Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Şərqi Sibirdə (Altay dağları) yayılmışdır.
Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.