Public key

Açıq açar – rəqəmsal imzaları yoxlamaq üçün və ya verilənləri şifrləmək üçün istifadə edilən asimmetrik açar cütünün açıq hissəsi.
PSS
Public Key (Asymmetric) Cryptographic Algorithm
OBASTAN VİKİ
Public Enemy
"Public Enemy" (qısa olaraq "PE"; ing. dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" (ing. Do the Right Thing) filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar. Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər. N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi. 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır. Chuck D (Karlton Duqlas Ridenauer).
Public domain
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Conatan Key
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Key Okami
Kei Okami (岡見 京子, Okami Keiko, 15 avqust 1859 – 2 sentyabr 1941) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Normans-Key
Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən 340 kilometr (210 mil) aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır. Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək. 2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Qara Key çayı
Qara Key (afrik. Swart-Keirivier, ing. Black Kei River) — CAR-da axan çay. Şərqi Burun vilayətinin ərazisindən keçir. Onun mənbəyi Kuinstaun şəhərinin cənub-qərbində yerləşən Vinterberq dağlarında yerləşir. Əsas qolları Klas-Smits və Klipplatdır. Şəhərin şimal-şərqindəki Ağ Key çayı ilə birləşir və Böyük Keyi qurur. Çayın kənarında bir neçə kənd var. Çayın bir hissəsini Tsolvan ehtiyatının qərb hissəsini təşkil edir. XIX əsrdə Qara Key və onun qolu Klipplat Kaffrarinin şimal sərhədini meydana gətirdi.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Broward County Public Schools
Broward County Public Schools — Florida ştatının Brauard dairəsində fəaliyyət göstərən dövlət məktəbləri distrikti. Ölkənin altıncı ən böyük dövlət məktəbi distriktidir. 2023–2024-cü tədris ilində "Broward County Public Schools" bölgə üzrə 326 müxtəlif məktəb və təhsil mərkəzlərində 251,106 şagirdə təhsil vermişdir. Dillard High School 6–12 (1907) Lauderhill 6–12 STEM-MED Millennium 6–12 Collegiate Academy Atlantic Technical College and Technical High School (1973) Blanche Ely High School (1951) Boyd H. Anderson High School (1971) Broward Virtual Education High (2001) Charles W. Flanagan High School (1996) Coconut Creek High School (1970) Cooper City High School (1971) College Academy @ BCC (2001) Coral Glades High School (2004) Coral Springs High School (1975) Cypress Bay High School (2002) Dave Thomas Educational Center — formerly North County Educational Ctr.