Plebsin patrisiatla mübarizəsi
E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi.
== Mübarizənin səbəbləri ==
Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi.