POMPUL
PORNOQRAFİYA
OBASTAN VİKİ
Pornoqrafik film
Pornoqrafik film — pornoqrafik xarakterli materiallar daşıyan film. Bu filmlərdə erotik filmlərə nisbətən daha açıq porno xarakterli materiallar göstərilir. == Tarixi == 1855-ci ildə ilk porno şəkillər çıxmağa başladı. Lümyer qardaşlarının 1895-ci ildə kino aparat ixtira etdikdən sonra ilk filmlər çəkilməyə başlandı. Belə filmlərdən biri də janr etibarilə pornoqrafik xarakterli materiallar daşıyan pornoqrafik filmlər idi. İlk qısa metrajlı pornoqrafik film 1896-cı ildə noyabr ayında Ejen Piru tərəfindən Fransada çəkilmişdir. 1900-cü illərdən başlayaraq bir çox ölkələrdə bu janrda filmlər çəkilməyə başlandı. Bu ölkələrə Fransa, Argentina, Almaniya, İtaliya, Danimarka, Avstriya, İsveç, Böyük Britaniya, ABŞ, Çexiya kimi ölkələr daxil idi. 1959-cu ildə Yaponiya tərəfindən ilk pornoqrafik qısametrajlı cizgi filmi çəkilir. 1970-ci illərdən başlayaraq peşəkar pornoqrafik filmlər çəkilməyə başlandı.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.

Digər lüğətlərdə