Point-To-Point Tunneling Protocol (PPTP)

Virtual xüsusi şəbəkələrin yaradılması üçün protokol. Ascend Communications, Microsoft və bir sıra digər şirkətlər tərəfindən işlənmişdi. Əsasən, şəbəkə resurslarına məsafədən girişin təşkili üçün nəzərdə tutulmuşdu (məsələn, mobil istifadəçilər üçün). Bu protokol Microsoft şirkətinin məhsullarına, o cümlədən Windows NT və Windows 98 əməliyyat sistemlərinə daxil edilmişdi. PPTP protokolu parol generatorlarının köməyi ilə istifadəçilərin autentifikasiyası sxemləri və şifrəmə üçün güclü vasitələri dəstəkləmir. Autentifikasiya üçün PAP istifadə edilir.
PKIX
Polyinstantiation
OBASTAN VİKİ
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen. == Xarici keçidlər == Registration of .
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Hypertext Transfer Protocol
HTTP (ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (FTP) və ya Gopher. Tiplərin ardınca serverin HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir.
Wireless Application Protocol
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Session Initiation Protocol
Session Initiation Protocol (SIP; azərb. Sessiyanın başlanması protokolu‎) — səs, video və mesajlaşma proqramlarını əhatə edən kommunikasiya seanslarını başlatmaq, saxlamaq və dayandırmaq üçün istifadə olunan siqnal protokolu SIP internet telefoniyasında, şəxsi IP telefon sistemlərində, həmçinin LTE (VoLTE) üzərindən mobil telefon zənglərində istifadə olunur. Protokol mübadilə olunan mesajların xüsusi formatını və iştirakçıların əməkdaşlığı üçün kommunikasiyaların ardıcıllığını müəyyən edir. SIP mətn əsaslı protokoldur, "Hypertext Transfer Protocol" (HTTP) və "Simple Mail Transfer Protocol" (SMTP) kimi bir çox elementlərini özündə birləşdirir. SIP ilə qurulan zəng çoxsaylı striminq mediasından ibarət ola bilər, lakin SIP mesajında faydalı yük kimi məlumat mübadiləsi edən mətnli mesajlar kimi proqramlar üçün ayrıca striminq tələb olunmur. SIP sessiya mediasını təyin edən və daşıyan bir neçə digər protokollarla birlikdə işləyir. Ən çox media növü və parametrlərinin müzakirəsi və media quraşdırması SIP mesajlarında faydalı yük kimi daşınan Sessiya Təsviri Protokolu (SDP) ilə həyata keçirilir. SIP əsas nəqliyyat təbəqəsi protokolundan müstəqil olmaq üçün nəzərdə tutulmuşdur. Bu, "User Datagram Protocol" (UDP), "Transmission Control Protocol" (TCP) və "Stream Control Transmission Protocol" (SCTP) ilə istifadə edilə bilər. Təhlükəsiz şəbəkə əlaqələri üzərindən SIP mesajlarının təhlükəsiz şəkildə ötürülməsi üçün protokol "Transport Layer Security" (TLS) ilə şifrələnə bilər.
The Callisto Protocol
The Callisto Protocol — Striking Distance Studios tərəfindən hazırlanmış və Krafton tərəfindən təqdim olunmuş 2022-ci ilə aid survival horror oyunu. Oyun 2 dekabr 2022-ci ildə PlayStation 4, PlayStation 5, Windows, Xbox One və Xbox Series X/S üçün buraxılmışdır. Oyun Dead Space seriyasının yaradıcısı Qlen Skofild tərəfindən idarə olunmuşdur və seriyanın varisi olaraq qəbul edilir. Hekayə ulduz gəmisinin kapitanı Ceykob Li (Coş Duamel) haqqında danışır. O, qəza edərək Yupiterin Kallisto peykinə enir və burada həbs edilərək yüksək təhlükəsizlikli həbsxanada saxlanılır. Daha sonrasında həbsxanada sirli bir xəstəlik yayılır və nəticədə Ceykob burada sağ qalmaq üçün mübarizə aparmalı olur. O, yavaş-yavaş onu əsir götürüb həbs edənlərin qaranlıq sirlərini öyrənir. Oyun prosesində oyunçular bir sıra səviyyələri araşdıraraq, resurslar və məlumat qeydləri toplayaraq infeksiyaya uğramış məhbuslarla mübarizə aparmalıdır. The Callisto Protocol-un inkişafı 2019-cu ilin iyun ayında Striking Distance Studios-un yaradılması ilə başladı. O, əvvəlcə PUBG: Battlegrounds kainatında qurulmuş bir oyun kimi inkişaf etdirildi, daha sonra orijinal əqli mülkiyyətə çevrildi.
