piketçi
piqmentasiya
OBASTAN VİKİ
Piqment
Piqment (lat. pigmentum — rəng) — plastik kütlə, rezin, kağız və s.-nin boyadılmasında, poliqrafiya və rəngsaz boyaların hazırlanmasında işlədilən müxtəlif rəngli narın tozlar. == Piqmentlər (biologiyada) == Orqanizm toxumalarının tərkibinə daxil olan rəngli maddələr. Piqmentlərin mühüm və müxtəlif rolu var. Ən geniş yayılan Piqmentlər-porfirinlər və karotinoidlər və onların oksidləşmiş törəmələri sarı, narıncı, yaxud qırmızı rəngli Piqmentlərdir. Bunlar yaşıl bitkilərin, həmçinin yosunların, göbələklərin, bakteriyaların tərkibində olur. Göyyaşıl və qırmızı yosunlarda köməkçi fotosintez Piqmentləri var. Heyvanların görmə orqanlarında görmə piqmenti var. Piqment sistemi orqanizmdə xarici mühitin işıq şəraitini maddələr mübadiləsi ilə əlaqələndirən bir halqadır. Ən mühüm funksiyası bitkilərdə fotosintez, heyvanlarda isə görmə prosesində iştirak edir.
Piqment (dəqiqləşdirmə)
== Kimya ==

Digər lüğətlərdə

возникнове́ние мелкопоме́стный обезья́нщик объедини́тельный объе́хать одряхле́ть пресвято́й смутья́н выжимать сок из кого-л добросерде́чие досье́ мелкозерни́стость обма́рывание определя́емый плёс рубрика́ция atomichron busing drift apart osier-isle pierceable tintinnabulum вскипать покойно чиновный