Pərvanə Vəliyeva

Pərvanə Vəliyeva (tam adı: Vəliyeva Pərvanə Bulut[1][a] qızı; d. 18 yanvar 1990, Bakı) — Azərbaycan Milli Məclisinin VII çağırış deputatı[3]; "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru,[4] Azərbaycan Milli QHT Forumunun idarə heyətinin, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının və COP29 Təşkilat Komitəsinin üzvü.[5][6] "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi[7]

Pərvanə Vəliyeva
Pərvanə Bulut qızı Vəliyeva
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsi2024 — 35 saylı Xətai üçüncü seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 18 yanvar 1990(1990-01-18) (34 yaş)
Doğum yeri
Təhsili

Valideynləri 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonundan qaçqın düşmüş və Bakı şəhərində məskunlaşmışlar. Pərvanə Vəliyeva 18 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.[5]

Ailəlidir, 3 övladı var.

Ali məktəbə qəbul imtahanında 2007-ci ildə 667,50 bal toplayaraq, yüksək nəticə göstərdiyi üçün ona Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdü verilmişdir.[8]

2007–2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil almışdır.

2019-cu ildə Boloniya UniversitetiDAAD ilə birgə təşkil olunmuş "Avropa İttifaqı tədqiqatları" üzrə kursunu müvəffəqiyyətlə bitirmişdir.

2020-ci ildə Kanadanın York Universitetinin sosial tədqiqatlar üzrə, Ümumdünya Səhiyyə Təşkilatının Barselonada keçirilən ictimai səhiyyə kurslarını müvəffəqiyyətlə bitirmişdir.

2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində istehsalat təcrübəsi keçmişdir.

İcrasına rəhbərlik etdiyi layihələr ÜST və digər beynəlxalq qurumlar tərəfindən, region və dünya ölkələri arasında "Ən yaxşı layihə" nominasiyasına layiq görülmüşdür.

BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinə malikdir.

Xarici jurnallarda çap olunmuş bir neçə məqalənin müəllifidir.

COVID-19 pandemiyası dövründə, eləcə də sonrakı dövrdə əhalinin səhiyyə maarifləndirilməsi üzrə TV kanallarda, milli mediada əməkdaşlığa cəlb olunmuşdur.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ildən "Sağlamlığa Xidmət" İctimai birliyində müxtəlif layihələrin rəhbəri, 2020-ci ildən İcraçı direktor kimi fəaliyyət göstərir.

2016–2021-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional Vərəm proqramının ölkə üzrə koordinatoru kimi "İnsanların ehtiyaclarına yönəli, keyfiyyətli vərəm xidmətləri – dərmana davamlı vərəmin erkən aşkarlanması və müalicə nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni xidmət modeli" layihəsini icra edib.

2016–2020-ci illərdə İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Ədliyyə Nazirliyi Tibb Baş idarəsi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan "Azadlığa buraxılan Vərəmli Xəstələrin Müalicələrinin Mülki Sektorda İzlənilməsi" layihəsinin icrasını koordinasiya edib. Nəticədə 850 nəfərdən çox vərəm xəstəliyinə düçar olmuş vətəndaşlarımıza və onların ailə üzvülərinə sosial dəstək göstərilib.

2019-cu ildə "İcbari tibbi sığorta üzrə maarifləndirmə" layihəsinə rəhbərlik edərək bir neçə rayonda və Bakı şəhərində kampaniyalar təşkil etmişdir.

2020-ci ildə "Vərəm və COVİD-19-la birgə mübarizə" layihəsinə rəhbərlik etmişdir. Layihə çərçivəsində İtaliya, Ukrayna, Moldova, Birləşmiş Krallıqdan olan QHT-lərlə əməkdaşlıq qurulmuşdur.

2020-ci ildə — 51, 2021-ci ildə — 52, 2022-ci ildə — 53-cü Ağciyər Xəstəlikləri üzrə Ümumdünya Konfransında (UNION), 2023-cü ildə Parisdə keçirilən eyniadlı konfransda Azərbaycanı təmsil etmişdir.

2021–2022-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının[9] Avropa Regional Bürosu və onun tibbi araşdırmalara üzrə TDR qurumu ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda COVID-19 pandemiyası zamanı əsas vərəm xidmətlərinin göstərilməsini yenidən gücləndirmək üçün maneələrin müəyyən edilməsi və aradan qaldırılması" adlı tədqiqat layihəsinə rəhbərlik etmişdir və bu barədə ÜST-nın qlobal vebsaytında onun adı dünya ölkələrindən seçilmiş cəmi 12 elm adamının siyahısında dərc edilmişdir.

2021–2023-cü illərdə Səhiyyə Nazirliyinin Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) Nəzarət üzrə mütəxəssisi vəzifəsində çalışıb.

2021–2024-cü illərdə Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvü olub. İdarə heyətinə keçirilən seçkilərdə Koalisiyaya Avropa və Mərkəzi Asiyadan üzv olan 50 ölkədən 250-dən çox ekspert səsvermədə iştirak etmiş, 13 ölkədən, o cümlədən Azərbaycandan vərəmlə mübarizə sahəsində fəal olan ekspert idarə heyətinə seçilmişdir.

