Ulduz və üçbucaq birləşmə
Generator (və ya hər hansısa bir işlədici) dolaqlarından birincinin sonu ikincinin başlanğıcına, ikincinin sonu üçüncünün başlanğıcına, üçüncünün sonu birincinin başlanğıcına birləşdirildikdə alınan üçfazalı sistemə deyilir. Üçbucaq birləşmədə Xətt gərginliyi ilə faz gərginliyi bir birinə bərabər olur. Üçbucaq birləşmədə yalnız bir gərginlik
U12=U1
U21=U2
U31=U3
Ux=Uf
İx=√3İf
Dolaqların ulduz birləşdirilməsində dolaqların X, Y, Z ucları sıfır nöqtəsi, yaxud generatorun neytralı adlanan bir nöqtəyə birləşdirilir
Dördməftilli sistemdə neytrala neytral yaxud sıfır məftil qoşulur. Generator dolaqlarının başlanğıc uclarına üç xətti məftil birləşdirilir. Faza dolağının başlanğıc və son ucları arasındakı gərginlik yaxud hər bir xətt məftili ilə sıfır məftili arasındakı gərginliyə faza gərginliyi deyilir və UA, UB, UC yaxud ümumi şəkildə Uf kimi işarə olunur.