Oxçu Şabadini
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi.
Toponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir.
Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.