8–9 may 2023-cü ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-in Mənzil Qərargahında keçirilən dinləmələrində iştirak etmişdir.[10]

14–19 may 2023-cü il tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri QHT-lərinin Regional Forumunda təqdimatla çıxış etmişdir.

14–24 sentyabr 2023-cü il tarixlərində BMT-in Baş Assambleyasının 78-ci Sessiyası çərçivəsində 22 sentyabrda keçirilən "Yüksək Səviyyəli görüşdə" (UN HLM on TB) Ermənistanın dağ-mədən sənayesinin ekoloji və ictimai səhiyyə ilə bağlı fəsadları haqda çıxış etmişdir.

9–12 oktyabr 2023-cü il tarixlərində ATƏT-in Polşanın Varşava şəhərində keçirilən "İnsan Ölçüsü Konfransı"nda Qərbi Azərbaycan icmasının Qadınlar Şurasının üzvü olaraq təmsil olunmuşdur. 12 oktyabrda iştirakçı dövlətlərin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə qaçqınların geri qayıdış hüququnun təmin edilməsi yönündə keçirilmiş yan tədbirdə moderator olmuş, ailəsinin qaçqınlıq hekayəsi barədə təqdimat etmişdir.

2023-cü ildə təsis edilmiş Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir.[11]

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2024-cü il tarixli Sərəncamı ilə COP29 Təşkilat Komitəsinin üzvü təyin olunmuşdur.[7]

12–18 mart 2024-cü il tarixlərində BMT-in Cenevrə ofisində keçirilmiş İnsan Hüquqları üzrə 55-ci sessiyasında iştirak edərək müxtəlif mövzularda, o cümlədən, Qərbi Azərbaycanlıların qayıdış hüququ ilə bağlı çıxışlar etmişdir.[12]

8–10 may 2024-cü il tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-in 59-cu Vətəndaş Cəmiyyəti Konfransında "COP29 və vətəndaş cəmiyyətinin iqlim dəyişmələri ilə mübarizədə rolu" barədə təqdimatla çıxış etmişdir.

14–17 may 2024-cü il tarixlərində İtaliyanın Roma şəhərində keçirilmiş G7 ölkələrinin vətəndaş cəmiyyəti konfransında (Civil society 7 – C7) "COP29 və vətəndaş cəmiyyətinin inkluziv iştirakı" mövzusunda çıxış etmişdir.

3–9 iyun 2024-cü ildə Almaniyanın Bonn şəhərində keçirilmiş BMT-in İqlim Dəyişmələri üzrə Konfransı olan SB60-da iştirak etmişdir.

21 iyun 2024-cü ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "COP29-a aparan Yol" adlı Konfransı çərçivəsində Zəngilanda keçirilən tədbirində çıxış etmişdir.

27–30 iyun 2024-cü il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Vərəmlə mübarizə üzrə regional konfransda Azərbaycanı təmsil etmişdir.

18–20 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş BMT-in İtki və Zərər Fondunun 3-cü idarə heyəti iclasında Fondun müşahidəçisi qismində UNFCCC Katibliyinin xüsusi dəvəti ilə iştirak etmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan parlamentinə 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş[13] və 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olaraq, VII çağırış deputatı seçilmişdir.[1]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[14]

  1. Bəzi mənbələrdə "Bulud" kimi də qeyd olunur.[2][3]
  1. 1 2 "Mərkəzi Seçki Komissiyası". www.infocenter.gov.az. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  2. "Bu qadınlar millət vəkili oldu - SİYAHI". 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  3. 1 2 "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  4. "15 min səs toplayan Pərvanə Vəliyeva kimdir?". 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  5. 1 2 "Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər". 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-26.
  6. COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT-nin İnsan Hüquqları və Ətraf mühit Proqramının tədbirində çıxış edib
  7. 1 2 ""Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2024-cü il tarixli 20 nömrəli Sərəncamı
  8. ""2007/2008-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2007-ci il tarixli, 2388 nömrəli Sərəncamı". 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-17.
  9. "12 researchers in WHO European Region awarded grants for research on TB and COVID-19". www.who.int (ingilis). İstifadə tarixi: 2024-09-27.
  10. QHT-in icraçı direktoru BMT-də Azərbaycanı təmsil edib. azertag.az, 11.05.2023
  11. "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Arxiv surəti 13 aprel 2024 tarixindən Wayback Machine saytında Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli 4264 nömrəli Sərəncamı
  12. Pərvanə Vəliyeva BMT-nin İnsan Hüquqları üzrə 55-ci sessiyasında Ermənistanın mina terrorundan danışıb Arxiv surəti 16 mart 2024 tarixindən Wayback Machine saytında. azertag.az, 16.03.2024
  13. YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin adları açıqlanıb Arxiv surəti 17 iyul 2024 tarixindən Wayback Machine saytında. azertag.az, 17.07.2024
  14. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]