panamerikan

panamerikan
panamalılar
panamerikanizm 2021
OBASTAN VİKİ
Panamerikanizm
Panamerikanizm – Amerika dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq, Yeni dünya ölkələrinin iqtisadi, mədəni, dinc və sülh şəraitində inkişafı məqsədini güdən ortaq bir tarixi bağlantı ideyasını təbliğ edən siyasi inteqrasiya hərəkatı. Panamerikanizmin yaradılmasında və təbliğində ilk sənədləşdirilmiş addımlar XIX əsrin 20-ci illərində həyata keçirilmişdir. 1823-cü il dekabrın 2-də ABŞ Prezidenti Ceyms Monro Konqresə etdiyi illik müraciətində "Monro Doktrinası" (ing. Monroe Doctrines) - "Amerika Amerikalılar üçündür"(ing. America for Americans) şüarına əsaslanan xarici siyasət prinsiplərinin bəyannaməsini elan etdi. Lakin X. Martinin fikrincə əslində bu şüar "Amerika Şimali Amerikalılar üçündü" kimi başa düşülməlidir. Üstəlik, Monronun müraciətində Avropa monipolistlərinə xəbərdarlıq edilirdi ki, keçmiş Amerika müstəmləkələrinin işlərinə qarışmaq cəhdləriv və yaxud hər hansı bir müdaxilə ABŞ-nin həyati mənafelərinin pozulması kimi qiymətləndiriləcəkdir. Yəni bu dünyanı Avropa idarəetmə sisteminə və ABŞ idarəetmə sisteminə bölmək prinsipi demək idi. Avropalılara özünəməxsus cavab S. Bolivarın təklifi ilə 1826-cı il iyunun 22-dən iyulun 15-dək Latın Amerikasının yenid dövlətlərinin "Panama Konqresi"nin keçirilməsi oldu. Onun keçirilməsində əsas məqsəd Amerika respublikalarının vahid liqasını yaratmaq cəhdi güdülürdü.