Ak-To
Ak-To (ing. Ahch-To) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet xəritələnməyib, əkiz ulduzların orbitindədir və bir peyki var. Planetin nəfəs ala bilinəcək atmosferi və mülayim, lakin dəyişkən iqlimi var. Planetin səthi sadəcə dərin okeanlardan ibarət, lakin burada, yaşıl ağaclarla və otluqlarla örtülmüş qayalı ada arxipelaqları var. Adaların qayalıqlarında mamır, ot və qıjı da bitir. İlk ceday məbədi Məbəd adası adlanan adada inşa edilmişdir. Film ilk dəfə "Gücün oyanması" (2015), sonradan isə "Sonuncu ceday" (2017) və "Skayvolkerin yüksəlişi" (2019) filmlərində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Exegol — Vukipediya saytında.
To (hərf)
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Something to Say to You
Something to Say to You — ABŞ musiqiçisi Cordananın ikinci studiya albomu. 4 dekabr 2020-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Hachimitsu to Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Minutes to Midnight
Minutes to Midnight – Linkin Parkın 3-cü studiya albomudur. Albom 14 may 2007-ci ildə çıxmışdır. Albomun prodüserləri Rik Rubin və Mayk Şinodadır. Linkin Park bu albom ilə Nu-Metal musiqi tərzindən uzaqlaşıb daha çox Alternativ roka üstünlük verdi. Bunun nəticəsi kimi, bu albom digər iki albomdan daha az satış gəliri əldə etdi. Linkin Park, Minutes to Midnight albomunun mahnılarını yazmağa 2003-cü ildə Meteoradan sonra başladı. Ancaq Mayk Şinodanın Fort Minor adı altında hip-hop albomu yaratması və Çester Benninqtonnun Dead by Sunrise mahnılarını yazmağa başlaması Minutes to Midnight albomunun hazırlanmasını bir qədər ləngitdi. Bir neçə açıqlanmayan səhvlərə görə albom bir qədər sonraya təxirə salındı. Bir qədər istirahətdən sonra aprel ayında Linkin Parkın üzvləri qərara gəldilər ki, What I've Done adlı bir sinqlı nümayiş etsinlər. Mayın 15-də albom Şimali Amerikada şatışa çıxarıldı.
Ojisan to Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Somebody to Love
Queen qrupunun "A Day at the Races" albomundan mahnısı. Freddi tərəfindən yazılıb. Əvvədən bu mahnının "Bohemian Rhapsody"-yə yaxın stildə yazılmağı planlaşdırılmışdı. Lakin bu mahnı eyni süjetə malikdir və Bohemian Rhapsody-dən daha zəif hesab olunur.Mahnıda eynı zamanda Brayan,Rodjer və Freddidən ibarət xor da iştirak edir.Həmçinin mahnıya Meyin gitara solosu da əlavə edilmişdir. Mahnının mövzusu belədir ki nəql edən Allahdan ona elə birin tapmasını xahiş edir ki onu sevsin.Nəql edən çox işləyir,həmişə yorulur,onun arxasınca gülürlər amma deyir ki bir vaxt bu vəziyyətdən çıxacaq. Kaver versiyalar Bu mahnını müxtəlif vaxtlarda Corc Maykl, Enn Xatauey,Brittani Mörfi,G4 qrupu və s ifa etmişdirlər. Mahnıya klip çəkilmişdir.
Stairway to Heaven
Stairway to Heaven — Led Zeppelinin tərəfindən, 1971-ci ilin dekabr ayında nəşr olunan Led Zeppelin IV albomundan bir mahnı.Guitar World jurnalı Cimmi Peygin bu solosunu rok tarixindəki ən yaxşı solo seçmişdir. "Stairway to Heaven" 100 ən yaxşı rok mahnısı siyahısında VH1 tərəfindən 2000-ci ildə üçüncü elan edilmiş, ən yaxşı 500-də isə 31-ci yerdə qərarlaşmışdır.
To The Sky
To the Sky (azərb.
Fade to Black
Fade to Black bu mənaları ifadə edə bilər: "Fade to Black" (Nadir Rüstəmli mahnısı) — 2022 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmlinin ifa etdiyi mahnı. "Fade to Black" (Metallica mahnısı), — ABŞ Metallica metal musiqi qrupunun 1984 tarixli "Ride the Lightning" albomunun tanıtım sinqlı kimi buraxılmış mahnı.
Peer-to-peer
Peer-to-peer və ya P2P — iki və ya daha çox müştəri arasında verilənlərin ötürülməsi üçün istifadə edilən verilənlərin ötürülməsi protokolu.