Qönçəbəyim
Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanskaya (1827, Naxçıvan – bilinmir) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır.
== Həyat və yaradıcılığı ==
"Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. İ.K.Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.