Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abandon
Abandon (fr. abandon — imtina) — əsasən sığorta sahəsində istifadə olunan bu termin hər hansı sığorta hadisəsi zamanı sığortaçının hüquqlarından öz xeyrinə imtina etməsi kimi başa düşülür. Məsələn: Hər hansı bir avtonəqliyyat hadisəsi baş verdiyi təqdirdə zərər vuran avtomobilin sahibi zərərin ödənilməsindən imtina etdikdə, sığorta şirkəti sığortalı(ziyan dəyən) avtomobilə zərəri ödəyir və bundan sonra mülkiyyət hüququnu bir başa sığorta şirkətinə verir(Bu ziyan vurmuş avtomobilin sahibinin məhkəməyə verilərək təzminat alınması və s formada ola bilər). == Abandon düzəlişi == Abandon düzəlişi əmlakdan imtina şərtlərini təyin edir == Abandon polisi == Nnəzərdə tutulmamış səbəblərdən (soyuqdəymə nəticəsində solistin səs tellərinin zədələnməsi, güclü leysan və s.) hər hansı bir tədbirdən (tamaşa, idman görüşü və s.) imtina olunması halları üçün sığorta polisi.
Arandon
Arandon (fr. Arandon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38014. Kommunanın 1999-cu il üçün əhalisi 405 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 212 ilə 292 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 65 km şimalda yerləşir.
Abaddon (Rövşən Abdullaoğlu)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Abaddon (Rövşən Abdullaoğlunun əsəri)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Alanson
Alanson (fr. Alençon) — Fransanın şimal-qərbində yerləşən Normandiya regionunun Orn departamentin inzibati mərkəzi. Kan şəhərinin 119 km cənubunda, Le-Man şəhərinin 54 km cənubda, N12 və A28 magistral yollarinın 4 km, Sart çayının Briant çayla birləşməsində yerləşir. == Tarixi == Alanson şəhərinin ilk qeydləri VII-ci əsrə aid bir sənəddə tapılmışdır. 1415-ci ildə eyni adlı hersoqun mərkəzi olmuşdur. Fransada dini müharibələr zamanı əsasən protestantlar tərəfindən idarə olunmuşdur. XVIII əsrdə şəhərdə tekstil sənayəsi inkişaf etmişdir. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf. == Qardaşlaşmış şəhərlər == Beyzinqstok, Böyük Britaniya Kvakenbrük, Almaniya Kutiala, Mali == Qalereya == == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Milli Statistika İnstitutu Результаты муниципальных выборов 2014 года Alanson // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Brandon
Brandon (ing. Brandon) — Kanadanın Manitoba əyalətində yerləşən şəhər.
Avaddon
Avaddon, həmçinin Avvadon, Abaddon, Abbadon, Abadonna (q.yəh. אבדון‎, Ǎḇaddōn; ölüm, çürümə; məhv, varlığın dayanması) — iudaizm və xristianlıqda termin. Həm məhv yeri, həm də uçurumun mələyi kimi təqdim edilir. Əhdi-ətiqdə "ölüm" və "cəhənnəm" sözlərinin yanında işlənir. Kölgələr aləmini adlarındandır. Sinonimi şeoldur. Braun–Drayver–Briqqs leksikonuna görə, ivrit dilindəki "אבדון/ăḇadōn" sözü sami kökünün intensiv formasıdır və "ölmək" mənasında olan "אָבַד/'ăḇāḏ" kökündən törəmiş feildir. Yəhudi Bibliyasında bu sözə 184 dəfə rast gəlinir. Yəhudi Bibliyasının yunan dilinə erkən tərcüməsi olan Septuaginta ""ἀπώλεια" (𝘢𝘱𝘰́𝘭𝘦𝘪𝘢) kimi yazılmışdır, bu da "məhv etmək" mənasını verən "ἀπόλλυμι" sözünün feili sifət halıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Halley, Henry H. James E. Ruark (redaktor).
