Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Fleş
Fleş və ya Fləş
Fləş
Fleş və ya Fləş
Plebs
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Pyes
Pyes (fr. Pièce — hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
Ebenezer-pleys
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.
Knyaz (pyes)
Knyaz yə yaxud Dəli Knyaz — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə. Əsər nəzmdə melodram kimi yazılıb. Əsər Gürcüstanda baş verən inqilabdan və mühacirətin süqutundan bəhs edir. == Tarixi == Tamaşa 1929/30 mövsümündə rejissor Aleksandr Tuqanov, 1930/31 mövsümündə isə rejissor Yusif Yulduz tərəfindən Türk (Azərbaycan) bədii teatrının səhnəsində tamaşaya qoyulub. Hər iki tamaşada "Knyaz" baş rolunu Abbas Mirzə Şərifzadə, Rza Darablı ("Knyaz" rolunun ilk ifaçısı), Rza Təhmasib, Ülvi Rəcəb, Mərziyyə Davudova, Eva Olenskaya, İsmayıl Hidayətzadə, Pamfiliya Tanailidi və s. kimi sənətkarlar ifa ediblər. "Knyaz" dramı ilk dəfə 1963-cü ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap olunub. "Knyaz" pyesi həmçinin 1930-cu ildə Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub. Əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında "Dəli knyaz" adı ilə də verilib. "Knyaz" pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968–1971-ci illərdə "Azərbaycan Dövlət Nəşriyyatı"nda nəşr olunan üç cildliyə daxil edilib.
Marta Pleys
Marta Pleys (18 sentyabr 1849, Nyu-Cersi – 20 mart 1899, Sinq-Sinq) — Elektrik stulunda ölüm hökmü verilmiş ilk qadın. == Həyatı == ABŞ-nin Nyu-Cersi şəhərində anadan olub. 23 yaşında başından zədə alıb. Qardaşının dediyinə görə o tam sağala bilməyib. səhhətində psixi problemlər olub. 1893- cü ildə Uilyam Pleyslə ailə həyatı qurur.Uilyam Marta ilə ailə həyatı qurur ki, qızı İdanın böyüməsində ona yardımçı olsun. Ancaq Marta daima öz qızlığını qısqanırmış və ölümlə hədələyirmiş. Məhz buna görə də Uilyam bir dəfə polisə zəng eləyərək Martanın həbs olunmasını istəyib.
NTV Plus
NTV Plus (rus. НТВ Плюс) — Qazprom Media-nın rəqəmsal peyk operatorudur. Eutelsat W4 36 ° şərqdən və 56 ° şərqdən Bonum 1 peyklərindən yayımlanır. Viaccess şifrələmə sistemini kanalları şifrələmək üçün istifadə edirlər. Operatorda kanallar SDTV və HDTV standartlarındadır. Bununla yanaşı, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynanan bütün oyunları yayımlayan yeganə peyk operatorudur.
Nekrasov (pyes)
Nekrasov — Jan Pol Sartr tərfindən qələmə alınmış səkkiz şəkildən ibarət pyesdir. Əsər 1955-ci ildə SSRİ ilə Qərb arasında Soyuq müharibənin qızışdığı dövrdə yazılıb. Pyesdə adları çəkilən Adenauer, Makkarti, Molotov, Dalles, Franko ("Madriddəki general") həmin soyuq müharibə dövrünün məşhur tarixi simalarıdılar. Yazıçı əsəri ilə Qərbin mediasının Rusiyaya qarşı qara piar aparmasını tənqid edir . İkinci Dünya Müharibəsindən sonra iki keçmiş müttəfiq güc arasındakı bu söz savaşlarına Rusiya yazıçılarından fərqli olaraq Qərblilər öz fikirlərini bildirə bilirdilər. İki bomj intihar etmək istəyən kişini ölümdən qurtarır, bu dəfə də onun polis tərəfindən axtarıldığı aydınlaşır. Polisdən qaçmaq üçün bir evə soxulan Georges Valera peşəcə jurnalist olan ev sahibi tərəfindən aşkarlanır. İşdən qovulmamaq üçün anti-kommunist xəbər tapmalı olan jurnalistin ağlına Georgesi Rusiya Daxili İşlər Naziri kimi tanıtmaq qərarına gəlir və əsas hadisələr də bundan sonra baş verir. Əsəri Azərbaycan dilinə Elçin tərcümə edib.
