Paste

die; -, -n pasta, xəmir
Passus
Pastell
OBASTAN VİKİ
Copy-paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Cut, copy, paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Boris Pasternak
Boris Leonidoviç Pasternak (rus. Борис Леонидович Пастернак, təxminən 1920-ci ilə qədər Boris İsaakoviç Pasternak; 29 yanvar (10 fevral) 1890, Moskva – 30 may 1960[…], Peredelkino[d], Moskva vilayəti) — rus şair, yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958). == Həyatı == Boris Leonidoviç Pasternak yəhudi əsilli rus sovet şairi və yazıçı, sovet ədəbiyyatının Nobel mükafatı alan ilk nümayəndəsidir. Moskvada, ziyalı ailəsində doğulmuşdu. Atası Leonid Pasternak Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbinin professoru və tanınmış portretçi-rəssam, anası Rozaliya Kaufman isə uşaqlarının tərbiyəsi üçün musiqi karyerasından imtina etmiş məşhur pianoçu idi. Ailənin adi güzəranına baxmayaraq, Pasternakların evi Moskva bomondunun toplaşdığı əsas yerlərdən biri idi. Bu evdə Lev Tolstoy, Raxmaninov, Skryabin, Erix Mariya Rilke və s. məşhur adamlar olmuşdular. Rəssamlıq və musiqi mühitində böyüyən Boris Pasternak əvvəlcə Moskva Konservatoriyasında kompozisiya nəzəriyyəsini öyrənməyə başlamışdı. Lakin musiqi duyumunun yetərincə olmadığını başa düşdükdən sonra bu işdən əl çəkmişdi.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Pasterellyoz
Pasterellyoz (Pasteurellosis) — Pasterellyoz infeksion xəstəlik olub, iti gedən zaman septisemiya əlamətləri, digər gedişlərdə isə ən çox ağciyərin iltihabı ilə səciyyələnir. Xəstəliyin infeksion xarakterili olmasını ilk dəfə Bollinger 1878-ci ildə qeyd etmişdir. Sonralar Kitt qaramalda (1885-ci ildə), E. M. Zemmer, Pirronçito və Rivolto isə qoyunlarda pasterellyozun törədicisini müəyyən etmişlər. 1880-ci ildə Paster quşlarda pasterellyozun törədicisini, 1881-ci ildə dovşaların pasterellyozunu Qafki, 1836-cı ildə Lofler donuzların, Qreste 1887-ci ildə camışların, Qalte 1889-cu ildə xırdabuynuzlu heyvanların pasterellyozu haqqında ilk məlumat vermişlər. Paster quşlarda pasterelyozun törədicisinin tam öyrənmiş və bakteriyanın kulturasını zəiflədərək vaksin hazırlamışdır. 1910-cu ildə ayrılmış törədici Pasterin şərəfinə pasterella, xəstəlik isə pasterellyoz adlandırılmışdır. Xəstəliyin törədicisinin zooloji təsnifatı haqqında elmdə uzun müddət mübahisə olmuşdur. Yalnız 1939-cu ildə Rozenbuş və Merqant tərəfindən xəstəliyin törədicisi bütün növ heyvanlarda Pasterella multocida olduğu sübut olundu. Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanların pasterellyozuna qarşı effektli vaksin akademik M. Q. Qəniyev tərəfindən hazırlanmışdır. Pasterllyoz geniş yayılmış xəstəliklərdən olmaqla ən çox quşlarda, donuzlarda, az halda isə iri və xırdabuynuzlu heyvanlarda müşahidə edilir.
Pasterizə
Pasterizə — maye mühitdə, qidada mikroorqanizimlərin veğetativ formalarını (termofil istisna olmaqla) birdəfəlik və ya qısa müddətdə 100°C-dən aşağı temperaturda qızdırılması yolu ilə məhv edilməsidi. Adətən bu proses ən cox maye qidaları və ya maddələri 60 dəq. ərizində 60°C-yə qədər, və ya 30 dəq. ərzində 70–80°C-yə qədər qızdırmaqla baş verir. Bu texnologiya XIX əsrin ortalarında fransız mikrobioloqu Lui Paster tərəfindən təklif olunmuşdur. Bu üsul qida məhsullarını zərərləşdirmək həm də onların saxlama müddətini uzatmaq üçün istifadə olunur. Qida xammalın növündən və xüsusiyyətlərindən asılı olaraq müxtəlıf pasterizə rejimləri istifadə olunur. Təsnifatla tanış olaq: uzun pasterizə (63–650C 30–40-dəqiqə ərizində); qısa pasterizə (82–850C 0,5–1 dəqiqə ərizində); ani pasterizə (92–980C, bir neçə saniyə ərizində), məhsulu 1000C yuxarı bir neçə saniyə ərizində qızdırılması isə ultrapasterizə adlanır. Pasterizə zamanı məhsulda mikroorqanizimlərin vegetativ forması məhv olunur, lakin sporlar canlı vəziyyətdə qalir və əlverişli şərait yarandıqda intensiv inkişaf etməyə başlayır və buna görə pasterizə edilmiş məhsullar (süd.pivə və s.) məhdud müddət və aşağı temperaturda saxlanılır. Belə saymaq olar ki, məhsulların qida dəyəri pasterizə zamanı praktiki dəyişmir, çünki dad keyfiyyətləri və qiymətli komponentlər (vitaminlər, fermentlər) tam qorunub saxlanılır.(3) Pasterizə məhsulun sterilləşməsi deyil.

Digər lüğətlərdə