərbaycan ərazisində 2 rayonda Bərdə və İmişli rayonunda isə Otuzikilər və Otuziki adlı kənd var.Bu adda Türkiyə ərazisində də kənd vardır.
Kənddə Çinarlı, Tümənli, Saçlı, Çaylı, Carlı, Hacallı, Əfəndilər, Bor-borlar, Bozbalılar, Amanlar və Sadıxlılar kimi məhəllə və tayfalar olmuş və indidə vardır.
Kənd Otuzikilər adı ilə yanaşı həm də Xanqaraqoyunlu kəndi kimi də adlandırılmışdır. İnzibati cəhətdən bir çox kəndlər 1947-ci ilə kimi Xanqaraqoyunluya daxil idi. Bu kəndlər aşağıdakılardır.
Otuzikilər
Hacıəhmədli
Vəliuşağı
Bayramlı
Kolayır
Gülgəzli
Sərkarlar
Mollaəhmədli
Mollaisalar
Böyük Göyüşlü
Bala Göyüşlü
1917-18-ci illərdə ərazidə kifayət qədər tanınmış Qurbanəli Xozeyin ilk dəfə olaraq Firənk Dəyirmanı tikdirərək istifadəyə vermişdir.
Əvvələr ərazidə dini təhsil mərkəzi olmasına baxmayaraq 1918-20-ci illərdə dünyavi elmlərin tədris olunması məqsədi ilə o vaxtkı dövür üçün Qurbanəlibəyin evində ilk təhsil ocağı fəaliyyətə başlamışdır.