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir. == Coğrafiyası == Abadín Terra Çanın şimal-şərqində yerləşir. Bələdiyyədən Serra do Xistral, Kordal de Neda, Labrada və Abadin çayları keçir. Orta hündürlüyü 500 m, ən yüksək nöqtəsi isə 1015 m olan Lombo Pequenodur. Abadinin kəndlərində Ouro, Labrada, Abadin, Pontiga, Santandrea, Pedrido, Anllo, Arnela və Fraga Vella çaylarının keçdiyi və dağlarla əhatə olunmuş münbit vadi üstünlük təşkil edir. Bunlar Cordal de Neda, Toxoso, Tremoal, Couto da Cal və A Fraga das Vigas'ın mühüm dağları və yaxınlıqdakı Costa do Sol və O Picouto dağlarıdır. == İqlimi == Orta illik temperatur təxminən 10°C-dir. Yağıntılar yüksəkdir, 1799 mm/il. Qışları soyuq və yağışlı, yayı isə quraq keçir.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Kandon
Aganon
Callicarpa (lat. Callicarpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Abano
Abano — Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Abano- Tiflis quberniyasının Telavi qəzasında çay adı. Antik mənbələrdə Abant. Albanların e.ə.66-cı ildə Roma ordusu ilə döyüşü bu çayın kənarında olmuşdur. 1590-cı ildə İrəvan əyalətinin Karbi nahiyəsində Avan, İrəvan əyalətinin Dərələyəz nahiyəsində Abana, Batum əyalətinin Artvin dairəsində Avana kənd adları ilə mənşəcə eynidir. Qafan toponimi də bu sıraya aiddir. Abano qədim türk mənşəli Aban tayfasının adındandır. Abano — Çava rayonunda kənd adı. Abano — Kareli rayonunda kənd adı.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Alanson (rayon)
Alanson (fr. Alençon) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Orn. Suprefektura - Alanson. 2015-ci ildə əhalisinin sayı – 87127 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 56 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1548,5 km² .
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Brandon Baye
Brandon Baye (27 dekabr 2000-ci ildə anadan olub) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Brügge === Baye Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Baye öz peşəkar karyerasında debütünü 22 iyul 2018-ci ildə Standard Lyej klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Superkuboku görüşündə Brügge rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Baye Belçika Birinci Divizoununda debütünü isə 29 iyul 2018-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Birinci Divizionu görüşündə Brügge rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Brandon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Brandon Universiteti
Brandon Universiteti (ing. Brandon University) — Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşən ali təhsil müəssisəsi. Ümumilikdə 3662 (2018) tam zamanlı və yarı zamanlı bakalavr və magistratura tələbələri olan bir universitetdir. Mövcud korpus 13 iyul 1899-cu ildə baptizm qurumu olaraq Brandon Kolleci kimi təsis edilmişdir. Daha sonra Prezident Con E. Robbins tərəfindən 5 iyun 1967-ci ildə bir universitet olaraq dəyişdirildi. Brandon Universiteti, Kanadada əsasən bakalavr dərəcəsi üzrə ixtisaslaşmış olan yerli sənət və elm qurumlarından biridir. Universitet, Kanada Universitetləri və Kollecləri Birliyinin (AUCC) və İngilis Birlik Universitetləri Birliyinin (ACU), Kanada Universitetlərarası Müzakirələr Birliyinin (CUSID) və U Sportsun üzvüdür. Brandon Universitetində tələbə müəllim nisbəti 1:11-dir və bütün siniflərin 60%-də 25-dən az tələbə var. 2015-ci ildə Kanadada lisenziyalı universitetlərin reytinqində Brandon Universiteti 19 universitet arasında 16-cı, tələbə-müəllim nisbəti kateqoriyasında 1-ci yeri tutdu. Universitet mətbuatı, The Quill, CUP təşkilatlarının üzvüdür.
Mişel Adanson
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Amando Telanqko
Amando Telanqko (14 noyabr 1952) — Filippin Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Aganon umbellata
Callicarpa arborea (lat. Callicarpa arborea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Avanson (Yuxarı Alplar)
Avanson (fr. Avançon, oks. Avançon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 352 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.