PEŞƏKAR

I
сущ. профессионал (тот, кто сделал какое-л. занятие, деятельность своей профессией, хороший специалист), профессионалка. Peşəkar ovçu охотник-профессионал, peşəkar sürücü водитель-профессионал
II
прил. профессиональный (являющийся профессионалом). Peşəkar xanəndə профессиональный певец, peşəkar boksçu профессиональный боксёр
PEŞƏÇİLİK
PEŞƏKARLIQ
OBASTAN VİKİ
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Peşəkar (film, 2011)
Peşəkar (ing. Killer Elite) — Jason Statham, Clive Owen, Robert De Niro, Yvonne Strahovski və Dominic Purcellin rol aldığı 2011-ci ildə çəkilən bir döyüş filmidir. Film 1991-ci ildə Sir Ranulph Fiennes tərəfindən yazılmış The Feather Men kitabına əsaslanaraq çəkilmiş və filmin rejissoru Gary McKendry olmuşdur. Ekran əsəri real hadisələrə əsaslanır. Muzdlu qatil Denni Brays Meksikada baş vermiş dəhşətli hadisələrdən sonra oyundan çıxmağa və sakit həyata qayıtmağa qərar verir. Ancaq həmkarı və dostu Hanterin zəngin ərəb şeyxinin adamları tərəfindən girov götürüldüyünü öyrənir. Hanterin sərbəst buraxılması üçün Braysın qarşısına çətin şərt qoyurlar. O dostunun yarımçıq qalmış işini sona çatdırıb üç xüsusitəyinatlı agenti qətlə yetirməlidir. Əlacsız qalan Brays son missiyanı yerinə yetirmək üçün peşəkar qatillərdən ibarət dəstə yığır....
Peşəkar Futbol Liqası
Peşəkar Futbol Liqası — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Azərbaycan Peşəkar Futbol Liqası
Peşəkar Futbol Liqası — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və ya qısaca FİFPro (ing. International Federation of Professional Footballers - FIFPro) — peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqı təşkilatı. == Tarixi == 1965-ci ildə təsis edilmişdir. Həmin vaxt Parisdə bir araya gələn Fransa, Şotlandiya, İngiltərə, İtaliya və Hollandiyanın futbolçular assosiasiyaları peşəkar futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının əsasını qoymaqla, bu sahədə həmrəyliyi möhkəmləndirmiş oldular. == Tərkibi == Hazırda FİFPro Avropa, Afrika, Latın Amerikası, Okeaniya və Asiya bölgələrini təmsil edən 43 milli assosiasiyanı birləşdirir. == Tədbirləri == 2005-ci ildən etibarən, FİFPro dünyanın rəmzi komandasını seçir və bu futbolçulara mükafatlar verir. 2009-cu ildən etibarən isə FİFPro ali futbol qurumu FİFA ilə birgə dünyanın ən güclü 11 futbolçusundan ibarət rəmzi komandanın heyətinin müəyyənləşdirilməsində iştirak edir. == Mənbə == Elnur ƏLİYEV. Futbolçuların həmkarlar ittifaqları. "Ülfət" qəzeti, 27 aprel 2012-ci il.
Peşəkar futbol liqası birinciliyi
PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir. İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir. Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
Özbəkistan Peşəkar Futbol Liqası
Özbəkistan Peşəkar Futbol Liqası, abbr. UzPFL (özb. Oʻzbekiston Professional futbol ligasi / Ўзбекистон профессионал футбол лигаси, OʻzPFL, ЎзПФЛ) ölkədə futbol liqalarının bütün sistemini idarə edən və nəzarət edən futbol təşkilatıdır.. 2008-ci ildə Asiya Futbol Konfederasiyasının tövsiyəsi ilə Özbəkistan Futbol Federasiyasından ayrıca təşkilat kimi ayrılıb. Super Liqa, Pro Liqa, Birinci Liqa, Futzal Böyük Liqası və Birinci Liqası, Özbəkistan Kuboku Liqa Kuboku, Özbəkistan Superkuboku, Özbəkistan Çempionatı U19 və U21 və s. Futbol klubları arasında yarışlar təşkil edir, onların idman və təşkilati-idarəçilik fəaliyyəti, habelə əlaqələri barədə göstərişlər verir. Özbəkistanın nazirlikləri, idarələri, müəssisə və təşkilatları ilə əməkdaşlıq edərək müxtəlif səviyyələrdə futbol yarışlarının keçirilməsinə kömək edir. Lisenziyalaşdırma üzrə Asiya qitəsinin aparıcı liqalarından biridir. 2024-cü ilin martına olan məlumata görə, Özbəkistandakı beş şirkət liqanın rəsmi sponsorudur. == Tarix == 1992-ci ildə Özbəkistan Futbol Federasiyasının təşkilati strukturunun bir hissəsi idi və Özbəkistanda peşəkar futbol yarışlarının təşkilinə cavabdeh olan bölmə idi.
Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan)
Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir. Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir. İnstitutun fəaliyyət istiqamətləri: Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması; müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi; keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması; ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması; müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması. Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur. İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir: İnsan resursları mərkəzi; Əlavə təhsilin məzmun standartları söbəsi; Tədris resursları şöbəsi; Qiymətləndirmə şöbəsi; Monitorinq şöbəsi; Beynəlxalq layihələr şöbəsi; Layihələrin idarə edilməsi şöbəsi; Kadrlar şöbəsi; İnformasiya şöbəsi; Mühasibatlıq şöbəsi; Təsərrüfat şöbəsi.
Həvəskarlar və ya Peşəkarlar (1987)
== Məzmun == Film Azərbaycan futboluna həsr olunmuşdur.
Həvəskarlar və ya peşəkarlar (film, 1987)
== Məzmun == Film Azərbaycan futboluna həsr olunmuşdur.

Digər lüğətlərdə