Kalanchoe pinnata
Kalanchoe pinnata (Lam.) Pers. (=Bryophyllum pinnatum Lam.) - Lələkvari kalanxo (Kalanxo, lələkvari, doktor)
== Botaniki xarakteristikası ==
Çoxillik, həmişəyaşıl, sukkulent ot bitkisi olub, hündürlüyü 50-150 sm-dir. Gövdəsi düzqalxan, möhkəm olub, ağac əsaslıdır. Yarpaqları üz-üzə dayanan, saplaqlı, şirəli, yoğun, açıq-yaşıl və ya qırmızı rəngə çalan, ellips və ya yumurtavari, dişcikli-çəpərli, vegetasiya başladıqda sadə, qurtardırda yuxarı hissəsi bərabər olmayan-lələkli, 3-5 (7) ellips və ya yumurtavari yarpaqlı olub, qısa saplaqlı və ya oturaq olur. Çiçəkləri ikicinsli olmaqla, süpürgəvarı çiçək qrupunda formalaşmışdir. Çoxsaylı meyvələri kiçiktoxumlu və çoxyarpaqlıdır. Həyatının ikinci ilində qeyri-müntəzəm formada çiçəkləyir və zəif meyvə əmələ gətirir. Toxumla və vegetativ orqanlarla çoxalır.
Vətəni məlum deyil. Tropik Afrikada, Madaqasqarda, tropik Asiyada, Avstraliya, cənubi və mərkəzi Amerikada yayılmışdır.