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Qağayılar (pyes)
Qağayılar (rus. Чайка) — rus yazıçı Anton Pavloviç Çexovun pyesi. Anton Çexovun 1896-cı ildə yazılmış 4 pərdəli "Qağayı" komediyasının personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir. İrina Nikolayevna Arkadina - məşhur aktrisa, ərlik soyadı isə Treplyovadır. Konstantin Qavriloviç Treplyov - İrina Nikolayevnanın oğlu Pyotr Nikolayeviç Sorin - İrinanın qardaşı Nina Mixaylovna Zareçnaya - gənc xanım, varlı mülkədarın qızı İlya Afanasyeviç Şamrayev - istefaya çıxmıç poruçik, Sorinin malikanə müdiri Polina Andreyevna - onun arvadı Maşa - onun qızı Boris Alekseyeviç Triqorin - yazıçı Yevgeni Sergeyeviç Dorn - həkim Semyon Semyonoviç Medvedenko - müəllim Yakov - işçi Aşpaz Qulluqçu qadın Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir.
Sağsağan (pyes)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Sevgi (pyes)
Sevgi — M. Seyidzadə tərəfindən 1940-cı ildə, Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında yazılmış beş pərdəli dramdır. Dramın əsas qəhrəmanları Fərhad, Şirin, Xosrov, Məryəm, Məhinbanu və Şapurdur. İkinci Dünya Müharibəsi ərəfəsində geniş xalq kütləsi içərisində vətənpərvərlik ruhunu qüvvətləndirmək üçün qəhrəmanlıq mövzusunda dram əsərinin yazılması lazım idi. Azərbaycan şairi Mirmehdi Seyidzadə dövrün tələbini dərk edib “Sevgi” adlı dram əsərini yazmış, lakin bu əsər o zaman səhnələşdirilməmiş, 1957-ci ildə şairin “Seçilmiş əsərləri”nə daxil edilmişdir. M. Seyidzadə əsərindəki obrazlar, əsasən, Nizaminin “Xosrov və Şirin” poemasındakı obrazların xüsusiyyətlərini daşıyırlar. Onun Şirini çox həyalı və utancaqdır, hər deyilən sözə inanır. Şapurla ilk görüşdə Xosrovun təsvirinə vurulan Şirin Xosrovu görən kimi qəlbini ona verir. Ölkəsini Bəhramdan geri alandan sonra ona ərə gedəcəyini vəd edir. M. Seyidzadənin əsərində Şirin səhayətə çıxdığı zaman memar Fərhadla görüşür. Şair onları çox səmimi danışdırır.
Sevil (pyes)
Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir. Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir. Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır.
Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. == Əsaslar == Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. == Məqsəd == Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
ERIH PLUS
ERIH PLUS (ing. European Reference Index for the Humanities or ERIH;) — Humanitar və sosial elmlər üzrə akademik jurnallar haqqında biblioqrafik məlumatları ehtiva edən indeksdir.
Ştrbske-Pleso
Ştrbske-Pleso (slovak. Štrbské pleso) — Slovakiyada moren mənşəli göl. Göl Slovakiyanın Yüksək Tatra dağlarında yerləşir. Gölün uzunluğu 640 metr, eni isə 600 metrdir. Göl sahilinin uzunluğu 2,245 km-dir. Ümumi sahəsi — 19,67 hektardır. Ştrbske-Pleso gölünün orta dərinliyi 6,61 metr, ən dərin yeri isə 20,3 metrdir. Göl suyunun həcmi — təxminən1,3 milyon m³-dir. Ştrbske-Pleso gölü böyüklüyünə görə ölkənin ikinci gölüdür. Göl dəniz səviyyəsindən 1345 metr yüksəklikdə yerləşib.
Ales Belyatski
Ales Belyatski (əsl adı Aleksandr Viktoroviç Belyatski, belar. Аляксандр Віктаравіч Бяляцкі; 25 sentyabr 1962, Vyartsilya[d], Kareliya MSSR) — Belarus hüquq müdafiəçisi, “Viasna” hüquq müdafiə mərkəzinin sədri, siyasi məhbus, “vicdan məhbusu”. 2022-ci il Nobel Sülh Mükafatı laureatı. Belyatski iki dəfə həbs edilib: 2011-ci ildən 2014-cü ilə qədər və 2021-ci ildən indiyədək. 3 mart 2023-cü ildə Ales 10 il həbs cəzasına məhkum edilib. == Həyatı == Kareliya MSSR-da belarus ailəsində anadan olub, atası Roqaçevskidən, anası Qomel vilayətinin Narovlyanski rayonundan olub. 1965-ci ildə ailə Svetloqorskda daimi yaşamaq üçün Belarusa qayıdıb. Svetloqorsk 5 saylı orta məktəbin məzunu olub. 1984-cü ildə Qomel Dövlət Universitetinin tarix-filologiya fakültəsini filoloq, Belarus və rus dilləri və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. Qomel vilayətinin Lelçitsi rayonunda müəllim işləyib.