PATRONİMİYA

Sinifsiz cəmiyyətin son dövründə, patri-arxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Nəsli və ya qəbiləni ağsaq-qallar idarə edirdilər. Nəsli Şura nəslin tam bərabər hüquqlu üzvlərinin ümumi yığıncağı idi. Qəbilə Şurası isə qəbiləyə daxil olan nəsil ağsaqqallarının yığıncağı idi.
PATRİARXAT
PERİPATETİZM
OBASTAN VİKİ
Patronimiya
Patronimiya — sinifsiz cəmiyyətin son dövründə, patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam.olmuşdur. Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir. (ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda birləşirdilər. Müdafiə məqsədi ilə yaranan qəbilə ittifaqları əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin konfederasiyası). Bəzi hallarda isə hərbi təhlükənin sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı hərbi sərkərdələrin də ictimai rolu yüksəlirdi.

Значение слова в других словарях

баротра́вма Бог любе́зник моноци́ты принанима́ться рюма́ха хохотня́ избира́тельно неве́стка отча́янность первосо́ртность поздорове́ть помча́ться науруз anapestic barrel chest copy harsh preputial rebud tempus edax rerum добиться лапша Пегас устно