OXUCU (oxu ilə məşğul olan) Bunu balta səsi sanma oxucum! O, yerin altına eyləyir hücum (M.Rahim); QARE (köhn.) ...Niyə bəs böylə bərəldirsən, a qare, gözünü; Yoxsa bu ayinədə əyri görürsən özünü?! (M.Ə.Sabir); QİRAƏTÇİ Məktəbimizin idman zalı böyük idi, bayram şənliyi orada keçirilirdi. Əvvəlcə musiqiçilər, qiraətçilər çıxdılar (H.Abbaszadə); MÜTALİƏÇİ Məmun isə ehtiraslı mütaliəçi idi (Ə.Məmmədxanlı); OXUYAN Bu təsəvvürdə olan oxuyanlar az deyil (N.Nərimanov).